Mövzu Seçki hüququ və seçki sistemi


Seçicilərin siyahıya alınması



Yüklə 27,61 Kb.
səhifə11/13
tarix28.12.2021
ölçüsü27,61 Kb.
#48036
1   ...   5   6   7   8   9   10   11   12   13
referat 2558

Seçicilərin siyahıya alınması mərhələsi seçicilərin səsvermə hüququnun mühüm şərti sayılır. Yalnız seçici siyahılarına daxil edilmiş şəxslər səs verə bilərlər. Seçki Məcəlləsinə görə AR – nın aktiv seçki hüququna malik olan bütün vətəndaşalrı seçici siyahılarına daxil edilirlər. Bir seçici yalnız bir seçki məntəqəsi üzrə qeydiyyata alınmalıdır.

Namizədlərin irəli sürülməsi və qeydiyyatı seçki prosesinin çox mühüm mərhələsidir. Məhz bu mərhələdə prezident, deputat və s. Seçilə biləcək şəxslərin dairəsi müəyyən edilir. AR – da Seçki Məcəlləsinə görə namizədlər iki yolla irəli sürülə bilər:

  1. öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən;

  2. siyasi partiyalar və ya siyasi partiya blokları tərəfindən.

Birinci halda namizəd irəli sürən təşəbbüsçülər bu barədə müvafiq DSk – ya yazılı bildiriş verirlər. Bildirişdə təşəbbüsçünün və namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, namizədin əsas iş və ya idmət yeri, tutduğu vəzifə (və ya fəaliyyət növü) göstərilməlidir. Bildirişlə birlikdə DSK – ya namizədin ərizəsi də göndərilir.

Deputatlığa namizəd yalnız bir seçki fairəsində irəli sürülə bilər. Namizədin qeydə alınması üçün azı 450 imza tələb olunur. Imzalar toplandıqdan sonra təşəbbüsçülər bu haqda protokol tərtib edir və imzalayırlar. Həmin imza vərəqələri DSK – ya təqdim olunur. Qeydə alınmış hər bir namizədə qeydiyyat vəsiqəsi verilir.

Ikinci halda seçki dairələri üzrə namizədlər siyasi partiya və ya partiya blokları tərəfindən irəli sürülür. Bunun üçün iclas çağırılır və iclasda kollegial qaydada səsvermə yolu ilə qərar qəbul olunur. Qərar protokolla rəsmiləşdirilir.

Prezidentliyə namizədlər də Seçki Məcəlləsinin 53 və 54 – cü maddələrinə müvafiq olaraq şəxsin özü tərəfindən, aktiv seçki hüququ olan seçicilərin təşəbbüs qrupları tərəfindən, siyasi partiyalar və ya partiya blokları tərəfindən irəli sürülür. Hər bir siyasi partiya bloku yalnız bir namizəd irəli sürə bilər. Onlar həm də öz partiyalarının üzvü olmayan şəxsi də namizəd kimi irəli sürə bilərlər. Bu məsələ ilə bağlı səsvermə keçirilir və qərar qəbul edilir. Qərar MSK – ya təqdim olunur. Bununla yanaşı bilavasitə seçicilər də namizəd irəli sürə bilər. Bu zaman ən azı 100 nəfərdən ibarət təşəbbüs qrupu yaradılır və MSK – ya yazılı formada vəsatətlə müraciət edilir. Qeydiyyatdan sonra imza toplanır. Seçki Məcəlləsinə uyğun kim tərəfindən irəli sürülməsindən asılı olmayaraq namizəd üçün azı 45 min imza toplanmalıdır. 60 – dan az olmayan seçki dairəsinin hər birindən azı 50 imza toplanmalıdır. Bir seçici yalnız bir prezidentliyə namizədin imza vərəqəsinə imza ata bilər. Əgər MSKnamizədi qeydə alırsa onun barəsində məlumat seçkilərə azı 55 gün qalmış KİV – də dərc olunur.


Yüklə 27,61 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin