AİZ yaranması baxımından perspektivli hesab olunan iqtisadi
rayonların respublika iqtisadiyyatında mövqeyi (yekuna görə %-lə)
İqtisadi
Rayonlar
1995
Sənaye istehsal heyəti
Ümnmi sənaye məhsnln
ərazisi
əhalisi
1995
2000
1995
2000
Abşeron
8,2
30,9
67,4
58,5
61,8
69,3
Gəncə-Qazax
16,5
17,0
13,9
13,0
15,8
8,7
Şəki-Zaqatala
12,2
8,4
5,6
5,7
6,2
4,9
Quba-Xaçmaz
10,1
7,3
5,2
3,9
3,7
3,1
Lənkəran-
Astara
9,0
11,6
4,7
4,5
5,9
3,8
Naxçıvan MR
8,3
7,4
4,6
4,4
4,0
2,6
Cədvəldən çıxan ilkin nəticə ondan ibarətdir ki, AİZ yaranması baxımından
perspektivli hesab olunan regionlar xeyli istehsal potensialına malikdir, ərazi,
əhali, sənaye istehsahnda respublikada nəzərə- çarpacaq yer tuta bilirlər.
İkinci nəticə ondan ibarətdir ki, Abşeron müstəsna olmaqla, qalan rayonlarda
böhran dərindir və onların sənaye məhsulu istehsahnda xüsusi çəkisi böhranın
başladığı əvvəlki beş il ərzində 23,6%-dən 13,1%-ə enmişdir. Sonrakı illərdə də bu
proses davam etmişdir. Əksinə, Abşeron rayonunun xüsusi çəkisi 1995-ci ildəki
59,8%-dən 1997-ci ildə 68,4%-ə, o cümldən Bakı şəhəri 61%-ə qalxmışdır. AİZ
baxımından perspektivli hesab olunan regionların əsas sənaye şəhərlərində dövlət
sənaye müəssisələrində sənaye məhsulu istehsalı kəskin sürətdə artmışdır. 1993-cü
ilə nisbətən 2000-ci ildə bu müəssisələr sənaye məhsulu istehsalının həcmi Şəki
şəhərində 20%, Sumqayıtda 16%, Gəncədə 7%, Lənkəranda 5% təşkil etmişdir.
Əsas sənaye sahələrində istehsalın dərin böhranını aradan qaldırmaq və
sabitləşdirmək üçün xarici investisiya, elmi-tex
n
iki potensialdan, kadrlardan, tex
nologiyalardan, həmin regionların yerli istehsal şəraiti və imkanlarında AİZ
yaradılması formalarında istifadə edilməsinə ciddi ehtiyac vardır.
Abşeron iqtisadi rayonuna Bakı şəhəri və onun rayonları, Abşeron və Xızı
rayonlarının ərazisi daxildir. Abşeron iqtisadi rayonu iqtisadi potensialına görə
respublikanın ən inkişaf etmiş rayonu sayılır. Ərazisi 5,9 min kv.m., əhalisi 2,3
milyon nəfərdir. Qeyd etmək lazımdır ki. Sovet hakimiyyəti illərində respublikanın
digər iqtisadi rayonlarında sənaye daha sürətlə inkişaf etmiş olsa da bu rayonun
xüsusi çəkisi çox yüksək olaraq qalırdı. 1992-ci ildə Azərbaycanda istehsal olunan
sənaye məhsulunun 59,7%-i, mənfəətin 70%-dən çoxu, əsas istehsal fondlarının
64%-i, əhalinin 28,9%-i Azərbaycan ərazisinin cəmi 6,9%-ni əhatə edən Abşeron
iqtisadi rayonunun payına düşürdü. 1997-ci ilin məlumatlarına görə şərikli
müəssisələrin 93%-i, kiçik müəssisələrin 73%-dən çoxu bu rayonun payına düşür.
Beləliklə, Abşeron rayonunda bazar strukturah təsərrüfat sahələri başqa rayonlarda
olduğuna nisbətən daha sürətlə inkişaf edir.
Respublikanın milli gəlirinin əsasını təşkil edən neft-qazçıxarma sənayesi ilə
yanaşı, neft emalı, neft kimyası, kimya, maşınqayırma, energetika, qara və əlvan
metallurgiya, yeyinti və yüngül sənayenin əsas sahələri bu rayonun iqtisadi
potensialına daxildir.
Rayon sənayesi çox zəngin təbii ehtiyatlardan, neft, qaz, yodlu- bromlu su
ehtiyatlarından intensiv istifadə edilməsi, qeyri-filiz yataqlarının (tikinti daşı,
əhəng, kvars qumları, gil və s.) istismarı, həmçinin çoxsahəli kənd təsərrüfatının
xammalı əsasında inkişaf etmişdir.
Nef-qazla çox zəngin olan ərazi dünya şöhrəti qazanmışdır. Dəniz neftinin
çıxarılması bu zənginliyi bir daha artırmışdır. Neft çıxarılması uzun bir tarixə
malik olmaqla, Abşeronun əsas sərvəti sayılır. Hazırda neft çıxarılması qurudan
dənizə irəliləyərək Qərb ölkələri ilə iqtisadi əlaqələrin qurulmasında əsas rol
oynayır.
Respublika maşınqayırma müəssisələrinin üçdə ikisindən çoxu Abşeron
rayonunda yerləşir. Maşınqayırma sənayesinin əsas hissəsi neft maşınqayırma
sahəsi sayılır ki, belə müəssisələrin 14-ü bu rayondadır. Bunlardan Səttarxan adma
zavod, Keşlə, Binəqədi, Suraxam zavodları, dərinlik nasosları, rotor, yellənmə
dəzgahları, quyularda ölçmə və turşu ilə yuma əməliyyatları aparan qurğular və s.
buraxıhr. Dərin dəniz özülləri zavodu açıq dənizdə dərin yerlərdə neft çıxarmaq
üçün platformalar hazırlayır.
Abşeron iqtisadi rayonunun strukturunda kimya və neft kimyası mühüm yer
tutur. Sumqayıt kimya sənayesi birliyi zavodları, Bakı sintetik spirt və kauçuk,
plastik kütlələr, sintetik qətranlar, su- perfosfor gübrələri, bitkiləri, kimyəvi
mühafizə vasitələri, kimyəvi yuyucu tozlar, avtomobil şinləri, yod, brom və s.
istehsal olunur. Belə məhsulların bir hissəsi yarımfabrikat halında başqa ölkələrə
emal üçün aparılır. Son dövrdə bunlardan bir hissəsinin buraxılışı dayandırılıb.
Abşeronun iqtisadiyyatını yüksəldən a
mi
llərdən biri də kənd təsərrüfatının
südlük-ətlik istiqamətində inkişaf etdirilən heyvandarhq sahəsidir. Əvvəllər inkişaf
etdirilmiş quşçuluq, istixana tərəvəzçihyi əhali tərəfindən güclü inkişaf etdirilən acı
sahə tərəvəzçiliyi, kənd təsərrüfatının bir sıra başqa sahələri, zeytunçuluq,
üzümçülük, ixtisaslaşmış zəfəran sovxozu, yeyinti sənayesinin Abşeron iqtisadi
rayonu Gürcüstan, Şimah Qafqazla sıx əlaqə saxlayır və eləcə də respubhka
daxilindəki daşınma ehtiyaclarını ödəyir.
Dəniz nəqliyyatı vasitəsilə Orta Asiya dövlətlərinə, Rusiyanın Avropa
hissəsinə, Volqa çayı vasitəsilə yük və sərnişin daşınır. Xəzər dənizinin ən böyük
limani olan Bakı-Volqa-Don, Ağ dəniz - Baltik gəmiçilik kanalları vasitəsilə
əlaqələrin dərinləşməsi və beynəlxalq su nəqliyyatına qoşulması i
mk
anları xüsusi
əhəmiyyət kəsb edir.
Abşeron rayonu inkişaf etmiş dəmiryolu, neft, qaz, su kəmərləri şəbəkəsinə
malikdir. İqtisadi rayonun dünyanın bir çox ölkələri ilə, həmçinin Respublikanın
rayon və şəhərləri ilə sıx əlaqəsini təmin edən beynəlxalq əhəmiyyətli hava
nəqliyyat sistemi vardır.
Göründüyü kimi, beynəlxalq əhəmiyyətli hava, su, dəmiryolu və avtomobil
yollarının qovşağında yerləşən Azərbaycan əlverişli coğrafi-nəqliyyat mövqeyi ilə
yanaşı, güclü istehsal və təbii-iqtisadi potensiala (zəngin
min
eral-xa
mm
al
ehtiyatları, əlverişli təbii-iqlim şəraiti, kifayət qədər əmək ehtiyatları, məhsuldar
torpaq sahələri, müalicə əhəmiyyətli kurortrekrasiya sərvətləri və s.), inkişaf etmiş
texniki-iqtisadi bazaya və struktura, müasir ehni-texniki potensiala və kifayət qədər
yüksək kadr ehtiyatlarına malikdir. Burada tam formalaşmış yanacaq-enerji
kompleksi, çoxsahəli struktura malik neft-kimya, maşınqayırma, metallurgiya və
tikinti kompleksi, onların normal fəaliyyətini və əhalinin tələbatını ödəyən istehsal
müəssisələri, çoxsaylı və müxtəhf istiqamətli qabaqcıl elmi-tədqiqat və layihə
institutları, istehsal və sosial infrastruktur obyektləri və s. fəaliyyət göstərir.
Vaxtilə qabaqcıl texnika və mütərəqqi texnologiyaya əsaslanan bu müəssisələrin
son illərdə iqtisadiyyatı bürüyən böhran, investisiya- kapital ehtiyatlarının
məhdudluğu və bu kimi amillərin təsiri nəticəsində texniki-iqtisadi səviyyəsi aşağı
düşmüşdür ki, bu da dünya bazarında rəqabətədavamh məhsul istehsal etməyə və
xidmət göstərməyə imkan vermir. Aparılan təhlil göstərir ki, burada müxtəlif
formalarda azad və birgə təsərrüfatçılıq zonalarının yaradılması üçün zəruri olan
ilkin şərtlər mövcuddur.
Qazax-Gəncə regionu Azərbaycan Respublikasının Gəncə və Qazax iqtisadi
rayonlarından ibarət olub, iqtisadi əhəmiyyətinə görə Abşeron iqtisadi rayonundan
sonra ikinci yeri tutur. Geniş inkişaf etmiş, əsasən beynəlxalq əhəmiyyətli dəmir,
şose, boru-kəmər və hava yollarının ərazidən keçməsi, Gəncə və Daşkəsən
şəhərlərinin bu regionda yerləşməsi, respublikanın qonşu dövlətlərlə nəqliyyat və
iqtisadi əlaqələrin əsas hissəsinin buradan keçməsi, kifayət qədər torpaq ehtiyatı,
əlverişli iqlim şəraiti, enerji, su, faydalı qazıntılar və əmək ehtiyatlarına malik
olması kimi üstün cəhətləri onu digər regionlardan fərqləndirir.
Faydalı qazıntılardan Daşkəsən dəmir filizi, Zəylik alunit, Çıraq dərəsi
kükürd kolçedam, Xaçbulaq aşkar əhəng ehtiyatları böyük sənaye əhəmiyyətlidir.
Bütün bunlar regionda çoxsahəli sənaye və kənd təsərrüfatımn yüksək səviyyədə
inkişafına əlverişli şərait yaratmışdır. 1994-cü ilin məlumatına görə Azərbaycan
ərazisinin 15,5-i, sənaye və kənd təsərrüfatının birlikdə məhsulunun 14,3%-i bu
rayonun payına düşürdü. Dağ-mədən, tikinti materialları istehsah, maşınqayırma,
metallurgiya, yüngül və yeyinti sənaye sahələri güclü inkişaf etmişdir. Tikinti
materialı kimi Daş Salahh və Zəyəm mişar daşı. Poylu qum-çınqıl karxanası,
Tovuz də
mi
r-beton konstruksiyalar zavodu vardır. Zəyikdə çıxarılan xa
mm
al Gəncə
alüminium zavodunda işlənir. Bununla yanaşı burada sulfat turşusu, sulfat duzu,
kalium gübrəsi istehsal edilir.
Sənaye məhsullarının xeyli hissəsi yüngül sənayenin payına düşür. Bunlardan
pambıq və yun parça, tikiş və toxuculuq məmulatları əsas yer tutur.
Pambıqtəmizləmə zavodunda pambıq mahhc istehsal edilir. Yüngül sənaye əsasən
yerli və qismən gətirilən xa
mm
al hesabına işləyir. Ağstafa toxuculuq fabriki trikotaj
alt və üst paltarlar istehsal edir. Şəmkir, Tovuz, Qazax kəlağayı sexləri. Qazax
«Zih» xalça fabriki və s. sahələr regionun iqtisadiyyatının inkişafında böyük rol
oynaya bilər.
Kənd təsərrüfatının bütün sahələri burada inkişaf etdirilir. Res- publikamn
üzüm istehsahnm 20%-i, kartof istehsalı
n
ı
n
70%-i bu iqtisadi regionun payına
düşür. Taxılçılıq, tərəvəzçilik, meyvəçihk, bostan məhsulları ilə yanaşı, geniş
heyvandarlıq sahəsi iqtisadiyyatın əsasını təşkil edir.
Gədəbəy yaylağı və Ceyrançöl qışlağı heyvandarhğm əsas saxlanma yeri bu
ərazidə yerləşir. Respublikanın ən iri xəz-dəri, qunduz- çuluq sovxozu burada
yerləşir.
Göründüyü kimi, respublikanın Gəncə-Qazax regionu özünün təbii sərvətləri,
istehsal, təbii-texniki, təbii-iqtisadi potensialına görə inkişaf perspektivi daha
optimal sayıla bilər.
Lənkəran-Astara rayonu Azərbaycan Respublikasının cənub- şərqini
Lənkəran iqtisadi rayonunu əhatə edir. İqtisadi potensialın əsas amili kimi coğrafi
cəhətdən Xəzər dənizi və İran İslam Respublikası ilə həmsərhəd o
lm
asıdır. 1994-cü
ilin məlumatlarına görə Azərbaycan ərazisi
n
i
n
7%-i, əhali
n
i
n
8,6 və sənaye
məhsulunun 9%-i bu regionun payına düşür.
Regionun əsas şəhəri olan Lənkəranda istehsalı
n
həcmi kəskin surətdə
azahmşdır. 1990-cı ilə nisbətən 1997-ci ildə şəhərdə sənaye məhsulunun həcmi
azahmş, o cümlədən 1996-cı ildə 54% təşkil etmişdir.
Quba-Xaçmaz iqtisadi rayonu Azad İqtisadi Zona yaranmasına geniş imkanı
olan regionlardan biri hesab edilir. Kifayət qədər istehsal potensialı var.
Azərbaycan ərazisi
n
i
n
9,2%-i, sənaye məhsulunun 1%-i, kənd təsərrüfatı
məhsulunun 8,6%-i və respublika əhalisinin 18%-i bu regionun payına düşür.
Əlverişh coğrafi mövqeyi var. Quba-Xaçmaz regionu nəqliyyat baxı
mın
dan böyük
imkanlara malikdir. Magistral dəmiryolunun və avtomobil yollarımn, habelə
dənizə birbaşa çıxışı olması ərazidə istehsal sahələrini intensivləşdirmək və
rayonlararası, eləcə də beynəlxalq iqtisadi əlaqələri inkişaf etdirmək üçün çox
əlverişli imkanlar yaradır.
Azərbaycan Respublikasının ən perspektivh kurort rayonlarından olan
Yalama-Nabran dəniz sahili zonası ərazisinin olduqca əlverişli təbii uzlaşması
burada müalicə əhəmiyyətli sanatoriya və istirahət evlərinin, turist bazalarının
yaradılmasına imkan verir.
Respublikanın şimal-qərbində yerləşən Şəki-Zaqatala regionunun ərazisi faydalı
qazıntılarla zəngindir. Respublikada ən böyük olan Filizçay polimetal filiz yatağı
burada yerləşir. Respublikanın mis ehtiyatının ha
mı
sı - sink, qurğuşun ehtiyatının
97-99%-i, kükürd kolçedanının isə əsas hissəsi burada cəmləşmişdir. Burada
rəngarəng qeyri-fıliz faydalı qazıntıları, çoxlu terminal bulaqlar vardır ki,
bunlardan İlisu bulaqları fərqlənir.
Yeyinti sənayesi əsasən Şəki yeyinti kombinatı, meyvə-tərəvəz koserv
zavodları, Nij fındıq zavodu, Zaqatala fındıq zavodu, çay fabriki, Şəki ət kombinatı
ilə təmsil olunmuşdur. Bu müəssisələrin yerli xammal bazasında işləmək imkanları
vardı. Əvvəllər burada istehsal olunan məhsullar respubhkanın digər rayonlarına
göndərilirdi.
Şəki-Zaqatala regionunda AİZ yaradılması imkanlarını göstərərkən Şəkinin
qədim ticarət mərkəzi olmasını, əhalisinin ticarətə meyilliliyini, iqtisadiyyatın
sabitləşməsi üçün xarici investisiya elmi- texniki, kadr, texnoloji yardıma ehtiyac
olduğunu, son illər qəbul edilmiş qanunlar, normativ aktları ilə bazar
iqtisadiyyatına keçid üçün əlverişli şərait yaranmağa başladığını nəzərə almamaq
o
lm
az. Bu baxımdan, Şəki-Zaqatala azad ticarət zonası, ixrac yönümlü aqrar sənaye
istehsal zonası yaradılması imkanı olduğunu qeyd etmək olar. Ümumiyyətlə, hər
bir regionda hansı növ AİZ yaradılması onun məqsədi, vəzifələri və funksiyaları
regionun konkret şəraitindən asılı ola bilər.
, Naxçıvan MR respubhkanm AİZ yaradılmasına geniş imkanı və ciddi
ehtiyacı olan regionlarından biridir. Onun istehsal-təsərrüfat fəaliyyətinin tarixi
inkişaf xüsusiyyətləri, hazırkı vəziyyəti, coğrafi mövqeyi, nəqhyyat şəraiti, təbii
resursları və onlardan istifadədə yaranmış meyillər bu regionda AİZ yaradılmasını
mümkün və zəruri edir.
Dostları ilə paylaş: |