q- Sx
q - P- Dx
MSE= x100= x100 (16)
q q
Maliyyə sabitliyi ehtiyatlarının formalaşması modelində aşağıdakı amillər nəzərə alınır: satışın həcmi (q), sabit xərclərin həcmi (Sx), məmulatın qiyməti (P), dəyişən xərclər (Dx).
Hər amilin baza qiymətini ardıcıl surətdə (16) düsturunda hesabat qiymətilə əvəz etməklə, hər amil üzrə ayrıca maliyyə sabitliyi ehtiyatlarının dəyişilməsini müəyyən edirik
=20%
=33,3%
=30%
=44%
=36,3%.
Buradan görünür ki, təhlükəszilik zonası bütövlükdə 16,3 % artmışdır. Bu aşağıdakıların dəyişməsi ilə əlaqədar olmuşdur:
1)satış həcmi 33,3-20=13,3%
2)Sx 30-33,3%=-3,3%
3)məmulatın qiyməti 44-30=14%
4)Dx 36,3-44=-7,7%
Aydındır ki, təhlükəsizlik zonasının və rentabellik astanasının dəyişilməsinə sabit və dəyişən xərclərin artması mənfi, satışın həcminin və məmulatın qiymətinin artması müsbət təsir göstərmişdir.
Çox nomeklaturalı istehsal şəraitində struktur amilinin, satışın ümumi həcmində ayrı-ayrı məhsul növlərinin xüsusi çəkisiin təsirini nəzərə almaq lazımdır.
Satışın zərərsizlik səviyyəsi dəyər ifadəsində aşağıdakı amillərin təsirindən dəyişilir:
Bütün məhsula sərf edilən daimi xərclərin məbləğinin;
Məhsulun strukturunun;
Hər məhsulun qiymətinin;
Məmulatlar üzrə dəyişən xərclərin məbləğinin dəyişilməsinin.
Nəticə
Daim dinamik olan, qiymətlərin, tələb və təklifin dəyişdiyi bir vaxtda müəssisələr məcburdurlar ki, öz maliyyə sabitliyini maliyyə təhlili vasitəsi ilə təmin etsinlər. Təhlil onlara müəyyən informasiya verir ki, bu də idarəetmə qərarlarını əsaslandırmağa şərait yaradır.
Yuxarıda bəhs olunan zərərsizlik səviyyəsi və s. haqda düzgün aparılmamış təhlil, ümumilikdə müəssisədə istehsal-satış fəaliyyətinin düzgün təşkil olunmamasına gətirib çıxarır. Nəticədə isə müəssisə istehsal ehtiyatlarının səmərəsiz istifadə edir, ya da tamamilə müflisləşir.
Zərərsizlik səviyyəsinin təhlili imkan verir ki, istehsal məsrəflərini (sabit və dəyişən), satış qiymətini təhlil edib, nə qədər məhsul istehsal olunması gərəkdiyini müəyyən edək. Həmçinin, xərcləri azaltmaqla daha çox mənfəət əldə edək.
Azərbaycanda hələlik, istehsal həcminin, maya dəyərinin və məsrəflərin qarşılıqlı əlaqəsinin təhlili metodikası hələ kifayət qədər işlənib hazırlanmamışdır. Ona görə də, ölkə təşkilatlarının əməli fəaliyyətində marjinal təhlil, zərərsizlik səviyyəsi və s geniş tətbiq eidilmir. Bu sahənin əhəmiyyəti gələcəkdə müəssisələrdə daha çox istifadə edilməsi gözlənilən bu təhlil növlərinin metodikasının işlənib hazırlanmasını vadar edir.
İstifadə olunmuş ədəbiyyat
Hənifə Cəfərli – “İqtisadi Təhlil” (dərslik), Bakı 2009
İ.M.Mahmudov, T.Ş.Zeynalov – “İqtisadi Təhlil” Bakı 2010
Rahib Kazımov – “Maliyyə Təhlili” (mühazirələr) Bakı 2010
Н.В. Климова – «Экономический анализ» Питер 2010
А.Ф. Ионова, Н.Н. Селезнева – «Финансовый анализ»
А. Шеремет, Александра Ионова – «Финансы предприятий. Менеджмент и анализ» 2008
Dostları ilə paylaş: |