Səsvermə mərhələsində seçici öz iradəsini ifadə edir. Ən çox səs toplayan namizəd mandat əldə etmək hüququ qazanır. Səsvermə məntəqəsinə gələn seçici bülleten alır. Seçiciyə büllüten verilərkən seçicilər siyahısına onun şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi yazılır. Sonra seçici kabinəyə daxil olur və büllütüni doldurur.
Səslərin hesablanması və səsvermənin yekunlarının müəyyənləşdirilməsiseçki prosesinin ən mühüm məsələlrindən biridir. Verilmiş səslər əvvəlcə açıq şəkildə seçki məntəqələrində hesablanır. Hesablama səsvermə qurtaran andan başlanır. Əvvəlcə səslərin ümumi sayı, daha sonra etibarlı və etibarsız səslərin sayı müəyyən edilir. Məntəqədə seçki orqanlarının yekun sənədləri əsasında seçkilərin yekunu barədə qərar qəbul edilir. Səsvermənin yekunlarına dair protokol tərtib olunur. Məntəqə üzrə yekun sənədləri yuxarı seçki orqanına göndərilir. Seçkilərin nəticələri dairələrdə, müvafiq hallarda isə ərazi və ya mərkəzi seçki orqanında müəyyən edilir. Seçki dairəsi üzrə seçkilərin yekunlarını DSK müəyyən edir. O, Milli Məclisə seçkilər zamanı qeydə alınmış namizədlərin lehinə verilən səslərin sayı bərabər olduqda seçkiləri baş tutmamış hesab edir.
DSK aşağıdakı hallarda seçkiləri etibarsız sayır:
qanun pozuntularına yol verilən hallarda seçicilərin iradəsini müəyyənləşdirmək mümkün olmadıqda;
səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 – dən çox olduqda;
məhkəmənin qərarı əsasında.
MSK seçkilərin ümumi yekunlarını seçki günündən sonra ən geci 20 gün müddətində müəyyənləşdirir. Daha sonra 10gün müddətində AR – nın Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir. Seçkilərin yekunları haqqında məlumat seçki günündən sonrakı 45 gün müddətində rəsmi dərc olunmalıdır.