sertifıkatlaşması ilə bağlı məcburi qaydaların pozulmasını nəzərdə tutur.
Sertifikatsız məhsul və xidmətin reallaşması qanunvericilikdə müəyyən edilmiş
qaydalarla qadağan edilir.
Dövlət standartlarının vəzifəli şəxsləri bu məsələ ilə bağlı
müəssisənin
fəaliyyətinə nəzarət etmək hüququna malikdir:
- satışın dayandırılması və ya qadağan edilməsi, həmçinin dövlət
siiiııdartlarının məcburi tələblərinə uyğun olaraq iş və xidmətlərin yerinə
yetirilməsi ilə bağlı göstərişlər vermək;
-
məhsulun istehsalı, hazırlanması, satışı, istifadəsi, daşınması, həmçinin iş və
xidmətlərin yerinə yetirilməsi ilə bağlı standartlarının pozulmasının aradan
qaldırılması ilə bağlı göstərişlər vermək;
-
dövlət standartlarının məcburi tələblərinin pozulmasına görə cərimələrin
tətbiqi ilə bağlı qaydaları müəyyənləşdirmək;
-
idxal olunan məhsulun reallaşdırılmasını qadağan etmək.
6, Vergi qanunvericiliyinin pozulmasına görə sahibkarların məsuliyyəti. Vergi
qanunvericiliyinin pozulmasına görə maliyyə məsuliyyəti “Vergi məcəlləsi” ilə
tənzimlənir. Vergi sanksiyaları aşağıdakı şəkildə tətbiq edilir.
-
cərimənin məbləği gizlədilmiş və ya salınmış gəlirlərin həcmi qədər nəzərdə
tutulur. Qanunvericiliyin təkrar pozulmasına görə bu məbləğin həcmi iki dəfə
artır.
Vergi sanksiyalarının tətbiqi - vergiqoyma obyektinin nəzərə alınmaması və
ya gizlədilməsinə, habelə gəlirlərin gizlədilməsi və ya aşağı salınmasına görə cəza
tədbirlərini, o cümlədən həmin mənbələr həcmində cərimənin müəyyən
edilməsini, həcminin təkrar qayda pozuntularına görə cərimələrin məbləğinin iki
dəfə artmasını nəzərdə tutur.
Gəlirlərin aşağı salınması və gizlədilməsi faktlarına görə məhkəmənin qərarı
vergi orqanlarının iddiası əsasında və ya prokurorluğun sanksiyaları tətbiq
edildiyi aşağıdakı hallarda müəyyənləşdirilir:
-
ayrı-ayrı qayda pozuntusu hallarına - vergiqoyma obyektinin uçotunun
həyata keçirilməməsinə, sənədləşdirmənin aparılmamasına və ya təqdim
edilməməsinə, vergilərin hesablanmasında və ödənilməsində pozuntulara yol
verilməsinə görə hesablanmamış vergi məbləğinin 10 faizi həcmində cərimələrin
müəyyənləşdirilməsi;
-
vergi ödənilməsinin ləngidildiyi hallarda hər gün vaxtı keçmiş və
ödənilməmiş məbləğə 0,7
faizi həcmində peniyalar əlavə edilir;
Vergi qalıqları üzrə cəza tədbirləri, həmçinin cərimə və digər sanksiyaların
məbləğinin ödənilməsi mübahisə doğurduğu hallarda hüquqi şəxslər tərəfindən
məhkəmə yolu ilə həyata keçirilir.
Vergi cinayətlərinin və bu sahələrdə bu və ya digər qayda pozulmasının
müəyyənləşdirilməsi və xəbərdarlıq edilməsi ilə bağlı vergi polisi orqanlarına
böyük səlahiyyətlər verilir. Vergi orqanlarına verilən hüquqlar zəruri hallarda
vergi ödəyicilərinin yoxlanılması və mülkiyyət formalarından asılı
olmayaraq
sahibkarlardan və müəssisələrdən bu və ya digər informasiyalar əldə edilməsi yolu
ilə həyata keçirilir.
Vergi orqanlarının qərarlarına uyğun olaraq vergi ödənilən obyektin bank və
kredit təşkilatının hesablaşma hesabında aparıldıqları əməliyyatlar üzrə sənədlər
təqdim edilmədiyi hallarda
(vergilərin hesablanması və ödənilməsi ilə əlaqədar)
bir ay müddətinə qədər dayandırıla bilir.
Qayda pozulması hallarına görə qanunla müəyyən edilmiş qaydada vergi
orqanlannin tələbi ilə sahibkarlıq müəssisəsinin rəhbərləri vəzifəli şəxsləri aylıq
əmək haqqının minimum həcminə uyğun olaraq onun yüz misli məbləğində cərimə
formasında inzibati məsuliyyətə cəlb edilir.
Dostları ilə paylaş: