Şəki-Zaqatala iqtisadi rayonu. Bu region Azərbaycanın şimal- qərbində
yerləşir, Gürcüstan, Rusiya Federasiyası və Quba-Xaçmaz regionu ilə
həmsərhəddir. Quba-Xaçmaz regionunda olduğu kimi bu regionun da Rusiya
Federasiyası ilə sərhədləri hələlik dəqiqləşdirilməmişdir. Respublika ərazisinin
10%-i, əhalisinin isə 6%-i bu regionun payına düşür və mühüm aqrar-sənaye
rayonu sayılır.
Ölkəmizdə olan qaramalın 13%-dən çoxu, qoyun və keçilərin 10%-dən çoxu,
camışlarm 22%-dən çoxu bu regionun payına düşür. Lakin buna baxmayaraq
əhalinin hər nəfərinə görə ət istehsalı (kəsilmiş çəkidə) istehlak normalarından -
21,5 kq az (yəni 26,5 kq), süd istehsalı demək olar normaya yaxın, yumurta
istehsalı isə 269 ədəd azdır.
İqtisadi rayon kimi tütünçülük, baramaçılıq, meyvəçihk, xüsusən çəyirdəkli
meyvələr - qoz, fındıq, şabalıd, taxılçılıq, ət-süd, ət-yun təmayüllü qoyunçuluq
sahələrinin inkişafına görə respubhkada seçilir. Belə ki, respubhkada istehsal
olunan tütünün - 75%-dən çoxu, fındığın və şabahdm 90, tax
dın
16-17 və
baramanın 35-37%-i bu regionda istehsal olunur. Müstəqil dövlət ki
mi
fəahyyət
göstərməyə başlayandan respublikamn bu regionunda da ənənəvi çəltikçiliyin
inkişafına xüsusi fikir veri
li
r.
İqtisadi rayon olan Şəki-Zaqatala yerüstü və yeraltı sərvətlərlə zəngindir.
Respublikanın mis ehtiyatının hamısı, kükürd kolçedam- nm 90%-i, qurğuşun və
sinkin 97-99%-i bu regionda yerləşir. Unikal Filizçay polimetal yataqları bu
regiondadır. Dağlıq və dağətəyi yerlərdə, əsasən də çayların gətirmə konuslarında
bol çınqıl, qum, gil və başqa tikinti materialları xammalı vardır.