Mövzu Psixodiaqnostika anlayışı onun məzmunu və vəzifələri. Plan



Yüklə 0,94 Mb.
səhifə59/70
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#42080
1   ...   55   56   57   58   59   60   61   62   ...   70
Psixodiaqnostika-və-psixokonsultasiya-TSPX-3-cu-kurs-bakalavr

Valideynlər üçün nümunəvi anket

1. Müayinə tarixi;

2. Uşağın adı və soyadı;

3. Doğum tarixi;

4. Məişət şəraiti: ümumi yaşayış sahəsi, ailə üzvlərinin sayı. Uşaq üçün ayrıca otağın olub-olmaması;

5. Ailənin maddi təminatı: aşağı, orta, yüksək;

6. Valideynlər haqqında məlumat: onların yaşı, təhsili, peşəsi, ailənin tərkibi;

7. Tam və ya natamam ailə olub-olmaması: Boşanma olubsa, həmin vaxt uşağın neçə yaşı vardı? Ailədə ögey ata və ananın, ögey bacı və qardaşın olub-olmaması;

8. Ailədə qarşılıqlı münasibətlər;

9. Ailə üzvlərindən alkaqol, narkotik maddə qəbul edənlər varmı?

10. Valideynlərin sağlamlıq durumu. Valideynlərin xarakterində aydın ifadə olunan psixi və xroniki xəstəliklər haqqında məlumat;

11. Uşağn doğulması vaxtında və normal olmuşdurmu?

12. Uşaq doğuş travması almışdırmı? Onda anadangəlmə qüsurlar varmı?

13. Körpəlik və erkən uşaqlıq dövründə inkişaf xüsusiyyətləri: hərəki və nitq inkişafı. Cərrahi əməliyyat olunubmu? Həkimin qeydiyyatındadırmı?

14. Tərbiyənin xüsusiyyətləri: körpələr evi, bağça, ev tərbiyəsi;

15. Uşağın məktəb problemləri və əlavə yüklənməsi;

16. Uşağın ailədə tərbiyəsi ilə kim məşğul olur. O, ailədə kimin rəyi ilə hesablaşır? Ailə tərbiyəsinin prinsipləri. Ailədə cəza üsulları.

17. Uşaq asudə vaxtını necə keçirir;

18. Uşağın fiziki vəziyyəti, cinsi tərbiyəsi;

19. Uşağın üstün əhvalları;

20. Uşağın fərdi xüsusiyyətləri, davranışı və əsas şikayətləri.

Psixoloqun müəllimlərlə apardığı psixoloji konsultasiya işlərinin sistemində əsas vəzifə hər bir şagirdin şəxsiyyət kimi inkişafı üçün inkişafetdirici optimal mühitin yaradılmasına kömək göstərməkdən ibarətdir.

Təlim-tərbiyə prosesində, şəxsiyyətyönümlü nəticəyönümlü pedoqiji əməkdaşlıq şəraitinin yaradılmasında ixtisaslı mütəxəssis kimi məktəb psixoloqunun rolu böyükdür. Psixoloqdan ixtisaslı məsləhət və yardım alan müəllimlər özlərinin gündəlik peşəkar fəaliyyətində hər bir şagirdə fərdi yanaşmanın priyomlarını öyrənir, onların konkret psixoloji xarakteristikaları haqqında etibarlı məlumatlar əldə etmək imkanı qazanır. Onlar arasındakı peşə əməkdaşlığı, ümumi və ortaq vəzifələrin birgə həllinə yönəlmişdir. Psixoloq müəllimlər arasında müasir pedoqoji-psixoloji təlim nəzəriyyələrini, yeni, fəal və interaktiv texnologiyainnovasiyaları təbliğ edir, onları təlim prosesində şagirdlərin fəaliyyətinin motivləri, təlim-tərbiyə proseslərinin idarə olunmasının texnologiyası və şagird nailiyyətlərinin qiymətləndirilməsi metodikaları ilə tanış edir. Müəllimlərlə keçirilən konsultasiyalar zamanı psixoloq müəllimlər tərəfindən tətbiq edilən təlim metodları və metodikalarına qarışmır və onlara müdaxilə etmək hüququna malik deyildir.

Müasir pedoqoji-psixoloji biliklərin fəal təbliğatçısı olan psixoloq müəllimlərlə şagirdlər və şagirdlərin özləri arasındakı qarşılıqlı münasibtələrinin xarakterinin öyrənilməsinə xüsusi diqqət yetirir.O,bu münasibətlərin humanist və demokratik olmasına, mənəvi və işgüzar dəyərlər əsasında qurulmasında fəal yardımçı rolunda çıxış edir.

Psixoloqun konsultativ işinin sistemində müəllimlərin pedoqoji-psixoloji mədəniyyətinin yüksəldilməsi, peşə hazırlığının təkmilləşdirilməsi, onlarda mənəvi və peşə şüurunun, yeni pedoqoji və metodik təfəkkürünün formalaşdırılması məsələləri mərkəzi yer tutur. Bu məqsədlə psixoloq müəllimlərin daimi fəaliyyət göstərən seminarını təşkil edir və burada onların peşəkar fəaliyyəti prosesində meydana çıxan müxtəlif pedoqoji-psixoloji problemlərin işgüzar müzakirələrini keçirir.

Psixoloq məktəb rəhbərliyinin və yuxarı təhsil orqanlarının göstərişi ilə müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsində fəal iştirak edir, öz rəyini bildirir. Belə qiymətləndirmə zamanı psixoloq pedoqoji fəaliyyətin və müəllim şəxsiyyətinin aşağıdakı əsas cəhətlərinə xüsusi diqqət yetirməlidir:



  • Müəllimin ixtisaslı-peşə hazırlığı və təlim-tərbiyə işindəki uğurları;

  • Müəllim şəxsiyyətinin tipoloji xüsusiyyətləri, kollektivdə və şagirdlər arasında reytinqi;

  • Müəllimin aqressivliyinin qiymətləndirilməsi;

  • Onun ünsiyyətlilik səviyyəsi və şagirdlərlə qarşılıqlı münasibətlərinin tərzi;

  • Konfliktli situasiyalarda davranışı;

  • Müəllimin peşə fəaliyyətində mövcud maneə və əngəllər;

  • Müəllimin mühüm şəxsi peşəkar keyfiyyətləri.



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin