mümkün olmayan xarici mühitlə daxili mühit arasındakı fərq məhz bundan
ibarətdir. Daxilı şərtlər sırasına müəssisənin quruluşu,
məqsəd və vəzifələri,
istehsalat texnologiyası və insanlar, onların qabiliyyəti, ehtiyacları, ixtisası aiddir.
Bütün daxili amillər bir-biri ilə bağlıdır. Onlardan birinin dəyişməsi müəyyən
dərəcədə bütün başqalarına təsir göstərir.
Sahibkarın vəzifəsi daxili amillərin hamısının işin müvəffəqiyyətinə təsir
dərəcəsini bilmək və lazım gəldikdə onu lazımi istiqamətdə dəyişdirməkdir. Ona
görə də daxili mühit amillərini şirkət rəhbərliyi daim diqqətdə saxlamalıdır.
Bu amillərin əsas xarakteristikalarına qısa nəzər salaq. Daxili amillərin
mərkəzində müəssisənin məqsədləri durur. Bu
da təsadüfi deyil, çünki məqsəd
müəssisə kollektivinin əldə etməyə səy göstərdiyi son durum və ya arzu olunan
nəticədir. Planlaşdırma zamanı müəssisə rəhbərliyi məqsədləri müəyyənləşdirərək
onları kollektivə bildirir. Bu proses kollektivin bütün üzvləri arasında güclü
əlaqələndirmə mexanizmini ehtiva edir, çünki onların nə etməli olduqlarını bilmək
imkanı verir. Məqsədlərin müəyyənləşdirdiyi istiqamət
müəssisə rəhbərliyinin
bütün sonrakı qərarlarında özünü göstərir.
Müəssisənin məqsədləri çərçivəsində hər bölmənin də qarşısında məqsədlər
qoyulur. Hər bölmənin məqsədi müəssisənin inkişafına konkret töhfə olmalı və
digər bölmələrin vəzifələri ilə ziddiyyət təşkil etməməlidir.
Daxili mühitin çox mühüm ünsürü müəssisənin quruluşudur. Müəssisənin
quruluşu olaraq müəssəisənin məqsədlərini ən səmərəli şəkildə əldə ediləcək
şəkildə düzənlənən idarəetmə səviyyələri və funksional
sahələrinin məntiqi
baxımdan qarşılıqlı münasibətləri başa düşülür.
Burada məqsəd müəssisəyə həm baş verən dəyişikliklərə daim uyğunlaşmağa
imkan verəcək, həm də bu prosesə fəal yardım göstərəcək təşkilati quruluş
yaratmaqdan ibarətdir. Belə ki, məhz quruluş müəssisənin strategiyasının (deməli,
həm də bazann tələblərinin də) ardınca gəlir. Bu cür uyğunlaşmanı mümkün etmək
üçün ətraf mühitin şərtlərinə tam uyğun gələn təşkilati quruluş gərəkdir.
Quruluşun bərqərar olunması əmək bölgüsünə əsaslanır. Bütün işin tərkib
hissələrinə bölünməsi
əməyin üfüqi bölünməsi adlanır. Bu, eyni sayda adam ayrı-
ayrılıqda çalışdığı təqdirdə əldə edə biləcəyindən xeyli daha çox məhsul istehsal
etməyə imkan verir. Müxtəlif müəssisələrdə əməyin üfüqi bölgüsü
də müxtəlifdir
və istehsalatın miqyası və mürəkkəbliyindən asılıdır. Müəssisə nə qədər iri və
mürəkkəbdirsə, əmək bölgüsü dərəcəsi də bir o qədər yüksəkdir.
Əməyin üfüqi bölgüsü əsasında müəssisədə konkret spesifik tapşırıqları
yerinə yetirən bölmələr yaranır. Adətən onlar şöbə və ya xidmət adlanır.
Təşkilatda adamların fəaliyyəti tərkib hissələrə bölündüyündən bu fəaliyyətin
səmərəli olması üçün onu kimsə əlaqələndirməlidir. Bu əsasda da
əməyin şaquli
bölgüsü həyata keçirilir.
Beləliklə, təşkilatda əmək bölgüsünün iki daxili təbii forması var. Birincisi
əməyin ümumi fəaliyyətin hissələri olan ünsürlərə bölünməsidir. İkincisi, yəni
əməyin şaqüli bölgüsü adamların hərəkətlərinin əlaqələndirilməsi işini
hərəkətlərin özündən ayırır.
Təşkilatda əmək bölgüsünün daha bir istiqaməti vəzifələrin (məsələlərin)
xülasə (formulə) edilməsidir. Vəzifə (məsələ) əvvəlcədən
göstərilən üsulla və
göstərilən müddət ərzində yerinə yetirilməli olan iş, işlər silsiləsi və ya işin bir
hissəsidir. Texniki nöqteyi-nəzərdən vəzifələr (məsələlər) işçiyə yox, ştat
vəzifəsinə tapşırılır. Rəhbərliyin quruluş haqda qərarı əsasında hər ştat vəzifəsi
təşkilatın məqsədlərinə çatmaq üçün zəruri töhfə olaraq nəzərdə tutulan bir sıra
vəzifəni (məsələni) əhatə edir. Bu və ya digər vəzifə (məsələ) tapşırılan üsulla və
tapşırılan müddətdə yerinə yetirilərsə, təşkilatın
müvəffəqiyyətlə fəaliyyət
göstərəcəyi güman edilir.
Ən mühüm daxili amil texnologiyadır. Texnologiyanı materiallarda,
məlumatlarda və ya insanlarda arzu olunan dəyişiklik etmək üçün zəruri olan peşə
vərdişlərinin, avadanlığın, alətlərin və müvafiq texniki biliklərin cəmi kimi tərif
etmək olar.
Vəzifələr (məsələlər) və texnologiya bir-biri ilə sıx bağlıdır. Vəzifənin yerinə
yetirilməsi konkret texnologiyanın istehsala daxil olan materialın istehsaldan
çıxan fomaya çevrilməsi vasitəsi kimi istifadə edilməsini əhatə edir. Mahiyyətinə
görə texnologiya xammalı arzu olunan məhsula çevrilməsi vasitəsidir.
Lakin kollektivdə əməkdaşlıq olmadan heç bir texnologiya fayda verməz, heç
bir vəzifə yerinə yetirilə bilməz. Rəhbərlik təşkilatın nəzərdə tutulan məqsədlərini
başqaları vasitəsilə əldə edir. Deməli, məhz adamlar
müvəffəqiyyətin mərkəzi
amilidir. İnsan amilini anlamaq və uğurla idarə etmək çox çətindir. İnsanın
cəmiyyətdə davranışı şəxsiyyətin fərdi xüsusiyyətləri və xarici mühitin mürəkkəb
birləşməsinin nəticəsidir.
Təşkilatda insan qarşılıqlı fəaliyyət göstərən mənafe və dəyərlərin, motiv və
quruluşların, stimul və sosial məhdudiyyətlərin kəsişdiyi nöqtədədir. Bütün
bunların cəmi insanın işdə fəallıq və intizamlılığını (tələb və məhdudiyyətlərə
riayət etməyə hazır olmasını) müəyyənləşdirir.
İnsanın fəaliyyətinə təsir göstərən ünsürlər aşağıdakılardır: ehtiyacları;
maraqlar; motivləri; stimulları; fəallığı.
Dostları ilə paylaş: