Mövzu Psixodiaqnostika anlayışı onun məzmunu və vəzifələri. Plan


Mövzu14:Müəllimlər arasında aparılan kosultasiya sahəsində maarifləndirmə işinin məzmunu və formaları



Yüklə 0,94 Mb.
səhifə62/70
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#42080
1   ...   58   59   60   61   62   63   64   65   ...   70
Psixodiaqnostika-və-psixokonsultasiya-TSPX-3-cu-kurs-bakalavr

Mövzu14:Müəllimlər arasında aparılan kosultasiya sahəsində maarifləndirmə işinin məzmunu və formaları...


  1. Müəllimlərlə aparılan psixoloji maarifləndirmə haqqında.

  2. Pedaqoji konsilinum nədir ?

  3. Müəllimlər arasında maarifləndirmə işinin və psixoloji biliklərin təbliğinin forma və metodlarının müəyyənləşdirilməsi.

  4. Müəllimlərin şagirdlərin öyrənilməsi metodları ilə tanış edilməsi.

  5. Müəllimlərin korreksiya metodları ilə tanış edilməsi.

  6. Müəllimlərlə aparılan konsultasiya işləri.


Ədəbiyyat siyahısı:

    1. Çələbiyev N.Z. “Təhsil sistemində psixoloji xidmət” I və II hissə. Bakı 2008

    2. Çələbiyev N.Z. “Psixodiaqnostika məsələləri” Bakı ADPU 2003

    3. Əlizadə Ə.Ə. “Müasir Azərbaycan məktəbinin psixoloji problemləri” Bakı Pedoqogika 2004

    4. Əmrahlı L.Ş. “Psixoloji xidmətin əsasları” Bakı 2006

    5. İsmayılov P.V. “Psixoterapiya” Bakı 1992

6.Həmzəyev M.Ə. “Pedaqoji psixologiya” Bakı Maarif 1991

  1. Çələbiyev N.Z. “Uşaqların psixologiyası” Bakı ADPU 2005

Müəllim və tərbiyəçinin peşəkar fəaliyyətinin səmərəliliyi onların peşə mühiti ilə yanaşı, pedaqoji ünsiyyət bacarıqlarından, şagirdlərin yaş və psixoloji xüsusiyyətləri haqqında biliklərinin səviyyəsindən başqa sözlə desək, peşə səriştəliyindən əhəmiyyətli dərəcədə asılıdır.Müasir dövrdə milli təhsil sistemimizin nəticəyönümlü və şəxsiyyətyönümlü strategiya üzrə inkişaf etməkdədir.Bu prosesdə psixoloji komponent vacib amillərdən biri kimi ciddi nəzərə alınmalıdır.Hələ XIX əsrdə təhsildə bu amilin rolunu yüksək qiymətləndirən rus ədibi tənqidçisi B.Q.Belinski yazırdı: “Psixologiyaya əsaslanmayan pedaqogika anatomiyanın mövcudluğundan xəbəri olmayan fiziologiya kimi yoxsuldur”

Müasir dövrdə pedaqoji fəaliyyətdə psixoloji biliklərin artan əhəmiyyəti, şəxsiyyətlərarası münasibtlərin xarakterində baş verən dəyişikliklər, insanlarda affektivliyin artması, ünsiyyətin funksional imkanlarının genişlənməsi və xaraktercə dəyişməsi ilə bağlıdır.Pedaqoji fəaliyyət sahəsində çalışan müəllim və tərbiyəçilərin çoxu etiraf edir ki, onlar ali və orta ixtisas məktəblərində psixologiya üzrə əldə etdikləri nəzəri-psixoloji hazırlığında da özünü göstərir.

Ali pedaqoji məktəblərdə gələcək müəllimlərin psixoloji hazırlıq səviyyəsi ilə müasir məktəbin müəllimlərin verilən peşəkar fəaliyyət tələbləri arasındakı ziddiyyət danılmaz fakta çevrilmişdir.Müəllimin psixoloji səriştəliliyi onun peşəkar fəaliyyətinin zəruri tərkib hissəsi olduğuna görə hər şeydən əvvəl ali məktəblərdə psixologiya kursunun praktik istiqaməti, psixoloji biliklərin konsrtuktiv imkanları genişləndirilməlidir.Fikrimizcə, müəllimin peşəkar psixoloji səriştəliyinin yüksəldilməsində aşağıdakı amillər kompleks şəkildə nəzərə alınmalıdır:

- psixologiya üzrə qazanılmış bilik, bacarıq və vərdişlərin səviyyəsi;

- müəllimin öz gələcək peşəkar pedaqoji fəaliyyətində psixoloji biliklərin rolunu və əhəmiyyətini aydın dərk etməsi;

- şagirdlərlə iş prosesində biliklərdən istifadə bacarıqları;

- uşaqların idrak proseslərinin, emosional və iradi aləminin, xarakter əlamətlərinin formalaşdırılmasında, psixoloji situasiyanın qiymətləndirilməsində rasional təsir metodlarından istifadə bacarıqları;

- uşağın hərtərəfli inkişafı üçün onun psixikasına uzunmüddətli optimal təsir imkanları.

Təhsil sistemində praktik psixoloji xidmət şəbəkəsinin genişlənməsi zəruri həyati tələbat və reallıqdır.Uzun müddət peşəkar pedaqoji fəaliyyət sahəsində çalışan müəllimlər ixtisasartırma və təkmilləşdirmə kursları vasitəsilə psixologiya elmindəki yeniliklərdə tanış olsalar da, indi bu sahədə işin ağırlıq mərkəzi əhəmiyyətili şəkildə məktəb psixoloqunun üzərinə düşür.Onun iş sistemində müəllimlər arasında aparılan psixoloji maarifləndirmə üzrə işlər müəyyən yer tutur.Bu istiqamətdə aparılacaq işlərin sistemində aşağıdakı məsələlər diqqət mərkəzində saxlanılmalıdır.

- müəllimlərin ümumi psixoloji savadına yüksəldilməsinə kömək etmək;

- şəsiyyətin inkişafı prosesini öyrənmək üçün asan diaqnostik metodikaları mənimsəməkdə onlara kömək göstərmək;

- şagirdlərin və şagird kollektivinin psixi inkişafına müşahidə olunan qüsurların aradan qaldırılmasında psixoloji biliklərə istinad edilməsini təmin etmək;

Psixoloqun müəllimlərlə işi o halda səmərə verə bilər ki, müəllimlər öz peşə fəaliyyətinin mahiyyətini dərk edərək özünü-təhsil və özünü inkişafın zəruriliyini anlamış olsunlar.


Pedaqoji konsiliumların təşkili və keçirilməsində psixoloq öz mütəxəssis mövqeyini ortaya qoymağa bacarmalı, şagirdlər haqqında məlumatların yalnız müəllimlərdən deyil, müxtəlif mənbələrdən əldə edilməsinin zəruriliyini əsaslandırmağı bacarmalıdır.

Psixoloqun müəllimlərlə işinin əsas məqsədi pedaqoji prosesin hər bir uşağın azad inkişafı mühitinə çevrilməsinə yardım göstərməkdən, təlim-tərbiyə prosesində hər bir uşağın fəaliyyətinin, maraq və meyllərinin formalaşmasına əlverişli zəmin yaratmaqdan ibarətdir.Bu məqsədlərə nail olmaq üçün psixoloq ilk növbədə müəllimlər arasında müasir pedaqoji-psixoloji nəzəriyyələrin fəal təbliğinə nail olmalıdır.Şagirdlərin təlimi, tərbiyəsi, inkişafı və bu proseslərlə bağlı fəaliyyət motivlərinin diqqətlə öyrənilməsi psixoloqun müəllimlərə işinin sistemində önəmli rol oynayır.

Psixoloq müəllimlərlə şagirdlər arasındakı qarşılıqlı münasibətlərin öyrənilməsinə humanist, demokratik, qarşılıqlı əməkdaşlıq, uşaq şəxsiyyətinə hörmət prinsipləri əsasında qurulmasına həssaslıqla yanaşmalıdır. Pedoqoji kollektivə iş prosesinə qoşulmaqla psixoloq müəllimlər və məktəb rəhbərləri arasında mənəvi cəhətdən sağlam və işgüzar qar.ılıqlı münasibətlərin bərqərar olmasına, onların pedoqoji-psixoloji mədəniyyətinin, peşəkarlığının yüksəldilməsinə, davranış və fəaliyyətdə daimi refleksiyanın yaranmasına xüsusi diqqət yetirilməlidir. Qeyd olunan vəzifələrin yerinə yetirilməsi üçün məktəb psixoloqu müəllimlərin daimi fəaliyyət göstərən seminarını təşkil edir, burada müəllimlərin peşə fəaliyyəti ilə bağlı müxtəlif pedoqoji-psixoloji problemlərin müzakirələrini keçirir. Belə müzakirələrdə müəllimlərlə yanaşı sinif rəhbərləri, uşaq birliyi təşkilatının rəhbəri və məktəb rəhbərləri də iştirak etməlidir.

Məktəbdə təşəkkül tapmış xeyirxah ənənələrin daha da möhkəmləndirilməsi, şagird özünüidarəsinin müxtəlif formalarının inkişaf etdirilməsi istiqamətində apardığı səmərəli fəaliyyətinin nəticələri heç şübhəsiz psixoloqun məktəbin pedoqoji və şagird kollektivi arasında mərkəzi və nüfuzlu bir sima kimi mövqelərinin möhkəmlənməsinə etibarlı təminat yaratmış olur.

Milli təhsil sistemimizdə həyata keçirilən kompleks islahatları müasir məktəbin müəlliminin peşə hazırlığını yüksəltməyi, psixoloji səriştəliliyin artırmağı tələb edir. Aydındır ki, hər hansı pedoqoji vəzifəni həyata keçirmək üçün psixoloji biliklər və onlardan konkret şəraitdə istifadə bacarıqları tələb olunur. Ona görə də, məktəbdə çalışan psixoloq müəllimlər arasında psixoloji biliklərin təbliği istiqamətində sistemli iş aparmalı, onların ümumi psixoloji cavadının artırılmasına kömək etməlidir.

Təlim, tərbiyə və inkişafla bağlı vəzifələrin həyata keçirilməsini təmin etmək əslində hər bir müəllimin peşəkar fəaliyyətinin əsasını təşkil edir. Böyüməkdə olan gənc nəslin taleyi üçün məsuliyyət hiss edən, psixologiya elminə və onun hələ istifadə olunmamış geniş imkanlarına inanan hər bir müəllim həmin vəzifələri uğurla reallaşdıra bilər.

Ali pedoqoji məktəblərdə tələbəlik illərində bütün ixtisasların tələbləri psixologiya kursunu öyrənir, bəzi ixtisaslarda isə məktəbdə psixoloji xidmətin ümumi nəzəri məsələləri ilə tanış olurlar. Müasir dövürdə, müəllimin pedoqoji şüuruna, yeni pedoqoji təfəkkürə əasalanan təhsil quruculuğu prosesində hər bir müəllim psixoloji bilik və bacarıqlara böyük tələbat hiss edir. Ona görə də, bu sahədəki mövcud boşluğu doldurmaq üçün psixoloji xidmət sisteminin və onu həyata keçirən əsas şəxs kimi praktik məktəb psixloqunun üzərinə bir sıra vəzifələr düdür:


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin