Seçki dairələri nümayəndəli dövlət və ya yerli özünüidarə orqanına nümayəndələr seçmək üçün seçicilərdən ibarət ərazi vahididir. AR – nın ərazisində MSK tərəfindən hər 5 ildən bir 125 seçici dairəsi yaradılır. Bu dairələri MSK müvafiq ərazi vahidlərində təşkil edir.
Seçki məntəqəsiseçicilərin öz dairələrini ifadə etmək üçün gəldiyi və verilmiş səslərin ilkin hesablanmasının aparıldığı, ən az sayda seçiciləri birləşdirən aşağı seçki orqanı vahididir. Hər seçki məntəqəsinin ərazisində ən çoxu 1500 və ən azı 50 seçici qeydə alınmalıdır.