Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


Təsərrüfat müqavilələri üzrə təsərrüfat subyektləri



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə53/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   ...   49   50   51   52   53   54   55   56   ...   115
C fakepathmuhazire esas (1)

 4. Təsərrüfat müqavilələri üzrə təsərrüfat subyektləri 
qarşısında məsuliyyət 
Nəzəri və praktik araşdırmalar göstərir ki, məsuliyyətin bu növü hər şeydən 
əvvəl vətəndaşların hüquqi normalan vasitəsi ilə tənzimlənir. Bu məsələlər üzrə 
əsas norma ölkənin Konstitusiyası və vətəndaşların hüquq kodeksi hesab edilir. 
Nəzərdə tutulmuş hüquq qaydalan üzrə məsuliyyət təsərrüfat münasibətlərinin 
iqtisadi tənzimləmə metodlarına aid edilir. Bu münasibətlər hər şeydən əvvəl 


əmlak xarakteri daşıyır və müqavilə münasibətlərini pozan subyektlərə iqtisadi 
təsir vasitəsi ilə həyata keçirilir. 
Dövlət idarəetmə orqanları qarşısında məsuliyyət formasından fərqli olaraq 
sahibkarlar vətəndaş-hüquqi məsuliyyətinin mahiyyəti ondan ibarətdir ki, bu 
zaman müəyyənləşdirilən sanksiyalar zərərçəkənlərin xeyrinə həyata keçirilir. 
Təsərrüfat müqavilələri üzrə təsərrüfat subyektlərinin özləri bilavasitə maraqlı 
tərəflər hesab edilir. Onlar sanksiyaların tətbiq edilməsi ilə bağlı tələblər irəli sürə 
bilərlər. Əgər cavabdeh tərəf irəli sürülmüş tələblərə əməl etməzsə, onda qaldırılan 
iddialar arbitraj məhkəməsində həll edilməlidir. Müqavilə münasibətlərində 
sahibkarlar, kreditorlar və ya borclular iştirak edirlər. 
Vətəndaşlann məsuliyyətinin xarakterik cəhətləri ölkə konstitusiyası və mülki 
qanunvericiliyin mahiyyəti ilə şərtlənir. Dünya ölkələrinin tarixi təcrübəsi göstərir 
ki, vətəndaşların məsuliyyəti cəzalandırıcı xarakterə deyil, kompensasiya 
xarakterinə malik olmalıdır. Burada əsas məqsəd ekvivalent əsasında zərərçəkmiş 
təsərrüfat subyektlərinin əmlak maraqlannm bərpa edilməsidir. Sahibkarların 
məsuliyyəti haqqında mövcud qanunvericiliyə uyğun olaraq vahid norma nəzərdə 
tutulur. Bu proses təsərrüfat subyektlərinin fəaliyyətinə əsaslanır. 
Məsuliyyətin növləri. Müqavilə öhdəliklərinin pozulması hallarına görə 
məsuliyyət ilk növbədə zərərin ödənilməsini nəzərdə tutur. 
Zərər adətən iki formada mövcud ola bilər. 
Əgər istehsalda istifadə etmək üçün zəruri olan məhsulun dəyəri sahibkar 
tərəfindən əvvəlcədən ödənilmişsə və həmin məhsul vaxtında əldə edilməmişsə 
onda əvvəlcədən ödənilən məbləğ birbaşa zərərə aid edilir. Bundan əlavə 
əvvəlcədən ödənilən pul vəsaitlərinə görə emal üçün faydalı olmayan xarab olmuş 
məhsullar göndərilmişsə və bu hesaba müəssisə zərər çəkmişsə həmin xərclər də 
birbaşa zərər hesab edilir. 
Mal göndərənlərdən materiallar və yarımfabrikatlar vaxtı-vaxtında əldə 
edilmədiyi hallarda sahibkarlar öz istehsal planını və müvafiq olaraq satış 
funksiyasını yerinə yetirə bilmir və nəticədə istehsalçı mənfəət əldə etməkdən 
məhrum olur və səmərəlik aşağı düşür. 


Sahibkarlıq fəaliyyətində və ümumiyyətlə müəssisələrin təsərrüfat- maliyyə 
fəaliyyətində yaranan birbaşa zərərin müəyyənləşdirilməsi mürəkkəb proses 
deyildir. Lakin dolayı xərclərin hesablanması həmişə asan başa gəlmir. Ona görə 
də dövlət mülkiyyətinin hakim mövqe tutduğu şəraitdə dolayı zərərin hesablanması 
çox zaman həyata keçirilmir. 
Bazar münasibətləri şəraitində zərərin ikinci növündə nəzərdə tutulmuş 
qaydaların əhəmiyyəti və rolu artır. Bu proses onunla əlaqədardır ki, sahibkar öz 
fəaliyyətini əsasən mənfəət əldə etmək baxımından həyata keçirir. Ona görə də 
zərərin bu növünün hesablanması metodikasının işlənib hazırlanması obyektiv 
zərurət kəsb edir. 
Qanunvericilik aktlarında ayrı-ayrı müqavilə növləri üzrə məhdud məsuliyyət 
nəzərdə tutulmuşdur. Belə ki, çox hallarda buraxılmış, əldə edilmiş faydalıq və ya 
səmərəlilik geri qayıtmır, yəni onun əvəzi ödənilmir. Zərərin tam ödənilməsi o 
halda fəaliyyət göstərə bilir ki, mövcud münasibətlərlə bağlı qanunvericilik və ya 
müqavilədə digər proseslər nəzərdə tutulmasın. Hal-hazırda zərərin 
müəyyənləşdirilməsi ilə bağlı 21 dekabr 1990-cı ildə qəbul edilmiş təsərrüfat 
müqaviləsinin pozulmasına görə itkilərin (zərərin) araşdırılması metodlarından 
istifadə edilir. Bu da SSRİ-nin mövcudluğu şəraitində qəbul edilmişdir. 
Cərimə və peniyalar - qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulmuş 
pul məbləğidir. Bu zaman borclu olan təsərrüfat subyekti müqaviləni icra 
etmədiyinə və ya onun icrasını gecikdirdiyinə görə kreditorlara müəyyən həcmdə 
pul vəsaitləri ödəyir. Bu halda zərər bəzən hissə-hissə və bəzən də tamamilə 
ödənilir. 
Qanunvericiliyə və müqavilələrə uyğun olaraq aşağıdakı hallar nəzərdə 
tutulur: yalnız cərimələrlə cəza; zərər cərimələrə nisbətən yüksək məbləğdə 
ödənilir. Cərimə və peniyalarm ödənilməsi “Mənfəət yə zərər” hesabını əhatə edir 
və satışdan xərclərə aid olunur. 
Ölkədə bazar sturukturlarının formalaşması və bazar münasibətləri sisteminin 
inkişafı ilə əlaqədar olaraq müqavilə münasibətlərində iştirakçı tərəflərin hüquqi 
məsuliyyətinin tətbiqi qaydasında da müəyyən dəyişikliklər baş vermişdir. Belə ki, 


əgər əvvəllər müqavilə iştirakçıları yalnız sanksiyaların həyata keçirilməsində 
iştirak edirdilərsə, hazırda bu baxımdan şərait dəyişmişdir. Hazırda sahibkarlar 
müqavilə öhdəliklərinin yerinə yetirilməsinə görə sanksiyaları özləri müəyyən edir 
və müqavilənin əlverişliliyini özləri araşdırırlar. Bu cür razılaşmaları çox zaman 
müqavilə cərimələri də adlandırırlar. 
Dünya ölkələrində müqavilə cərimələri ilə yanaşı qanuni cərimələr də 
mövcuddur. Bu da öhdəliklərin müəyyən növlərinə görə münasibəti özündə əks 
etdirir. Cərimələr imperativ normalarla müəyyənləşdirildiyindən tərəflərin 
razılığından asılı olmayaraq həyata keçirilir. 
Qanuni cərimələrin məbləği tərəflərin razılığı ilə qadağan qoyulmadığı 
təqdirdə (müqavilədə) artırıla bilər. 
Əgər müqavilədə bir neçə sahibkar iştirak edirsə, qanunvericilikdə və 
müqavilədə başqa hal nəzərdə tutulmadığı təqdirdə onlann məsuliyyəti xüsusi 
çəkiyə əsasən müəyyənləşdirilir. Qanun və ya müqavilədə həmçinin salidar (birgə) 
məsuliyyət də nəzərdə tutulur. Bu halda kreditorlar müqavilədə iştirak edən hər 
hansı borclu müəssisədən borcunu tələb etmək hüququna malikdirlər. Öz 
növbəsində borclular da kreditorlar qarşısında öz həmkarları ilə məsuliyyətləri 
bölüşdürürlər. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin