Mövzu Sahibkarlıq fəaliyyətinin növləri və onların xüsusiyyətləri. Plan


Maliyyə sahibkarliği və onun əsas əlamətləri



Yüklə 31,17 Kb.
səhifə5/7
tarix01.05.2023
ölçüsü31,17 Kb.
#105374
1   2   3   4   5   6   7
6. Maliyyə sahibkarliği və onun əsas əlamətləri.
Maliyyə sahibkarliği öz - özlüyündə biznesin mürəkkəb, daim inkişaf edən növüdür. Maliyyə sahibkarliğmm obyektini əmtəənin alqi - satqisi prosesi təşkil edir və bu baximdan o, kommersiya sahibkarliğmm xüsusi formasi kimi çixiş edir. Lakin burada maddi məzmuna malik olan əmtəənin deyil, qiymətli kağizlarm (səhmlərin, istiqrazlarm, veksellərin və s.), pulun, valyutanin alqi - satqisi həyata keçirilir. Buna görə də maliyyə sahibkarliğmm subyektləri kimi fond və valyuta birjalari, kommersiya banklari, lizinq və siğorta təşkilatlari və s. çixiş edirlər.
Fond birjasi dedikdə qiymətli kağizlarm (səhmlərin, istiqrazlarm və s.) alqi
- satqismm həyata keçirildiyi bazar başa düşülür. Lakin müasir bazar iqtisadiyyatmm quruluşunda fond birjasi daha yüksək əhəmiyyətə malikdir. Belə ki, sənayenin, kənd təsərrüfatmm, ticarətin və xalq təsərrüfatmm bir sira digər sahələrinin inkişafma kapital qoyuluşlari üçün zəruri olan pul vəsaiti fond birjalari vasitəsilə səfərbərliyə almir.
Fond birjasi vasitəsi ilə kapital (maliyyə) resurslarinin öz sahibindən onlardan məhsuldar şəkildə istifadə etməyi bacaran işgüzar fəaliyyətin subyektlərinə - sahibkarlara doğru hərəkəti təmin edilir. Son dərəcə aşkarliq şəraitində fəaliyyət göstərən fond birjalari sahibkarliq subyektlərinə iqtisadi konyuktura haqqmda zəruri informasiyam çatdirir və öz vəsaitlərini səmərəli yerləşdirmək barədə onlarm iqtisadi qərarlarma ciddi təsir göstərir.
Fond birjalari bazar iqtisadiyyatmm ən əsas barometri rolunu oynayir. Iqtisadiyyatm inkişafi dövründə qiymətli kağizlarm kursu əsasən yüksəlir, tənəzzül, durğunluq və iqtisadi böhran zamani isə aşaği düşür.
Fond birjalarmda qiymətli kağizlarm alveri onlara olan tələb və təklifin təsiri altmda tez - tez dəyişən birja kursu əsasmda həyata keçirilir. Öz növbəsində həmin kursun səviyyəsinə qiymətli kağizlardan götürülən gəlirin (dividendin) və borc faizinin həcmi təsir göstərir.
Fond birjalarmm inkişaf etmiş olduğu ölkələrdə sahibkarliq subyektləri qiymətli kağizlari - səhmləri, istiqraz vərəqələrini, vekselləri əldə edərkən aşağidaki məqsədlərdən çixiş edirlər: səhmdar cəmiyyətinin işi üzərində nəzarət və ya onun idarə olunmasmda iştirak edə bilmək; malik olduğu qiymətli kağizlarm ehtiyatlarmi daha da optimallaşdirmaq, yüksək dividend əldə etmək; qiymətli kağizlarm baha qiymətə təkrar satişmdan əlavə mənfəət əldə etmək imkani qazanmaq və s.
Fond birjalarma bir çox səhmdar cəmiyyətlərin korporativ qiymətli kağizlari çixarilsa da, lakin onlardan yalniz daha yüksək mənfəət - dividend və faiz gətirənləri geniş almib-satilirlar. Məsələn, hazirda Rusiyanm fond bazarmda yanacaq energetika kompleksi müəssisələrinə, habelə iri maşinqayirma, metallurgiya, kimya, rabitə sahələrinə məxsus müəssisələrin səhmləri və istiqrazlari məhz belə qiymətli kağizlardandir.
Fond birjalari əsasən qiymətli kağizlarm (təkrar) bazaridir, yəni burada əvvəllər, o cümlədən çoxdan buraxilmiş və yerləşdirilmiş qiymətli kağizlarm dəfələrlə təkrarlanan alqi-satqisi həyata keçirilir. Yenicə buraxilmiş dövlət və korporativ qiymətli kağizlarm birinci dəfə yerləşdirilməsi isə ilkin bazarda baş verir. Bazar ölkələrinin təcrübəsi göstərir ki, öz iqtisadi məzmunu və funksional məqsədinə görə fond birjalari bazar konyukturasmi - tələb və təklifi maksimum əks etdirməlidirlər. Yalniz bu halda fond bazarmm yüksək səmərəli fəaliyyətinə nail olmaq, burada almib satilan bütün növ qiymətli kağizlarm yüksək dönərliyini, fasiləsizliyini və sabitliyini təmin etmək mümkündür.
Hazirda dünyada təqribən 200 fond birjasi (keçmiş sosialist dünyasi ölkələrini çixmaqla) fəaliyyət göstərir ki, bunlardan da aparilan əməliyyatlarm miqyasma görə ən iriləri və məşhurlari Nyu-York, London, Tokio, Frankfurt birjalaridir.
Bazar iqtisadiyyati əsasən açiq iqtisadiyyat və azad sahibkarliq prinsiplərinə əsaslandiğma görə mövcud olan bütün fond birjalari bir - birilə qarşiliqli əlaqə və qarşiliqli təsir halinda fəaliyyət göstərirlər.
Son dövrlərdə qiymətli kağizlarla ticarətin vasitəçilər olmadan böyük bir hissəsini əlində cəmləşdirən iri və güclü maliyyə - kredit institutlarm yaranmasi, habelə qiymətli kağizlarm ümumi kütləsində dövlət istiqrazlarimn həcminin artmasi nəticəsində fond birjalarmm əhəmiyyəti bir qədər azalmişdir.
Bazar iqtisadiyyati şəraitində ölkələr arasi valyuta ticarətinin əsas hissəsi banklar arasmda, ölkə daxilində isə banklarla qeyri - bank müəssisələri arasmda aparilir. Bununla belə bu ölkələrdə valyuta ticarətinin bir hissəsi valyuta birjalarmm payma düşür və bu birjalarda uyğun tələb və təklifin müəyyən bir hissəsi ifadə olunur. Lakin qeyd etmək lazimdir ki, bir çox ölkələrdə valyuta birjasi vasitəsilə aparilan ticarətin payi heç də çox deyildir. Məsələn, Qərbi Almaniyada (birləşməmişdən əvvəl) 4 valyuta birjasmm olmasma baxmayaraq, burada valyuta ticarətinin cəmisi 10 faizi mərkəzləşmişdir. Valyuta birjasmda aparilan ticarət valyuta kursu əsasmda, yəni iki bir - birindən fərqli pul vahidlərinin mübadilə nisbəti əsasmda həyata keçirilir.
Valyuta kursunun formalaşmasma ölkənin tədiyyə balansmm vəziyyəti və inkişafi böyük təsir edir. Məlumdur ki, tədiyyə balansi əsasən idxalla - ixracm nisbəti ilə müəyyən edilir, lakin kapitalm hərəkəti və xidmətlərin mübadiləsi ticarət balansmm qeyri sabitliyini müəyyən qədər pozur. Bundan əlavə valyuta kursunun frmalaşmasma dövlətin iqtisadi siyasəti də xeyli təsir edir.
Valyuta birjalarinin mövcud olduğu ölkələrdə (belə ki, heç də bütün ölkələrdə belə birjalar vardir) valyuta bazarmda həm azad, həm də rəsmi valyuta kursu fəaliyyət göstərir. Rəsmi kurs əsasmda dövlətin bütün valyuta əməliyyatlari həyata keçirilir. Bu kurs həm də valyuta birjalarinin iş saatmdan kənar vaxt ərzində də həyata keçirilən bütün valyuta əməliyyatlari üçün əsas meyar sayilir.
Valyutanin azad kursu banklar arasi valyuta ticarəti sahəsində tələb və təklifin təsiri altinda yaranir. Bu kurs bankin tədiyyə qabiliyyətindən, onun vəsaitinin dövr etmə xüsusiyyətindən, banklar arasi işgüzar münasibətlərin xarakterindən asili olur. Lakin bununla belə burada da həmin kursun əsas bazasini birjada formalaşan rəsmi kurs təşkil edir. Başqa ölkələrin pul vahidləri ilə müqayisədə götürülən valyuta kursu birjalarda tam ədədin mində bir hissəsinə qədər dəqiqliklə müəyyən edilir.
Əvvəldə göstərildiyi kimi, maliyyə sahibkarliğmm həyata keçirilməsində kommersiya banklari da mühüm rol oynayirlar. Hər şeydən əvvəl göstərmək lazimdir ki, «bank» ifadəsi italyan sözü olub hərfi mənasi «pul dəyişənin skamyasi», «pul masasi» deməkdir.
Ən ümumi mənada banklarm başlica vəzifəsi ayri - ayri azad pul vəsaitlərini toplayib onlari müəyyən faiz almaqla kredit şəklində bu vəsaitlərə ehtiyaci olan subyektlərə: şəxslərə, müəssisələrə, dövlətə vermək, iqtisadiyyatm bu və ya digər sahələrinin inkişafma yönəltməkdir. Lakin bundan əlavə banklar pul haqq - hesablaşmalarini da aparir, dövriyyəyə pul və qiymətli kağizlar (banknotlar, çeklər, veksellər və s.) buraxirlar.
Müasir bazar iqtisadiyyati şəraitində banklarm rolu xeyli artmişdir. Hal - hazirda banklarm verdiyi kreditlər təkcə bura cəlb edilmiş azad pul vəsaitləri hesabina yox, həm də özünə məxsus kapital vasitəsilə həyata keçirilir. Bundan əlavə qeyd edilən hər iki mənbə hesabina banklar iqtisadiyyatm müxtəlif sahələrində, çalişan sahibkarliq subyektlərinə zəruri xidmətlər göstərməklə, əhalinin məşğulluq dərəcəsinə, qiymətlərin səviyyəsinə, ölkənin tədiyyə balansina və beləliklə də, bütövlükdə təkrar istehsal prosesinə təsir etmək, onu sürətləndirmək və ya zəiflətmək imkanina malikdir.
Kommersiya banklari ölkənin kredit sisteminin əsasmi təşkil edirlər və mərkəzi bank tərəfindən müəyyən edilmiş metodoloji tələblər və faiz normasi əsasmda fəaliyyət göstərirlər.
Alqı - satqı sahəsində kommersiya banklari əsil müstəqilliyə malikdirlər və sahibkarliq fəaliyyətinin müxtəlif istiqamətlərini özündə əks etdirirlər.
Sahibkarlığın bütün cəhətləri: təşəbbüskarliq, təsərrüfatçiliq vərdişləri, ağilli risk etmək, maddi maraq və s. bu banklar üçün xasdir. Məsələn, müəyyən bir məhsuldar ideyanm sahibi hər hansi bir kommersiya bankina müraciət edərsə, bank tez bir zamanda həmin ideyanm ekspertizasmi keçirir, müsbət nəticə əldə edilən halda isə onu maliyyələşdirməyi nəzərə alir. Bununla belə bank həmin ideyanm həyata keçirilməsinə raziliq verən müəssisənin də axtarilib tapilmasmda köməklik edir.
Kommersiya banklarmm sirf bank kimi yerinə yetirdiyi vəzifələr azad pullarm qəbul edilməsi, müxtəlif bazar subyektlərinə (dövlətə, müəssisələrə, əhaliyə) müxtəlif məqsədlərlə müddətli kreditlərin verilməsi, tədiyyə dövriyyəsinə xidmət etmək və s. daxildir. Bir sira ölkələrdə belə banklar həm də qiymətli kağizlarm alverini təşkil edir, dividendlərin və faizlərin verilməsi ilə məşğul olurlar.
Maliyyə sahibkarliğmm məzmunu baximmdan müxtəlif xidmətlər göstərən kampaniyalarm rolu çox əhəmiyyətlidir. Bunlardan biri də lizinq xidməti göstərən kampaniyalardir. Hər şeydən əvvəl göstərmək lazimdir ki, lizinq (ingiliscə «lease» sözündən yaramb əmlakm icarəyə götürülməsi və ya verilməsini bildirir) dedikdə istehsal vasitələrinin - maşmlarm, dəzgahlarm, nəqliyyat vasitələrinin, istehsal təyinatli binalarm və s. müəyyən müddətdə icarəyə verilməsi başa düşülür. Bu prosesdə lizinq kampaniyalari istehsal vasitələrinin sahibi ilə onlari icarəyə götürmək istəyənlər arasmda vasitəçilik rolunu oynayirlar.
Lizinq xidməti yönəldilən vəsaitin mənbəyinə, lizinq haqqinm tərkibinə, lizinq müqaviləsi subyektlərinin iştirakma görə əsasən aşağidaki formalarda həyata keçirilir:
1. lizinq xidmətinin həyata keçirilməsinə yönəldilən vəsaitin mənbəyinə görə;
- lizinq müəssisəsinin öz vəsaiti hesabma həyata keçirilən xidmət;
- lizinq müəssisəsinin öz vəsaiti və digər mənbələrdən cəlb olunmuş vəsait hesabma həyata keçirilən xidmət (bu halda lizinq müəssisəsinin öz vəsaiti xidmətin ümumi dəyərinin 30 % - dən az olmamalidir).
2. lizinq haqqinm tərkibinə görə:
- əmlakm satmalma dəyəri, digər xidmət xərcləri, habelə lizinq müəssisəsinin mənfəəti daxil edilməklə lizinq haqqi ödənilən xidmət;
- əmlakm satmalma dəyəri və lizinq müəssisəsinin mənfəəti daxil edilməklə lizinq haqqi ödənilən xidmət.
3. lizinq müqaviləsi subyektlərinin iştirakma görə:
- üç müxtəlif tərəfin iştiraki ilə (satici, lizinq müəssisəsi və icarəçi) həyata keçirilən xidmət;
- iki tərəfin iştiraki ilə həyata keçirilən xidmət (bu halda maliyyə vəsaitinə ehtiyaci olan müəssisə öz mülkiyyətində olan əmlaki lizinq müəssisəsinə sataraq, onu icarəyə götürür) .
Lizinqin əsasən 2 növü fərqləndirilir - maliyyə lizinqi və əməli (operativ) lizinq. Maliyyə lizinqi zamani ərəflər arasmda bağlanilmiş müqavilədə əmlakm lizinqə götürülməsi ilə bağli lizinq ödənişlərinin həcmi elə bir səviyyədə müəyyən edilir ki, o əmlakm amortizasiyasmm tam dəyərini (və yaxud sox hissəsini), habelə lizinqə verənin əlavə xərclərini və mənfəətini ödəmək üçün kifayət etsin. Maliyyə lizinqi əsasən daha uzun müddəti əhatə edir. Bu müddət bitdikdən sonra əmlaki lizinqə götürən, onu qaliq dəyəri ilə yenidən daha əlverişli şərtlərlə və az müddətə lizinqi götürə bilər, ya da onu lizinq şirkətinə qaytara bilər.
Əməli lizinqin müddəti qisadir (adətən 2-5 il) və bu səbəbdən əmlaki lizinqə verənin lizinq obyekti ilə bağli xərcləri bir lizinq kontrakti ərzində lizinq haqlari ilə ödənilə bilmir və buna görə də lizinq haqqinin səviyyəsi maliyyə lizinqinə nisbətən daha yüksək olur.
Lizinq xidməti bazar iqtisadiyyati ölkələrində son 20-25 il ərzində geniş vüsət almişdir. Məsələn, 1989-cu ildə bu xidmət növünün həcmi ABŞ - da 120 mlrd., Fransada 14 mlrd., AFR - də 7 mlrd., Italiyada 6 mlrd., Isveçdə 3 mlrd., Yaponiyada 70 mlrd., Avstraliyada 12 mlrd., təşkil etmişdir.
Lizinq əməliyyati müəyyən mənada əmtəənin alqi - satqisini məhdudlaşdirsa da, ümumiyyətlə mövcud istehsal vasitələrindən səmərəli istifadə üçün şərait yaradir. Bir sira hallarda isə icarəyə cötürən tərəf müqavilə müddəti qurtardiqdan sonra həmin əmlakin pulunu ödəməklə onu öz mülkiyyətinə çevirir.
Lizinq xidməti bu prosesdə iştirak edən bütün tərəflər üçün: istehsalçilar, lizinq kampaniyalari və istehlakçilar üçün çox sərfəlidir. Istehsal vasitələrinin istehsalçilari üçün öz məhsullarim lizinq kampaniyalarma verilməsinin aşağidaki müsbət cəhətləri vardir: reklam, bazarm təhlili, alicmin tapilmasi ilə bağli xərclərin azaldilmasi, qənaət edilmiş vəsaitin istehsal vəzifələrinin həllinə yönəldilməsi, istehsal edilmiş məhsulun möhkəm satiş bazarinin olmasi və s.
Lizinq kampaniyasinin mənfəətinə daxildir: əmlakin icarəçiyə verilməsi ilə bağli xidmətlər üçün verilən haqq, istehsalçidan onun məhsulunu iri həcmdə aldiği üçün qiymət cüzəştləri, icarə müddəti qurtardiqdan sonra avadanliğm satilmasmdan götürülən gəlir və s.
İstehlakçmın (icarəçinin) mənfəəti aşağidakilardan ibarətdir: avadanliğm icarəsinin onun birdəfəlik almmasmdan ucuz başa gəlməsi, istehsal vasitəsinin bütün iş müddəti ərzində ona müəyyən formada yüksək keyfiyyətli xidmətin göstərilməsi. Bundan əlavə bir çox hallarda işə başlamaq istəyən şəxsin bankdan kredit götürülməsi üçün heç bir təminati olmasa və buna görə də bank ona kredit verməzsə, avadanliğm icarəyə götürülməsi öz şəxsi işini başlamağin və genişləndirməyin yeganə vasitəsi olur.

Yüklə 31,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin