Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


Sahibkarlıq məsuliyyətinin məzmunu və formaları



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə50/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   ...   46   47   48   49   50   51   52   53   ...   115
C fakepathmuhazire esas (1)

 2. Sahibkarlıq məsuliyyətinin məzmunu və formaları 
Sahibkarlığın hüquqi statusu təkcə onların geniş hüquqlarını deyil, həm də 
təsərrüfat fəaliyyətinin müxtəlif sferaları üzrə məsuliyyətini də nəzərdə tutur. 
Sahibkarların öhdəliklərini bu baxımdan aşağıdakı dörd qrupa bölmək olar: 

birinci qrup: dövlət orqanları qarşısında məsuliyyət; 

ikinci qrup: təsərrüfat müqavilələri üzrə müqavilə bağlayan tərəflər 
qarşısında məsuliyyət; 

üçüncü qrup: muzdlu işçilərin cəlb edildiyi halda əmək münasibətləri 
sahəsində məsuliyyət; 

dördüncü qrup: öhdəliklərin yerinə yetirilməsinə görə müəssisənin 
əmlakının mülkiyyətçiləri qaşısında məsuliyyət. 
Dövlət idarəetmə orqanları qarşısında məsuliyyətə təsərrüfatdaxili fəaliyyət ilə 
əlaqədar məsuliyyət də daxildir. Müxtəlif mülkiyyətə əsaslanan təsərrüfatçılıq 
formalarının yaradılması və səmərəli fəaliyyəti üçün dövlət tərəfindən zəruri olan 
şərtlərin yerinə yetirilməsini nəzərdə tutur. Bu şərtlər aşağıdakılardır: 

ayrı-ayrı müəssisələrin inhisarçı mövqeyə malik olmasına və onların əmtəə 
bazarında xoşməramlı olmayan rəqabətinə yol verilməməsi

ətraf mühitin və ekoloji təhlükəsizliyin qorunması; 

qanunvericiliklə müəyyən olunmuş qaydada gəlirlərin həcmi və vergi 
ödənişi haqqında deklarasiyanın təqdim edilməsi

məhsulun standartlaşması və sertifıkatlaşması ilə bağlı müvafiq tələblərə 
əməl edilməsi; 
-qiymətqoyma sahəsində mövcud vəziyyətlə bağlı zəruri deklarasiyaların 
vaxtında təqdim edilməsi; 
Yuxanda adlan çəkilən öhdəliklərə əməl edilməməsi sahibkarların məsuliyyət 
daşımaması ilə xarakterizə edilir. Bu da onlar üçün əlverişsiz əmlak nəticələrinə 
gətirib çıxanr. Əmlak məsuliyyəti dedikdə isə burada iqtisadi məsuliyyət nəzərdə 
tutulur. Sosialist təmayüllü ölkələrdə bazar münasibətləri yenicə formalaşdığından 
həmin ölkələrdə qanunvericiliklə müəyyən edilmiş qaydada iqtisadiyyatın inzibati 


qaydada yox, iqtisadi metodlarla idarə edilməsi şamil olunur. 
Əmlak məsuliyyəti bu və ya digər vasitələrlə sahibkann iqtisadi fəaliyyətinin 
nəticəsinə əhəmiyyətli dərəcədə təsir edir. İqtisadi məsuliyyət son nəticədə hüquqi 
məsuliyyətlə tamamlanır ki, bu da qanunvericilik və digər normativ aktlarda 
nəzərdə tutulur. İdarəetmə orqanları tərəfindən təsərrüfat subyektlərinə əsassız 
olaraq əmlak sanksiyalarının tətbiqi hüquqi dövlətin prinsiplərinə ziddir. 
Sahibkarlıq məsuliyyətinin tədqiq edilməsi qaydalarından və onun əlverişsiz 
və arzuolunmaz nəticələrinin xarakterindən asılı olaraq inzibati vətəndaş hüququ 
və cinayət məsuliyyəti müəyyənləşdirilir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin