Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə44/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   ...   40   41   42   43   44   45   46   47   ...   115
C fakepathmuhazire esas (1)

(aqrokosmik sənaye sahələri, dəmir yolu, neft şirkətləri) qiymətqoyma ilə bilavasitə 
məşğul olan qiymət şöbələri mühüm rol oynayır. Eyni zamanda müəssisələrin 


qiymət siyasətinin hazırlanmasına və həyata keçirilməsinə satış, maliyyə və 
mühasibat xidmətləri əhəmiyyətli təsir edir. 
Müəssisələrin, firmaların və digər təsərrüfatçılıq subyektlərinin qiymətqoyma 
ilə bağlı qəbul etdikləri qərarlara bir çox daxili və xarici faktorlar təsir edir. Belə ki, 
marketinq fəaliyyəti firmanın məsrəflərinin əmtəə və xidmətlərin qiymətlərinin 
əvvəlcədən müəyyən edilməsinə xidmət edir. Müəssisələr və firmalar qiymətin 
axırıncı həddini müəyyən edərkən hər şeydən əvvəl istehsal etdikləri məhsullara 
olan tələbin səviyyəsini və dəyişmə dinamikasını, rəqabətin xarakterini, topdansatış 
və pərakəndə yolla məhsul əldə edən alıcıların tələbatını və həm də qiymətin dövlət 
tərəfindən tənzimlənmə dərəcəsini nəzərə almalıdırlar. Lakin qiymətin 
formalaşması zamanı onun istehlak dəyərindən kənarlaşmasına, daha doğmsu 
tarazlıq səviyyəsindən aşağı və yuxarı olmasına bir sıra iqtisadi kriteriyalar təsir 
edir. Bu kriteriyalar isə daxili (istehsalçının özündən, müəssisə, firma rəhbərliyinin 
və kollektivin fəaliyyətindən) və xarici (müəssisə və firmalardan, bir sözlə 
istehsalçılardan asılı olmayaraq) olmaqla iki qrupa bölünür; 
Daxili kriteriyalara aşağıdakılar aid edilir: 
-reklam (reklam nə qədər sərfəli və orjinaldırsa, istehsalçının istehsal 
etdiyi əmtəə o qədər baha olur); 
-istehsal olunan məhsulun spesifik xüsusiyyətləri (məhsulun emalı nə 
qədər yüksək keyfiyyətlidirsə, qiymət bir o qədər yuxarı olar); 
-istehsal prosessinin xüsusiyyətləri (xırda seriyalı, fərdi qaydada istehsal 
olunan məhsulların maya dəyəri daha yüksək olur; yerli istehsalın məhsullarının 
maya dəyəri aşağı olduğundan qiymət də bir o qədər yüksək olmur); 
istehsalçının bazar strategiyası və taktikası (bir və ya bir neçə bazar 
seqmentlərinə istiqamətlənməsi); 

məhsulun istehsal mərhələləri və onların xüsusiyyətləri; 

istehsal prosesinin mobilliyi; 
-istehsalçıdan istehlakçıya çatan əmtəənin öz keyfiyyətini saxlaması; 

satış və ondan sonrakı dövrlərdə servis xidmətinin təşkili; 

bazarın həcmi; 



istehsalçının daxili və xarici bazarda imici (nüfuzu). 
Xarici kriteriyalara adətən aşağıdakılar aid edilir: 

firmanın məhsul istehsal etdiyi və satdığı ölkənin siyasi stabilliyi; 
-azad bazarda hansısa zəruri ehtiyat|arm çatışmaması (əmək, maddi, 
maliyyə); 

iqtisadiyyatın dövlət tənzimlənməsinin xarakteri; 

inflyasiyanın səviyyəsi və dinamikası; 
-mövcud və perspektiv dövrdə alıcılıq qabiliyyətli tələbin həcmi vo 
fərqli cəhətləri; 
-bazarda eyni adlı məhsullar satan istehsalçıların sayı və onlar arasında 
rəqabətin səviyyəsi; 
Qiymət nəzəriyyəsi ictimai istehsalın əsas sferasını təşkil etməklə, istehsal 
nəticəsində yaranan məhsulun mübadiləsi və yenidən bölüşdürülməsi prosesində 
də təzahür edir. Qiymət ilk növbədə dəyərdən asılıdır (məhsul istehsalına sərf 
edilən məsariflərin dəyişməsindən). 
Adam Smit əmtəə bazarında qiymətin əmələ gəlməsi faktoru kimi əmək 
məsarifinin dəyişməsi ideyasını irəli sürmüşdür. Qiyməti əmlə gətirən başlıca 
faktor kimi o, işçi qüvvəsinə çəkilən xərcləri əsas götürür, əmtəənin qiymətinin 
renta, əmək haqqı və mənfəət hesabına formalaşmasını nəzərdə tuturdu. 
K.Marks isə iqtisadi ədəbiyyata qiymətin əmələ gəlməsinin mühüm tərkib 
hissəsi kimi ictimai-zəruri əmək məsrəflərini gətirmişdir. Bu kateqoriya ilk 
növbədə istehlak dəyərinə malik məhsul hazırlamaq üçün cəmiyyətdə əməyin orta 
intensivlik səviyyəsinin, normal istehsal şəraitinin təmin edilməsini nəzərdə tutur. 
K.Marksa görə, əmtəə istehsalında ictimai-zəruri əmək məsarifləri keçmiş, 
əşyalaşmış əmək (istehsal prosesi üçün tələb olunan istehsal vasitələri - binalar, 
qurğular, maşın və avadanlıqlar, xammal, materiallar) və canlı əmək məsrəflə- 
rindən formalaşır. Bu prosesdə əmtəənin dəyərinə istlehlak təyinatlı istehsal 
vasitələrinin dəyəri və yeni yaranan dəyər də daxil olur. 
Məlumdur ki, istehsal prosesi zamanı əmtəə təklifi formalaşır. Tələb konkret 
əmtəəyə olan ictimai tələbatdan asılıdır. Qiymətin əmələ gəlməsi müxtəlif 


əmtəələrə olan ictimai tələbatın təzahürü, əmtəə təklifinin mərkəzləşməsi vasitəsilə 
ictimai istehsalın proporsionallığının təmin edilməsi, əmək məsrəfı normativləri 
əsasında qiymətlərin kalkulyasiyası ilə bilavasitə əlaqədardır. 
Qiymətin əmələ gəlməsi barədə morjinal nəzəriyyə də geniş yayılmışdır. 
Bu nəzəriyyənin mahiyyəti qiymətin formalaşmasının digər mühüm faktorunu ön 
plana çıxarmaqdan ibarətdir. Morjinal nəzəriyyədə bu faktor əlverişlilik, daha 
doğrusu, faydalılıq və sərfəliliklə bağlıdır. Faydalılıq və əlverişlilik kateqoriyası ilk 
növbədə əmtəə bazarında istehlakçının konkret olaraq hansı əmtəəyə üstünlük 
verməsi kimi qiymətləndirilir. Qiymətin əmələ gəlməsinin morjinal konsepsiyasına 
görə, qiymətin formalaşmasının əsasını əmtəə istehsalına çəkilən əmək məsrəfləri 
deyil, alıcı üçün əlverişlilik həddi təşkil edir. Bu baxımdan əlverişlilik və faydalığın 
ölçüsü həmin əmtəəyə olan tələbin artması nəticəsində əlavə məhsul buraxılışı ilə 
müəyyən edilir. 
Bu cür yanaşmada qiymətin əmələ gəlməsinin əsasını məhsul istehsalına 
əmək məsrəfləri deyil, həmin məhsulun alıcalar (istehlakçılar) üçün əlverişliyi, 
faydalığı təşkil edir. Məhsulun alıcılar üçün sərfəliliyinin həcmi tələbin artması 
nəticəsində əlavə məhsul buraxılışı ilə müəyyən edilir. Son dövrlərdə qiymətin 
əmələ gəlməsində amerikan iqtisadçısı İ.Samuelson və onun davamçıları 
tərəfindən hazırlanmış üstünlüklərin aşkar edilməsi konsepsiyası geniş təhlil edilir. 
Bu konsepsiyanın əsasını satış prosesində alıcıların fərdi seçməsi təşkil edir. Alıcı 
öz büdcəsinə uyğun olaraq qiymətin sərfəliliyi baxımından konkret məhsula 
üstünlük verir. 
Sonralar ingilis iqtisadçısı A.Marşall, onun davamçıları C.Robinson, 
E.Çemberlin, A.Piqu və başqaları azad rəqabət şəraitində bu konsepsiyanı daha da 
təkmiləşdirmişlər. Təkmilləşdirilmiş konsepsiyanın xarakterik xüsusiyyətləri 
qiymətin tələb və təklif əsasında formalaşması, bazarda tarazlığa nail olunmasının 
zəruriliyi, tələb və təklifin uçotu və təhlilindən ibarətdir. 
Qiymətin əmələ gəlməsinin morjinal konsepsiyası cari və perspektiv tələbdən 
asılı olaraq qiymətin formalaşmasını nəzərdə tutur. Təcrübə göstərir ki, tələbat 
nəzərə alınmadan müəyyən olunan qiymət müəssisəsinin təsərrüfat fəaliyyətində 


ciddi dəyişikliklərə gətirib çıxarmaqla nəticədə firmanın istehsal etdiyi məhsulun 
rəqabət qabiliyyətinin aşağı düşməsinə, bazarda tutuduğu xüsusi çəkinin 
azalmasına, maliyyə vəziyyətinin pisləşməsinə səbəb olur. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin