Mövzu Psixodiaqnostika anlayışı onun məzmunu və vəzifələri. Plan


Təhsil sistemində çalışan praktik psixoloq konsultasiyaların keçirilməsində aşağıdakı tələblərə əməl etməlidir



Yüklə 0,94 Mb.
səhifə57/70
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#42080
1   ...   53   54   55   56   57   58   59   60   ...   70
Psixodiaqnostika-və-psixokonsultasiya-TSPX-3-cu-kurs-bakalavr

Təhsil sistemində çalışan praktik psixoloq konsultasiyaların keçirilməsində aşağıdakı tələblərə əməl etməlidir.

  • Konsultasiyanın keçirilməsi zamanı valideynlər hiss etməlidirlər ki, psixoloq onların övladlarının tərbiyəsində xeyrxah və səmimi mövqe tutmuşdur, o, bu tədbirləri görüntü xatirinə keçirmir, əksinə, valideynlərə uşağın tərbiyəsində əməli kömək göstərmək istəyir.

  • Valideynlərə verilən tövsiyyələr konkret olmalı, ailənin həyat şəraitini, uşaqların fərdi xüsusiyyətləri nəzərə alınmalıdır.

  • Hər bir konsultasiya valideynlərə nə isə yeni, faydalı bir şey verməli, onların pedaqoji və psixoloji biliklərini genişləndirməlidir.

  • Konsultasiyanın uğurlu olması bir çox cəhətdən psixoloqun səriştəsindən, valideynlərə qarşı həssaslıqdan, onun təlqinetmə və inandırma məharətindən asılıdır.

  • Konsultasiya hazırlıq tələb edir. Psixoloq valideynlərin suallarına elmi cəhətdən əsaslandırılmış cavablar verməlidir.

  • Valideynlərə tövsiyyələr verməzdən əvvəl psixoloq valideyni ona müraciət etməyə məcbur edən faktı ətraflı öyrənməli, elmi ədəbiyyatlara istinad edərək, həyati nümunələrə əsaslanaraq, sübutlar gətirməyi bacarmalıdır.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin