Qiymət strategiyasının formalaşdırılması. Bazar münasibətləri şəraitində hər
bir sahibkar, firma və müəssisə istehsal etdiyi və bazara çıxardığı məhsulun
qiymətini sərbəst olaraq müəyyən edir. Bu baxımdan bazarda qiymətin əmələ
gəlməsinə əsas etibarilə iki yanaşma tərzi mövcuddur:
a)
istehsalçılar tərəfindən bazarda qiymətlərin fərdi qaydada müəyyən edilməsi;
b)
bazarda vahid qiymətlərin formalaşdırılması.
Birinci halda qiymətlər alıcı və satıcı arasında razılaşmalar nəticəsində müqavilə
əsasında formalaşır ki, burada da tərəflərin maraqlan təmin edilir. İkinci halda isə
alıcılar əmtəələri eyni qiymətə əldə edirlər. Alıcılar üçün vahid qiymətlərin tətbiqi
adətən konkret əmtəə bazarının xüsusiyyətləri, onun texniki cəhətdən mürəkkəbliyi
və qiymətlərin differensiallaşdırılmasına çəkilən xərclərlə bağlıdır. Bazarda vahid
qiymətlərin formalaşması o zaman reallışır ki, sahibkarlar bazarda standart
məhsullar təklif edirlər. Vahid qiymətlərin mövcudluğu barədə alıcı xəbərdar
olmaqla onu müqayisə edə bilir və məhsulu əldə edərkən heç bir problem olmadan
qərar qəbul edir. Qiymət vasitəsilə dövlət əhalinin aztəminatlı təbəqələrinin həyat
səviyyəsinə təsir göstərmək imkanına malikdir. Son zamanlar istehlak bazarında
rəqabətin qeyri-qiymət faktorları da geniş yayılmağa başlamışdır. Bütün bunlarla
belə ənənəvi element kimi qiymət rəqabət siyasətində öz mövqeyini qoruyub
saxlayır, bazarın ümumi konyukturuna və müəssisələrin mənfəət əldə etməsinə
əhəmiyyətli dərəcədə təsir göstərir.
Bir çox firmalar qiymət siyasətinin həyata keçirilməsində tez-tez nəzərə çarpacaq
qüsurlara yol verirlər. Bunlardan müşahidə olunanı aşağıdakılardır: qiymətin əmələ
gəlməsi istehsal xərcləri ilə həddindən artıq bağlı olur; qiymət bazar şəraitinin
dəyişməsi ilə zəif uyğunlaşdırılır; qiymət faktorundan iqtisadi proseslərdə
marketinqin digər elementlərilə müqayisədə zəif istifadə olunur; qiymət bazarının
seqmentlərində baş verən proseslərlə zəif əlaqələndirilir.