Gizli səsvermənin tətbiqində məqsəd seçkilərin daha düzgün keçirilməsinə, seçicilərin öz iradəsini olduğu kimi həyata keçirilməsinə nail olmaqdan ibarətdir.
Şəxsi səsvermə prinsipinə görə seçici öz iradəsini yalnız özü ifadə edə bilər.
4. Seçki prosesi və onun mərhələləri
Seçki prosesi dedikdə dövlət və yerli özünüidarə orqanlarına seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı şəxslərin, orqanların, təşkilatların və qrupların qanunla və digər sosial normalarla tənzimlənən fəaliyyəti nəzərdə tutulur. Seçki prosesinin aşağıdakı mərhələləri vardır:
Seçkilərin təyin edilməsi
Seçki dairələrinin təşkili
Seçki məntəqələrinin təşkili
Seçki orqanlarının (komissiyalarının) yaradılması
Seçicilərin siyahıya alınması
Namizədlərin irəli sürülməsi və qeydiyyatı
təşviqat kompaniyası
Səsvermə
Səslərin hesablanması
səsvermənin yeni turu və ya təkrar seçkilərin keçirilməsi
Seçkilərin nəticələrinin son dəfə müəyyənləşdirilməsi