MSE=RH- (13)
yəni, o, faktiki əldə edilmiş yaxud planlaşdırılan realizasiya həcminin böhran həcmindən yüksək olmasıdır. Nisbi ifadədə (satışın faktiki alınmış həcminə faizlə) aşağıdakı düsturla hesablanır:
RH-
MSE= x100 (14)
RH
Təhlükəsizlik zonası satış həcminin böhran həcmdən (rentabellik sıfıra bərabər olan həcmdən) neçə faiz yüksək olmasını göstərir. Əgər, əksinə, mədaxil rentabellik astanasından az olarsa, onda təşkilatda zərərlər yaranır, onun maliyyə vəziyyəti pisləşir.
Zərərsizliyin təhlili zamanı sadəcə olaraq, zərərliliyin son nöqtəsini, rentabellik astanasını, yəni dəyişən və sabit xərclərin satış məbləği ilə örtülməsini təyin etməklə kifayətlənmək olmaz. Bu göstəricinin köməyi ilə məsrəflərin ödənilməsi dövrünü təyin etmək lazımdır. Rentabellik astanası aşağı olduqca məsrəflər daha sürətlə ödənilir və əksinə, yüksək rentabellik astanası məsrəflərin ödənilməsini ləngidir.
Müəssisəmim çaliyyə imkanları daxilində sabit xərclərlə dəyişən xərclər arasında nisbəti dəyişdirməklə satışdan alınan mənfəətin optimallaşdırılması məsələsini də həll etmək olar. Mənfəətin məsrəflərə nisbəti iqtisadi ədəbiyyatda “İstehsal vasitəsinin effekti” kimi göstərilir. İstehsal vasitəsinin təsir gücü ( ) aşağıdakı düsturun köməyi ilə təyin edilir:
Dostları ilə paylaş: |