Mövzu Regional sosial-iqtisadi inkişafın nəzəri metodoloji əsasları



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə12/90
tarix02.01.2022
ölçüsü1,72 Mb.
#39349
1   ...   8   9   10   11   12   13   14   15   ...   90
YourFileName

Gəncə-Qazax  regionu.  Gəncə-Qazax  regionu  Ağstafa,  Daşkəsən,  Gədəbəy, 
Göranboy,  Xanlar,  Qazax,  Samux,  Şəmkir,  Tovuz  rayonlarını  və  Gəncə  şəhərini 
birləşdirir. Regionun əhalisi 1103,3 min nəfərdən artıq olub, respublika  əhalisinin 
13,6%-ni  təşkil  edir.  İqtisadi  əhəmiyyətinə  görə  region  Abşerondan  sonra 
respublikada  ikinci  yer  tutur.  Azərbaycanın  sənaye  məhsulunun  13-14%-i  burada 
istehsal olunur. 
Gəncə-Daşkəsən  ərazisində  qara  və  əlvan  metallurgiya  sahələrinin  ilkin 
mərhələləri,  digər  yerlərdə  isə  yüngül  və  yeyinti  sənayesi  inkişaf  etmişdir. 
Daşkəsən  dəmir  fihzi  saflaşdırıldıqdan  sonra  emal  üçün  Gürcüstana  Rustavi 
metallurgiya  zavoduna  göndərilirdi.  Zəylikdən  çıxarılan  alunit  xa
mm
alı  əsasında 
Gəncə  gil-torpaq  zavodu  fəaliyyət  göstərir.  Zavodun  istehsal  etdiyi  aliminium 
oksidindən  Sumqayıtda  alü
min
ium  metah  və  müxtəlif  məmulatlar  hazırlanır. 
Burada həmçinin sulfat turşusu, sulfat duzu, kahum gübrələri də istehsal olunur. 
Gəncə-Qazax  iqtisadi  rayonu  həm  də  respubhkanın  mühüm  kənd  təsərrüfatı 
regionudur. Respublikada istehsal olunan kənd təsərrüfatı məhsulları
n
ı
n
 14-16%-i, 
o  cümlədən  kartofun  55,0%-dən  çoxu,  üzümün  18,0%-dən  çoxu,  kəsilmiş  çəkidə 
ətin 33,0%-dən çoxu, südün 12%-dən çoxu bu regionun payına düşür. 
Regionun özünəməxsus xüsusiyyətlərindən biri də burada güclü ehni-texniki 
potensiahn  mövcudluğudur.  Orada  3  ah  məktəb  (Kənd  Təsərrüfatı  Akademiyası, 
Pedaqoji və Texnoloji universitetlər), 8 orta ixtisas məktəbi, xüsusi təhsil ocaqları 
ilə  yanaşı  MiUi  Elmlər  Akademiyasının  filialı,  elmi-tədqiqat  müəssisələri, 
Qazaxda  Gəncə  Kənd  Təsərrüfatı  Akademiyasının  filialı  və  başqa  təhsil 
müəssisələri mövcuddur. 

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin