Mövzu Psixodiaqnostika anlayışı onun məzmunu və vəzifələri. Plan



Yüklə 0,94 Mb.
səhifə40/70
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#42080
1   ...   36   37   38   39   40   41   42   43   ...   70
Psixodiaqnostika-və-psixokonsultasiya-TSPX-3-cu-kurs-bakalavr

Problemin aşkar edilməsi diaqnoz faktların təhlili müdaxilə planı məsləhətvermə şəklində müdaxilə müştəri ilə məsləhətçinin birgə fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi.

Psixoloji məsləhətvermənin təşkili və aparılmasına müxtəlif yanaşmalar mövcuddur. Bir çox psixoloqlar psixoloji məsləhətvermənin təşkilində yaş amilini əsas meyar hesab edirlər. Yaş kateqoriyası baxımdan psixoloji məsləhətvermə 15 yaşadək olan uşaqlar üçün məqsədəuyğun hesab edilmir. Bu yaş dövrünədək uşaqlar məhsuldar şəxsiyyət kimi qəbul edilmir, tam müstəqil və öz hərəkətləri üçün cavabdehlik hissinə tam şəkildə malik deyildir. Ona görə də, bu yaşlı uşaqlara göstərilən psixoloji yardımın əsasən psixoterapevtik və ya korreksion köməkdən ibarət olması məqbul hesab edilir. Yaşlı həyat dövründə isə məsləhətvermə ildən ilə öz nəticəsini itirir. Beləki, bu yaş dövründə müvafiq yaş dövrü üçün səciyyəvi olan tələbatlar və şəxsiyyətin özü dəyişir. Qocalıq dövründə isə vəziyyət daha kəskin xarakter alır: insanın xarakteri dəyişir, öz hərəkətlərinə cavabdehliyi azalır, qocalıqönü ağıl kəmliyi və əmək məhsuldarlığının aşağı düşməsi insanı başqalarından asılılığına səbəb olur.

Psixoloji məsləhətvermənin keçirilməsi bir sıra prinsiplərə, tələblərə əsaslanır. Psixoloji məsləhətvermənin nisbətən bitkin və mükəmməl təsnifatı rus psixoloqları P.P.Qornostay və S.V.Vaskovskaya tərəfindən verilmişdir. Onlar öyrənilən konkret psixoloji problemlərin xarakterindən asılı olaraq psixoloqun fəaliyyətini “problemli yanaşma” mövqeyindən öyrənmiş və aşağıdakı prinsipləri müəyyən etmişlər:

1. Səbəbiyyət prinsipi. Psixoloq müştərinin problemini doğuran səbəb və mexanizmləri öyrənir, onların xarici təzahürləri onun üçün o qədər də əhəmiyyətli deyildir.

2. Konsultativ alyans prinsipi psixoloqla müştəri arasında yüksək qarşılıqlı inam və səmimiyyətin, açıqlığın olmasına əsaslanır.

3. Problemli diaqnostika prinsipi psixoloji çətinliklərin səbəbi və xarakterinin müəyyənləşdirilməsini nəzərdə tutur. Bəzən qoyulmuş fərziyyənin yoxlanılması üçün diaqnostik metodikaların tətbiqi lazım gəlir.

4. Səmərəlilik prinsipi. Bu prinsip hadisələrə qeyri-standart yanaşmanı nəzərdə tutur. Psixoloq – məsləhətçi zəruri hallarda müştərinin dili ilə danışmalı, müvafiq situasiyaya uyğun olaraq müstəsna tövsiyələr (məsələn, uşağın tərbiyəsi, konfliktli vəziyyətdən çıxmaq məsələləri üzrə) verməklə yanaşı, əsasən sınaqdan çıxarılmış, yoxlanılmış məqsədəuyğun metodlardan istifadəyə üstünlük verməlidir.

5. Psixoloji vasitəlilik prinsipi. Bu prinsipə əsasən məsləhətçi-psixoloq münaqişə tərəfləri arasında üçüncü tərəf rolunda çıxış etməklə onlar arasında barışığın, kompromisin yaradılmasına nail olmağı bacarmalıdır.

6. Qeyri-manipulyativ yanaşma prinsipi müştərinin şəxsən sərbəst qərar qəbul etməsinə stimul yaratmaq imkanının reallaşdırmasını nəzərdə tutur.

7. Peşəkarlıq prinsipi – psixoloji vəzifələrin adekvat şəklində yerinə yetirilməsini, müştəridə özü haqqında “hər şeyə qadirlik” kimi illüziyanın yaradılması fikrindən uzaq olmağı nəzərdə tutur.

8. Müştərinin özünün özünə yönəlişliyi. Bu prinsipə görə müştərini xarici deyil, daxili aləminə yönəltmək lazımdır.

9. Konsultasiyanın nəticələrinin təhlili prinsipi. Psixoloq apardığı məsləhətvermənin nəticələrini təhlil etməli, problemin ayrı-ayrı cəhətlərinə həssaslıqla yanaşmalı, bu əsasda da peşəkarlıq baxımından refleksiyaya sahib olmalıdır.

Psixoloq məsləhətçi nə qədər peşəkar bir mütəxəssis olsa da, o öz əməli fəaliyyətində şəxsi mövqeyi ilə elmi-nəzəri yanaşmaları uzaqlaşdırmağı bacarmalıdır.

1. Konsultant–məsləhətçi müştəriyə birbaşa məsləhət verir;

2. Konsultant köməkçi –müştəriyə öz intellektual potensialını müəyyənləşdirməkdə, daxili imkanlarını hərəkətə gətirməkdə, aktuallaşdırmaqda kömək edir;

3. Konsultant – ekspert müştəriyə problemli situasiyanın həllinin daha optimal variantını göstərir, onunla birgə daha müvafiq variantın müəyyən edilməsində iştirak edir.

Yerinə yetirdiyi xeyirxah vəzifələrə, daşıdığı funksiyalara görə psixoloji ədəbiyyatlarda psixoloq-məsləhətçini “səbrli dinləyici”, “ağıllı analitik”, “psixoloji qanunauyğunluqların mahir bilicisi”, “mənəvi rəhbər”, “ruhun mühəndisi”, “bacarıqlı fasilitator” və s. kimi çoxsaylı adlarla səciyyələndirirlər.

Praktik psixoloq-məsləhətçinin istinad etdiyi ümumiləşmiş elmi biliklər tarixəntəşəkkül tapmış müxtəlif nəzəriyyələrdən qaynaqlanır.

Müasir dövrdə psixoloq – məsləhətçinin praktik fəaliyyətdə istinad etdiyi əsas psixoloji cərəyanların xarakteristikalarını nəzərdən keçirək.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin