1. Təsir müddətinə görə: təxirəsalınmaz, təcili psixolji yardım. Psixoloji yardımın bu forması mürəkkəb psixoloji vəziyyətlərdə zəruridir. Məsələn, təqib, intihar cəhdi, zorlama zamanı və s. Belə yardımlar inam xidməti, inam telefonlarıvasitəsilə göstərilir, anonimliyə zəmanət verir. Çətin həyati situasiyalarda, psixoloji böhran, münaqişələr zamanı psixoloji yardım məsləhətvermə şəklində həyata keçirilir.
2. İstiqamətinə görə: birbaşapsixoloji yardım. Belə yardım müştərinin müraciətinə əsasən ona bilavasitə göstərilən yardımı nəzərdə tutur. Burada həmrəylik və qabaqlayıcı xarakterli yardım formalarına da rast gəlinir ki, bu da adətən ailə xidmətində səciyyəvi olan yardım formaları hesab olunur;