Marjinal təhlil və zərərsizlik səviyyəsi anlayışı.
Direkt-kostinq sistemində əsas anlayışlardan biri də marjinal gəlir anlayışıdır. Onu tapmaq üçün, satışdan daxil olan pul gəlirindən dəyişən xərcləri çıxırıq:
MG=Pg-Dx (1)
Digər tərəfdən, marjinal gəlir sabit xərclərlə mənfəətin cəminə bərabərdir:
MG=Sx+M (2)
Marjinal gəlir göstəricisi idarəetmə uçotu və təhlili sistemində ən mühüm göstəricilərdən biridir. Rentabellik astanası (zərərsizlik nöqtəsi), təşkilatların maliyyə sabitliyi ehtiyatı, planlaşdırılan mənfəət məbləği onun əsasında hesablanır, qiymət siyasətilə və məhsulun assortimentinin quruluşu ilə əlaqədar məsələlər ona əsaslanaraq həll edilir.
Yuxarıda deyildiyi kimi, rentabellik astanası tam xərclərin ödənilməsi üçün lazım olan mədaxilin məbəliğindən ibarətdir. Bu zaman təşkilat mənfəət də almır, onun zərəri də olmur, MG=Sx.
Zərərsiz işləmək – alınması zəruri olan mədaxillər, xərclərin tam ödənilməsini təyin etmək üçün satılması lazım olan məhsulun natural vahidlərlə miqdarını ( ) ilə ifadə edilə bilər. nöqtəsi mədaxil xəttinin məhsulun tam maya dəyəri xəttilə kəsişdiyi yerdə yerləşir. Rentabellik astanasının (satışın zərəsiz həcminin) müəyyən edilməsi bir sıra göstəricilərlə həyata keçirilir. Böhran nöqtəsi tərifinə görə məhsulun o həcmini əks etdirir ki, bu halda mənfəət sıfıra bərabər(M=0), mədaxil isə məhsulun tam maya dəyərinə bərabər olur (MD=X, MD=Dx+Sx).
Əgər mədaxili realizə edilmiş məhsulun həcmini (q), onun qiymətinə (P) hasili kimi qəbul etsək (MD=Dx+Sx), onda mononomenklaturalı istehsal üçün aşağıdakı ifadəni alırıq:
Dostları ilə paylaş: |