Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə46/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   ...   42   43   44   45   46   47   48   49   ...   115
C fakepathmuhazire esas (1)

3. SAHIBKARIN QIYMƏTQOYMA SIYASƏTI. 
 
Sahibkarın qiymətqoyma siyasəti. 
Hər hansı sahibkar və firma təsərrüfat 
fəaliyyətində bizneslə bağlı əsas problemləri həll etdikdən sonra cari məsələlərin 
həlli ilə məşğul olmalıdır. Firmanın qiymət siyasəti ilk növbədə onun öz xüsusi 
potensialı ilə kifayət qədər kapitala, ixtisaslı kadrlara və təşkilati işlərin uğurlu 
həllinə nail olmasını əsas götürür. Bu heç də bazarda tələb və təklifin mövcud 
vəziyyətindən asılı deyildir. Odur ki, ilk növbədə firmanın strategiyasını 
müəyyənləşdirmək, onun real imkanlarını üzə çıxarmaq və bundan sonra bazarda 
təklifi formalaşdırmaq və qiymət siyasətini hazırlayıb həyata keçirmək lazımdır. 
Qiymətlə bağlı bütün iqtisadi proseslərin və qiymət strategiyasının hazırlanması 
firmanın perspektiv inkişaf istiqamətinin müəyyən edilməsində mühüm əhəmiyyət 
kəsb edir. Bu sahədə formalaşan hər hansı təsir vasitəsinin praktik olaraq reallışması 
və tətbiq olunan qiymətlər firma və şirkətlərin strateji xətti ilə uyğunlaşdırılır. Bu 
prosesə bazar konyukturunun mövcud vəziyyəti nəzərə çarpacaq dərəcədə təsir edir 
və müəyyən dəyişikliklərə uğradır. Qiymət siyasəti və qiymətqoymanın idarə 
olunması, firmanın iqtisadi həyatında mühüm rol oynamaqla onun strateji inkişaf 
planının əsasını təşkil edir. 
Qiymət bazar tədqiqatları kompleksinin ən mühüm elementi sayılır. O, daim 


nəzarətdə olan faktorlar qrupuna aid olub, əsas göstərici kimi çıxış edir. Zəif inkişaf 
etmiş ölkələrin biznesində qifmət strategiyasının zəif olması ilk növbədə qiymətin 
müəyyən edilməsində xərc strukturlarının uyğunsuzluğundan irəli gəlir. Bundan 
əlavə firmanın hazırlamış olduğu qiymət strategiyası firmanın ümumi strategiyası 
ilə zəif şəkildə əlaqələndirilir. Bunun əsas səbəblərindən biri bazara təsir edən faktor 
kimi qiymətdən kifayət qədər istifadə olunmamasıdır. 
Keyfiyyət baxımından firmanın strategiyasını hazırlamaq məqsədilə bazarın 
konyukturu, yeni əmtəələrin istehsalı haqqında zəruri informasiyalar toplanır, tədqiq 
edilir və həmçinin satışın optimal təşkili ilə bağlı təkliflər hazırlanır. Bazar haqqında 
toplanmış informasiyaların təhlili əsasında müəssisə öz strategiyasını işləyib 
hazırlayır. Bu çərçivədə əvvəlki bazarlarda yeni alıcılara köhnə xidmətlər 
göstərilməsi (nüfuzetmə, köksalma strategiyası), inkişaf strategiyası (əmtəələrin 
yeni bazarlarda satışı), yeni əmtəələrin satış strategiyası (əldə edilmiş və ya inhisara 
götürülmüş bazarlarda yeni əmtəələrin satışı), diversifıkasiya strategiyası (bazarın 
yeni seqmentlərinə yeni əmtəələrin çıxarılması) həyata keçirilir. Firma hər hansı 
konkret strategiyanı seçərkən bu strategiyaya uyğun xüsusi qiymət siyasəti də 
hazırlayır. Bazarın tələbləri firmaları məhsul satışı şərtlərini daimi öyrənməyə 
istiqamətləndirir 
Qiymət strategiyası daha çox firmanın ümumi strateji konsepsiyası əsasında 
formalaşır. Bu konsepsiyada perspektiv inkişaf planları öz əksini tapır. Strateji 
planlaşdırma firmaların məqsədi və vəzifələrinin formalaşması prosesi olub, zəruri 
resusların əldə edilməsi və müəssisənin gələcəkdə səmərəli işini təmin etmək 
məqsədilə onun bölüşdürülməsi üçün müəyyən olunan spesifik strategiyanın 
seçilməsidir. Strateji planlaşdırma prosesi idarəetmədə bütün qərarların qəbul 
edilməsində mühüm iqtisadi vasitə kimi çıxış edir. Strateji planlaşdırmanın ən 
başlıca vəzifələrindən biri təsərrüfat fəaliyyətinin kifayət qədər yeniliklərlə təmin 
olunması və xarici mühütin dəyişməsinə uyğun olaraq lınnalann adekvat reaksiya 
göstərməsindən ibarətdir. Strateji planlaşdırma ümumi istiqamətlərin müəyyən 
edilməsinə xidmət edir. Bu da iqtisadi artımın təmin edilməsində və firmalann 
mövqelərinin möhkəmləndirilməsində mühüm rol oynayır. 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin