Mövzu Sahibkarlıq fəaliyyətinin növləri və onların xüsusiyyətləri. Plan


Kommersiya sahibkarliğmda əmtəə birjalarmm və reklam müəssisələrinin rolu



Yüklə 31,17 Kb.
səhifə4/7
tarix01.05.2023
ölçüsü31,17 Kb.
#105374
1   2   3   4   5   6   7
5. Kommersiya sahibkarliğmda əmtəə birjalarmm və reklam müəssisələrinin rolu.
Əvvəldə göstərildiyi kimi, kommersiya sahibkarliğmm təşkilati - hüquqi formalarmdan biri kimi əmtəə birjalari çixiş edirlər.
Əmtəə birjasi dedikdə əmtəələrin alqi - satqi prosesi ilə məşğul olan bazarm təşkilati formasi başa düşülür. Bununla belə əmtəə birjasi, bazarm digər növlərindən fərqli olan bir sira xüsusiyyətlərə malikdir. Məsələn, burada alqi - satqi əməliyyatlari bilavasitə istehsalçi və istehlakçi arasmda deyil, öz əlində hər hansi bir əmtəəyə olan tələb və təklif mərkəzləşdirilmiş vasitəçilər - ticarət agentləri, dəllallar və s. vasitəsilə həyata keçirilir. Birjalar bazarm digər növlərindən (məsələn, yarmarkadan, auksiondan) fərqli olaraq daim fəaliyyət göstərir, onun öz daimi iş yeri və iş saati vardir. Birjada bağlanilan sövdələşmələrin haqqi qarşi tərəfin hesabma ya dərhal, ya da ki, müəyyən müddətdən sonra köçürülə bilər. ikinci halda, birjada satilan məhsul dərhal sahibini dəyişib alicinin sərəncamma daxil olsa da, onun haqqi tərəflər tərəfindən razilaşdirilmiş müddətdə ödənilir. Həm də bu zaman alinmiş əmtəənin haqqinm ödənilməsi ilə birgə satiş vaxti mövcud olan kursla (səviyyə ilə) hazirki (faktiki) kurs arasmdaki fərq tərəflərdən biri tərəfindən də ödənilir.
Əmtəə birjasmda keçirilən əməliyyatlar ya onu təşkil edənin, ya da ki, müvafiq dövlət idarəsinin nəzarəti altmda baş verir. Birjada qiymətlərin səviyyəsinə təsir etmək məqsədilə iri həcmli sövdələşmələr aparmaq, süni surətdə birja kursunun səviyyəsinin enməsi və qalxmasma təsir edə biləcək şaiyələr buraxmaq qəti qadağandir. Hər bir ölkədə birjanm normal işini süni surətdə pozan hallarm tədqiqi ilə birja ticarəti qaydalari üzrə komitə və yaxud buna uyğun digər təşkilatlar məşğul olur, günahkarlar giddi (cərimə ödəməklə, hətta azadliqdan məhrum etməklə və s.) cəzalandirilir. Birjanm işində alicilar və satici simasmda iştirak edən bütün tərəflər birja tərəfindən görülən xidmətlər üçün uyğun ödənclər verirlər. Bundan əlavə birjada yer almaq üçün verilən haqq, bağlanmiş sövdələşmələrdən komissyon ayirmalari və s. birjanm mənfəətini təşkil edir.
Əmtəə birjasmda alqi - satqi əməliyyatlari nümunələr və standartlar əsasmda topdansatiş formasmda (yəni iri həcmlərlə) həyata keçirilir. Birjanm yerinə yetirdiyi əməliyyatlara ticarət sövdələşmələri bağlayanlar arasmda vasitəçilik etmək, satilmağa təklif edilən əmtəələrin əvvəlcədən ekspertizasmi (müayinəsini) keçirmək, alqi - satqi ilə bağli əməliyyatlari sürətləndirmək və sadələşdirmək, ticarət mübahisələrini həll etmək, istehsalin həcmi, məhsulun qiyməti, faydali xüsusiyyətləri haqqmda məlumatlari yaymaq və s. daxildir.
Əmtəə birjasmda iqtisadi fəaliyyət, birja ticarəti iştirakçilari üçün hüquq bərabərliyinin təmin edilməsi, sərbəst (bazar) qiymətlərin tətbiqi, birja ticarətinin aşkarliği prinsipi əsasmda həyata keçirilir.
Kommersiya sahibkarliqi ilə əlaqədar olaraq reklam şirkətləri də mühüm rol oynayirlar. Reklam məhz bazar iqtisadiyyatma məxsus olan xidmət növüdür və onun əsasini bazar münasibətləri təşkil edir. Belə ki, qitliq iqtisadiyyati kimi xarakterizə edilən keçmiş inzibati komanda sistemində məhsul bolluğu olmadiği üçün, qit məhsulun sözün əsil mənasmda reklamma da ehtiyac yox idi.
Bundan fərqli olaraq məhsul bolluğu yaradan bazar iqtisadiyyati şəraitində sahibkarlar arasmda kəskin rəqabət olduğu üçün əsil, səmərəli reklam xidmətinə də ehtiyac yaranir. Həm də bu zaman reklam ikili əhəmiyyət kəsb edir. Bir tərəfdən o, istehlakçmm zövqünün formalaşmasma və mal seçiminə təsir göstərən, beləliklə də, məhsulun istehlakçiya doğru hərəkətini təmin edən iqtisadi vasitələrdən biridir. Digər tərəfdən, reklam istehsalçinm da fəaliyyətinin həcminə, xüsusiyyətlərinə və istiqamətlərinə ciddi təsir göstərir. Belə ki, reklam vasitəsilə tələbin formalaşmasma təsir göstərdikdən sonra istehsalçi və kommersiya subyektləri alicmin zövqünə və imkanina uyğun şəkildə fəaliyyət göstərməyə üstünlük verir.
Beləliklə, bazar iqtisadiyyati şəraitində reklam istehsalçi /satici/ və istehlakçi /alici/ arasmda mühüm əlaqə vasitəsi olub, həm istehsali, həm də istehlaki nəinki kortəbiilikdən uzaqlaşdirir, həm də onlari bir-birilə üzvi surətdə əlaqələndirir və onlara məqsədyönlü xarakter verir.
Reklamin səmərəsi aliciliq qabiliyyəti ilə bilavasitə əlaqədardir; mal təklifi nə qədər çox, çeşidi nə qədər geniş olarsa, reklamm səmərəsi də bir o qədər çox olar; reklamm yüksək səmərəsi firmanin qisa müddətli, səthi fəaliyyətinin deyil, uzun müddətli məqsədyönlü fəaliyyətinin nəticəsidir; məhsulun reklam edilən xüsusiyyətləri ilə onun real cəhətləri arasmda nə qədər çox fərq /yəni uzaqlaşma/ olarsa, reklam nəinki səmərə verər, o hətta anti-səmərəyə gətirib çixarar.

Yüklə 31,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin