Mövzu Psixodiaqnostika anlayışı onun məzmunu və vəzifələri. Plan



Yüklə 0,94 Mb.
səhifə61/70
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#42080
1   ...   57   58   59   60   61   62   63   64   ...   70
Psixodiaqnostika-və-psixokonsultasiya-TSPX-3-cu-kurs-bakalavr

İntellekt anlayışı (ingiliscə, İntellengence) elmi tədqiqatın obtekti kimi psixologiya elminə ingilis antropoloqu F.Halton tərəfindən XIX əsrin sonlarında gətirilmişdir.Ç.Darvinin təkamül təliminin təsiri altında olan Halton insanlardan istənilən fərdi fərqlərin əsas səbəbini irsiyyətlə şərtlənmiş cismani və psixi fərqlərdə axtarırdı.Əgər əvvəllər əqli gerilik yalnız irsiyyət amili ilə izah edilirdirsə, Halton bu amilin rolunu genişləndirərək onun təsirini intellektin inkişafının bütün səviyyələrinə, o cümlədən istedad və dahiliyə də aid etməyə təşəbbüs göstərmişdir.Haltona görə, intellektual qabiliyyətlərin bütün təzahürləri irsi cəhətdən şərtlənmişdir.Burada təlim-tərbiyənin və inkişafın digər xarici amillərinin rolu yoxdur və ya az əhəmiyyətlidir.

F.Haltonun intellektin irsi cəhətdən şərtlənmiş qabiliyyət olması haqqında təsəvvürləri uzun onilliklər boyu hakim təsirə malik olmuşdur.Ona görə də ilk intellekt testlərinin yaradıcıları A.Bine, C.Kettel, L.Termen bu metodologiyanın təsiri altında olaraq belə hesab etmişlər ki, onlar inkişaf şəraitindən asılı olmayaraq mövcud olan anadangəlmə qabiliyyətləri ölçürlər.

F.Haltonun tədqiqatları intellekt probleminə tamamilə yeni yanaşma modelinin əsasını qoymuşdur.İxtisasca antropoloq olmasına baxmayaraq, Halton insanların intellektual əlamətlərinin, psixi funksiyalarının eksperimental yolla öryənilməsinin əsasını qoymuşdur.1882-ci ildə Londonda kişik laboratoriya yaradan Halton insanlara xidmət təklif edirdi.Onun laboratoriyasında istənilən adam pul ödəməklə özünün cismani (boy, əzələ gücü) həm də psixoloji parametrlərinin-xüsusən həssaslığının, obrazlı hafizəsi və hərəki funksiyalarının səviyyəsini yoxlada bilərdi.Sonralar bu cür ölçmələr intellektin psixoloji diaqnostikasının inkişafı sahəsində işlərin inkişafı üçün prinsipial əhəmiyyətə malik olmuşdur.

1921-ci ildə Nyu-yorkda çap olunan “Pedaqoji psixologiya” jurnalı 14 məhşur amerikan psixoloquna “intellekt nədir?” sualına cavab vermək xahişi ilə müraciət etsə də, suala birmənalı cavab ala bilməmişdir.Verilən cavablar bir-birinə uyğun gəlmir, bir-birini inkar edirdi.

İntellekt problemi XIX əsrdə psixologiya elmində birmənalı cavablandırılmayan və indiyədək də açıq qalan bir problem olaraq qalmaqdadır.XX əsrdə intellekt probleminin mahiyyətinin anlaşılmasında bir sıra yanaşmalar özünü göstərmişdir.

1.A.Bine, Ç.Sprimen, Ç.Kolvin, Q.Budron və başqaları intellekti təlimə qabillik;

2.L.Termen, E.Torndayk, C.Peterson mücərrəd əməliyyat aparmaq qabiliyyəti;

3.V.Stern, L.Tepstoun, Y.Klanaped, J.Piaje isə yeni şəraitə uyğunlaşmaq qabiliyyəti kimi səciyyələndirmişdir.

İntellektin təlimə qabillik kimi anlaşılması zoopsixologiyada geniş yayılmışdır.Biheviorist nəzəriyyəsinin tərəfdarları B.Skinner, E.Torndayk, A.Bitterman müxtəlif canlı orqanizmlərin təlim edilməsi xüsusiyyətlərinə əsaslanaraq, onların intellektual imkanlarını müqayisə edirdilər.Onların fikrincə, onurğalıların bir çoxunda mümarisə əyrilərinin eyni formada olması təlimə qabilliyin,intellektual səviyyənin eyni olması haqqında mülahizə irəli sürməyə əsas verir.

İntellektin təlimə qabillik kimi anlaşılması fikrinə XX əsrin əvvəllərində psixoloqlar arasında birmənalı yanaşma sonralar fərqli baxışlarla əvəz olunmağa başladı.Belə ki, A.Bine və Ç.Spirmenin ilk tədqiqatlarında təlimə qabillik faktiki olaraq eyniləşdirilirdisə. V.Xenmon belə hesab edirdi ki, intellekt insanın artıq mənimsəmiş olduğu biliklərlə müəyyən edilir. V.Diaborn isə intellekti oxumaq və təcrübə qazanmaq adlandırır. ən yaxşı intellekt testini “təlimə real prosesin ölçülməsi” hesab edirdi.

İntellektə təlimə qabillik kimi baxan müasir psixoloqlar intellektin göstəricisi kimi özünü göstərən təlimin metodlarını müəyyənləşdirməyə çalışırlar.Bir çox psixoloqlar belə hesab edir ki, məsələn, öyrənmə sürəti belə bir kriteriya ola bilməz.Belə ki, R.Snou və E.Yelounun fikrincə, intellekt arasındakı fərqləri öyrənmə sürəti arasındakı fərqlərlə qarşı-qarşıya qoymaq əsassızdır.Belə ki, öyrənmə sürəti bir çox amillərdən (məsələlərin tipi, hər bir məsələnin daxilindəki komponentlər, təlim metodları, öyrədilənlərə maraq və s) asılıdır.İntellektlər arasındakı fərqlər öyrənmə sürəti arasındakı fərqlərə nəzərən daha böyükdür.

Öyrənmə sürəti təlimin heç də yeganə olmayan göstəricilərindən biridir.Bu amillər sırasında təlimin asanlığı və vərdişlərin köçürülməsi intellekt psixologiyasında mürəkkəb xaraktereristikalardan biridir.

Müasir psixoloqların heç də hamısı öyrənməyə qabilliyi intellektin əsas amılı kimi qəbul etmirlər.Aydındır kı, təlim fəaliyyəti insanın həyatının müəyyən mərhələsində (uşaqlıq, yeniyetməlik və gənclik) özünü aparıcı fəaliyyət kimi göstərir.Yaşlı adamların intellekti isə hər şeydən əvvəl qeyri-təlim tipli problemlərin peşə fəaliyyəti, məişət və s. müvəffəqiyyətlə həll edilməsində təzahür edir.Bu problemlərin həll edilməsi heç də həmişə təlim fəaliyyətinin uğurları ilə bağlı olmur.Məsələn, A.Eynşteyn məktəbdə pis, zəif hazırlıqlı şagird kimi tanınırdı.Sürix Politexnik İnstitutuna qəbul imtahanlarında kəsilirdi.Sonralar ora daxil olsa da, ali məktəbi çox çətinliklə bitirmişdi.Professorlar onun diplom işini pis rəylərlə qiymətləndirmişdilər.Göründüyü kimi, təlimdəki uğurlar heç də müasir psixologiyada olduğu kimi, intellektin əsas göstəricisi kimi qəbul edilə bilməz.

Müasir pedaqogika və psixologiya elmləri artıq çoxdan bu faktı qəbul edir, pedaqoji təsirlə şagirdlərin fərdi xüsusiyyətlərinin uyğunluğu təlimin nəticələrinin yüksəldilməsində əhəmiyyətli rol oynayır.Ona görə də məktəb yaşlı uşaqların intellekt səviyyəsini yalnız təlimin xarakterində axtarmaq doğru deyildir.Deməli, intellekt öyrənmənin amillərindən biri, öyrənmə isə intellektin çoxsaylı təzahürlərindən yalnız və ya yalnız biridir.XX əsrin əvvəllərində Bine-Stenford şkalasının yaradıcılarından biri L.Termen, C.Peterson və başqa məşhur psixoloqlar isə intellekti mücərrəd münasibətlər və simvollar üzərində əməliyyatlar aparmaq qabiliyyəti kimi səciyyələndirirdilər.Belə ki, P.Torndayk qeyd edirdi ki, intellekt mücərrəd təfəkkürdən asılıdır və problemin həllində mücərrəd əlamətlərə istinad etmək bacarığında təzahür edir.Lakin intellektin yalnız mücərrədləşdirmə qabiliyyəti kimi başa düşülməsi, intellektual qabiliyyətlərib dairəsini məhdudlaşdırdığına görə, psixoloqlar tərəfindən birmənalı qarşılanmadı.

“İntellekt” anlayışının elmi təhlilini verən bir sıra psixoloqların (B.Ştern, L.Terstoun, E.Klapared, P.Pinter, J.Piaje və b) fikrincə, bu anlayış yeni şəraitə uyğunlaşma qabiliyyəti kimi başa düşülməlidir.V.Ştern yazırdı ki, intellekt təfəkkür əməliyyatlarından intellektual məqsədə çatmaq üçün düzgün istifadə üsullarıdır...

XX əsrin 70-ci illərdə intellektə baxışda yeni tendensiyalar meydana gəldi.Onların müəlliflərindən biri olan Q.Qardner intellekti kompyuter proqramı şəkilində təsəvvür edir və yazırdı ki, ümumiyyətlə, intellekti genetik cəhətdən proqramlaşmış, daxili və xarici informasiyaya uyğunlaşmış neyron mexanizmi və ya kompyuter sistemi şəklində qurulmuş sistem kimi başa düşmək olar.Bu dövrdə intellekt psixologiyası üzrə araşdırmalar aparan tədqiqatçılar insan fikirləri ilə məsələ həll edən kompyuter əməliyyatlarının gedişi arasında anologiya axtarmağa çalışırdılar...

1959-cu ildə Rilferd intellektin strukturunu təşkil edən 120 faktorun adını qeyd etmiş, onun kubik modelini yaratmışdı. 1967-ci ildə Kettel qeyd etmişdir ki, bizim hər birimiz doğulduğumuz andan etibarən potensial intellektə malikik ki, bu da bizim təfəkkür, mücərrədləşdirmə, mühakimə qabiliyyətlərimizin əsasında durur.Təxminən 20 yaşda intellekt özünün daha yüksək çiçəklənmə həddinə çatır.

İntellekt mücərrəd bir fenomen deyil, o, fərdin, subyektin konkret intellektual fəaliyyətinin təzahürüdür.Bəzi psioloji konsepsiyalar intellekti əqli əməliyyatlar sistemi, həll stili və problemin həlli strategiyası ilə eyniləşdirir, fərdin situasiyaya daha səmərəli yanaşması hesab edirlər.İnsanın hansı xüsusiyyətlərinin onun intellektini əks etdirməsi bu günədək mübahisəlidir.Bəzi alimlər intellekti abstrakt (mücərrəd) təfəkkür kimi qələmə verir, onu insanın məqsədəuyğun fəaliyyət forması adlandırırlar.ABŞ, İngiltərə, və bir çox qərb ölkələrində intellektin ölçülməsi təcrübəsi geniş yayılmışdır.İntellekt idrakın mürəkkəb inteqral mərhələsi olub, əqli fəaliyyətin bir çox cəhətlərini özündə əks etdirir.Tarixdə özlərinə əbədi heykəl qoymuş bir çox adamlar təkamül nəzəriyyəsinin banisi Ç.Darvin, rus yazıçısı və həkim N.Nərimanov, fizik A.Eynşteyn, fizioloqlar L.Paster, İ.Pavlov, İ.Seçenov, kimyaçılar D.Mendeleyev, Y.Məmmədəliyev, hərbi xadimlər H.Aslanov, Suvorov, dövlət xadimləri Atatürk, H.Əliyev, Şarl de Qoll və onlarla başqaları dərin intellekt sahibi olmuşlar.

Avropa psixoloqlarından V.Ştern, J.Piaje və başqaları intellekti fərdin həyat şəraitinə biopsixi adaptasiya kimi səciyyələndirirdilər.

Geşdalt psixologiyanın nümayəndələri M.Vertheymer və V.Köler intellektin məsuldar komponentlərini öyrənərək elmə “insayt” anlayışı gətirmişlər.

XX əsrin başlanğıcında fransız psioloqları A.Bine və T.Simon əqli qabiliyyətlərin səviyyəsini müəyyən etmək üçün xüsusi testlər təklif etmişlər.Onların tədqiqatları ilə intellektə praqmatik baxış tərzi formalaşmış və hal-hazırda da bu davam etməkdədir.Bu nöqteyi-nəzərə görə intellekt müvafiq məsələləri orijinal yolla həll etməkdən, sosial-mədəni həyat şəraitinə səmərəli şəkildə qoşulduqda və müvəffəqiyyətlə uyğunlaşmaqdan ibarətdir.Onlar belə hesab edirdilər ki, bunun üçün intellektin mədəni təsirlərdən asılı olmayan anadangəlmə baza strukturları olmalıdır.intelletin diaqnostikasının təkmilləşdirilməsi məqsədilə onlar onun strukturunun müxtəlif tədqiqat üsullarını, ilk növbədə faktor təhilini irəli sürülmüşdür.Müxtəlif müəlliflər intellektin baza faktorlarının 1-2-dən 120-dək olmaqla çoxsaylı kəmiyyət göstəricilərini qeyd etmişlər.

XX əsrdə elmi-texniki tərəqqinin nəticəsi olaraq kibernetika, informasiya nəzəriyyəsi, hesablayıcı texnika və kompyuter texnikasının yaranması zəminində müxtəlif proqramlarla idarə olunan süni intellekt yaratmaq fərziyyəsi reallığa çevrilmişdir.

Subyektin intellektual fəaliyyəti onun şüuru və onun tərkibinə daxil olan idrak proseslərinin, ilk növbədə təfəkkürün fəaliyyətilə bağlıdır.Burada təfəkkür əməliyyat komponentləri başlıca yer tutur.Təfəkkür psixi fəaliyyətdə özü tənzim olunan forma kimi çıxış edir, bu və ya digər intellektual məsələlərin həllində nəinki planlaşdırma və icra funksiyalarını yerinə yetirir, həm də özününəzarət. Yalnış gedişlərin korreksiyasını da icra edir.İntellektual məsələni həll edən subyekt hər bir əməliyyatı ayrılıqda deyil, verilmiş məntiqi əməliyyatlar sistemində yerinə yetirir, həll zamanı atdığı hə bir addıma nəzarət edir.Bütün bunları sistemli bir əməliyyat kompleksi kimi qiymətləndirərək intellektual fəaliyyəti daimi tənzimlənən fəaliyyət kimi xarakterizə etmək olar.

İntellektual fəaliyyətin qeyd olunan strukturu onun bütün növlərinin həm əməli-əyani məsələlərin (məsələn, konstruktiv fəaliyyət) , həm də nitq planında həyata keçirilən nəzəri məsələlərin həllində təzahür edir.

Bütün hallarda intellektual fəaliyyətin bütün növləri özünün inkişafının ilkin fazalarında bir sıra mərhələlərdən keçir ki, bunlar da əqli fəaliyyəti tədricən təkmilləşdirir.Əqli fəaliyyətin formalaşması prosesi aşkar maddiləşmiş fəaliyyət formalarından ixtisar edilmiş, yığcam formaya keçid-əvvəlcə xarici nitqin köməyi ilə sonra isə əqldə icra yolu ilə gedir.

İnkişaf etmiş intellektual fəaliyyət səviyyəsində bu cür “ixtisar edilmiş” sürətlə cərəyan edən əməliyyatlar təfəkkürün əsasını təşkil edir.İntellektin ölçülməsi və diaqnostikası üçün adətən sürətli intellekt testlərindən Ayzenk testindən, Veksler testindən, Ravenin mütərəqqi materislərindən (Raven testi) Kettelin intellekt və s. testlərindən istifadə olunur.



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin