Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


Aparıcı avadanlıq vahidinin istehsal gücü



Yüklə 0,95 Mb.
səhifə38/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   34   35   36   37   38   39   40   41   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

Aparıcı avadanlıq vahidinin istehsal gücü (Av.i.g) aşağıdakı düsturun köməyilə hesablanılır.
Av.i.g = Mv x Vf
Burada Mv - avadanlıq vahidinin məhsuldarlığı;
Vf- avadanlıq vahidinin vaxt fondudur.
Bundan sonra aparıcı istehsal sahəsinin istehsal gücü hesablanılır. Aparıcı istehsal sahəsinin istehsal gücü (İSi.g.) aşağıdakı düstur əsasında müəyyən edilir:
İSi.g = n x Mv x Vf
Burada, n - qabaqcıl istehsal sahəsində quraşdırılmış qabaqcıl avadanlıqların sayıdır.
Əgər qabaqcıl sexdə yalnız bir növ məhsul istehsal olunursa bu halda sexin istehsal gücü (TSi.g.) aparıcı istehsal sahəsinin gücünə bərabər kimi qəbul olunur; başqa sözlə,
TSi.g. = İSi.g. hesab edilir.
Əgər müəssisədə yalnız bir növ məhsul istehsal olunursa onda müəssisənin istehsal gücü (Mi.g.) aparıcı sexin istehsal gücünə bə rabər sayılır:
Mi.g=İSi.g.
Nəhayət, əgər qabaqcıl sexdə bir deyil, bir neçə növdə məhsul istehsal olunursa onun istehsal gücü hər bir növ məhsul üzrə ayrılıqda hesablanır. Bu qaydadan müəssisənin də istehsal gücü hesablanarkən istifadə olunur.
Dünya təcrübəsində istehsal gücünün hesablanmasının daha başqa 2 metodundan da istifadə edilir:
1) Texnoloji avadanlıqları hərəkətə gətirən elektrik mühərriklərinin gücü əsasında istehsal gücünün hesablanması;
Bunun üçün aşağıda göstərilən düsturdan istifadə olunur:
Em = Em.t.g.  Vf  Əç
Burada, Em - elektrik mühərikklərinin gücü əsasında hesablanmış istehsal gücü; Em.t.g. - texnoloji avadanlıqları hərəkətə gətirən elektrik mühərriklərinin texniki gücü; Vf - avadanlıqların iş vaxtı fondu; Əç - texnoloji ehtiyaclar üçün istehlak olunmuş elektrik enerjisi həcminin istehsal olunmuş məhsul həcminə çevirən əmsaldır. Bu metodla istehlak olunmuş elektrik enerjisinin həcmi istehsal edilmiş məhsulun həcmindən birbaşa asılılıqda qəbul olunur. İstehsal gücünün hesablanmasının bu metodu nöqsanlıdır, qeyri-dəqiqdir. Belə ki, köhnə elektrik mühərriklərinin istehlak etdikləri elektrik enerjisinin həcmi istehsal olunmuş məhsulun həcminə, başqa sözlə, istehsal gücünə mütənasib ola bilməz.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin