Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu



Yüklə 0,95 Mb.
səhifə45/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   41   42   43   44   45   46   47   48   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

İdarəetmə prosesi - insan fəaliyyətinin xüsusi bir növü kimi kollektiv üzvlərinin (idarəetmə subyektlərinin) fəaliyyətinin əlaqələndirilməsi və bu fəaliyyətin məqsədyönlülüyünün təmin edilməsi zərurətindən doğur. Əgər ayrı-ayrı fərdlər (fiziki şəxslər) öz fəaliyyətlərini özləri tənzim edirsə, əmək kollektivi idarəetmə funksiyasını yerinə yetirən başqa şəxsin mövcudluğunu tələb edir.
Menecment idarəetmə hər bir cəmiyyətdə mövcuddur. Ancaq onun məqsədi, prinsipləri, metodları və sərhədləri bu və ya digər ictimai-iqtisadi formasiyanın iqtisadi və siyasi əsaslarından asılıdır.


6.2. Menecmentin məqsəd və vəzifələri.

Menecmentin ən başlıca məqsəd və vəzifəsi cəmiyyətin obyektiv imkanlarından istifadə olunmasını təmin etməkdir. Menecment idarəetmə əslində cəmiyyətin potensialından istifadə olunmasının mühüm amilidir. İdarəetmə həm də işçilərin əmək fəaliyyətinin təşkil edilməsi və səfərbərliyə alınmasının başlıca formasıdır.


Cəmiyyət özü də mürəkkəb bir sistemdir. İqtisadi, sosial, mənəvi inkişafın əlaqələndirilməsi, ayrı-ayrı adamların, kollektivlərin fəaliyyətinin istiqamətləndirilməsi, cəmiyyətdə baş verən bir çox sosial-iqtisadi münasibətlərin qaydaya salınması müəyyən problemlərin həlli ilə əlaqədardır. Menecmentin əsas vəzifəsi mövcud olan bütün imkanlardan səmərəli istifadə etməklə qarşıya çıxan problemlərin optimal həlli yollarının müəyyən edilməsindən ibarətdir.
Cəmiyyətin yetkinliyi birinci növbədə özünü idarəetmə münasibətlərində təzahür etdirir. Ona görə də idarəetmə münasibətlərinin öyrənilməsi idarəetmə nəzəriyyəsində görkəmli yer tutur. Bu isə ictimai həyatın bütün sahələrinin elmi səviyyədə idarə olunması, idarəetmənin müasir tələblər səviyyəsində qurulması zərurətindən irəli gəlir. Lakin idarəetmə münasibətlərinin nəzəri, praktiki və metodoloji məsələlərinin həlli zamanın tələblərindən xeyli geri qalır. İndi idarəetmə qarşısında keyfiyyətcə yeni vəzifələr qoyulur. İdarəetmə cəmiyyətin həyatında fəal rol oynamalıdır. Cəmiyyətin iqtisadi, sosial-iqtisadi və mənəvi həyatı xeyli dərəcədə idarəetmə münasibətlərinin keyfiyyətcə necə formalaşmasından asılıdır. Ona görə də idarəedən və idarəedilən yarımsistemlərin mənafe uyğunluğu səviyyəsi idarəetmə münasibətləri üçün prinsipial əhəmiyyətə malikdir.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin