5.2. Dövriyyə vəsaitlərinin normalaşdırılması
Müəssisənin təsərrüfat istehsal fəliyyətinin ahəngdar, fasiləsiz həyata keçirilməsinin təmin edilməsində dövriyyə vəsaitlərinin normalaşdırılması əhəmiyyətli rol oynayır. Öz növbəsində, dövriyyə vəsaitlərinin normalaşdırılması, onların səmərəli sərfinin həyata keçirilməsi və bu prosesə nəzarət edilməsi, dövriyyə vəsaitlərinin normalaşdırılmasını tələb edir.
Dövriyyə vəsaitlərinin normlaşdırılması müəssisədə iqtisadi fəaliyyətin əsas elementlərindən biridir. Dövriyyə vəsaitlərinin normalaşdırılması müəssisədə istehsal-maliyyə fəaliyyətinin normalaşdırılmasında, maddi həvəsləndirmənin həyata keçirilməsində, istehsal ehtiyatlarının aşkara çıxarılmasında, istehsalın səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır. Məhsulların rəqabət qabiliyyətinin daha da artırılmasını tələb edən indiki şərait, materiallara qənaət edilməsi məqsədi ilə texniki-iqtisadi cəhətdən əsaslandırılmış material sərfi normalarının işlənib hazırlanmasını və tətbiq edilməsini nəzərdə tutur. Material sərfi normalarının mütərəqqiliyi normalaşdırmanın əsas prinsipi olmaqla, özündə texniki tərəqqinin son nailiyyətlərini, texnoloji prosesin və istehsalın təşkilinin təkmilləşdirilməsini, mövcud qabaqcıl təcrübədən istifadəni də əks etdirməlidir. Buna görə də material sərfı normaları daim azalma istiqamətində dəyişdirilməlidir.
Dövriyyə vəsaitlərinin normalaşdırılması dedikdə norma və normativlərin müəyyən edilməsi başa düşülür.
Dövriyyə vəsaitlərinin norması dedikdə müəssisənin normal fəaliyyəti şəraitində bu və ya digər material dəyərlərinin ehtiyatının onların sutkalıq (günlük) sərfinə olan nisbəti nəzərdə rutulur. Bir qayda olaraq dövriyyə vəsaitlərinin norması sərf günləri ilə ölçülür. Bir sıra material dəyərləri üzrə sərf normaları isə onların ehtiyatının əmtəəlik məhsulun dəyərinə (qablar üzrə), avadanlığın dəyərinə (ehtiyat hissələri üzrə), işçilərin sayına (azqiymətli və tezaşınan predmetlər üzrə) nisbəti ilə ölçülür.
Dövriyyə vəsaitlərinin normativi dedikdə isə müəssiyə lazım olan əmtəə -material dəyərlərinin orta ehtiyatının (orta qalığının) pulla ifadə edilmiş minimum qalığı başa düşülür. Dövriyyə vəsaitlərinin normativi onlarm sutkalıq (günlük) sərfınin hcminin (pula ifadə edilmiş) dövriyyə vəsaitlərinin normalarına hasilinə bərabərdir.
Material dəyərlərinin sərf normalarının və ehtiyatlarının həcminin müəyyən edilməsi müəssisənin dövriyyə vəsaitlərinin formalaşdırılmasında və səmərəli istifadə edilməsində mühüm rol oynayır. Dövriyyə vəsaitlərinin normalaşdırılmasında əsas vəzifə texniki - iqtisadi cəhətdən əsaslandırılmış elə normativlərin müəyyən edilməsindən ibarətdir ki, onlar müəssiyə öz dövriyyə vəsaitlərindən istifadə etməklə, istehsalın ahəngdar həyata keçirilməsinə, məhsulun normal reallaşdırılmasına, tərəfdaşları ilə hesablaşmaların vaxtında həyata keçirilməsinə imkan vermiş olsun.
Təsərrüft fəaliyyəti nəticəsində dövriyyə vəsaitlərinin normativi müəyyən edilərkən əsasən üç metoddan istifadə edilir: birbaşa hesablama metodu, statistik -analitik metod və əmsallar metodu.
Birbşa hesablama metodu müəssisənin xüsusiyyətlərinin daha dolğun nəzərə alınmasına imkan verir. Birbaşa hesablama metodundan istifadə etməklə dövriyyə vəsaitlərinə olan tələbat məhsul vahidi üzrə sərf normativinin həmin məhsulun planda nəzərdə tutulan istehsal həcminə urulması yolu ilə hesablanır. Ancaq məhsulların nomenkaturasının, plan göstəricisinin tez-tez dəyişdiyi hallarda bu metoddan istifadə edilməsi məqsədəuyğun deyildir.
Statistik analitik metod üzrə dövriyyə vəsaitlərinin normativlərinin hesablanması elm və texnikanın son nailiyyətlərinin, istehsalın təşkilinin qabaqcıl metodlarının, nəzərə almmasma uyğun tədqiqat və ekspertiza işlərinin aparılmasına əsaslanır. Hər bir müəssiyə lazım olan dövriyyə vəsaitlərinin miqdarı, normalaşdırılan dövriyyə vəsaitləri üzrə ayrı-ayrılıqda müəyyən edilir və bunun əsasında müəssisəyə lazım olan dövriyyə vəsaitlərinin ümumi həcmi hesablanır. Eyni profıli müxtəlif müəssisələrin dövriyyə vəsaitlərinə olan tələbatının həcmi istehsal şəraitindən, istehsalın həcmindən, maddi-texniki təchizatın və satışm təşkilindən, tətbiq edilən texnologiyadan, istehsal dövrünün müddətindən, material dəyərlərinin və iş qüvvəsinin sərf normalarından, yeni, mütərəqqi, daha ucuz materialların tətbiq edilməsindən (əmtəənin keyfıyyətinə xələl gətirməmək şərti ilə), malların yüklənməsi və göndərilməsi müddətlərindən, sənədləşmənin və sənəd dövriyyəsinin müddətindən və s. asılı olaraq müxtəlif olur. Əmsallar metodunun mahiyyəti ondan ibarətdir ki, dövriyyə vəsaitlərinin normativi müəyyən edilərkən müəssisədə mövcud olan normativlər, istehsalın həcmindən və ya həmin normativlərə təsir edən digər amillərin dəyişməsindən asılı olaraq artırılır və ya azaldılır.
Qeyd etmək lazımdır ki, birbaşa hesablama metodundan əsasən cari planlaşdırmada, digər iki metoddu isə dövriyyə vəsaitlərinin həcminin perspektivdə deyişməsinin hesablanmasında istifadə edilir.
Dövriyyə vəsaitlərinin normalaşdırılmasının əsas prinsipi normativlərin istehsalın texniki-iqtisadi şəraitinə uyğunlaşdırılmasından ibarətdir. Buna görə də müəssisələr səviyyəsində normalar ayrı-ayrı material dəyərləri, onların növləri, markaları, ölçüləri və s. üzrə hesablanır.
Müəssisənin material dəyərlərinin ehtiyatları iki hissəyə bölünür: cari və zəmanətli (sığortalı). Material dəyərlərinin cari ehtiyatları, bir qayda olaraq, onların müəssisəyə gətirildiyi iki növbəti dəfə arasındakı müddətdə müəssisənin normal fəaliyyətinin təmin edilməsinə imkan verən miqdarda müəyyən edilir.
Material dəyərlərinin zəmanətli (sığortah) ehtiyatı bu və ya digər səbəbdən mal - material gətirilməsi ləngidikdə və ya istehsal planı artıqlaması ilə yerinə yetirildikdə istehsalın ahəngdrlığının təmin edilməsi üçün yaradılır. Zəmanətli (sığortah) ehtiyatların miqdarı müəyyən edilərkən ya mal göndərilməsi müddətlərinin pozulmasının orta kəmiyyəti, ya da həmin material dəyərlərinin başqa satıcıdan alınıb gətirilməsinə sərf edilə biləcək vaxt nəzərə alınır. Bir qayda olaraq zəmanətli ehtiyatların həcmi cari ehtiyatların həcminin 50%-dən çox olmur. Eyni zamanda qeyd etmək lazımdır ki, müəssisənin maddi texniki təchizatının anbar formasında təşkil edildiyi hallarda zəmanətli ehtiyatlar yaradılmır.
Zəmanətli və ya sığortalı ehtiyatlar yalnız müəssisəyə gündəlik tələb olunan material dəyərləri üzrə müəyyən edilir, başqa sözlə onlar az bir nomenklaturanı əhatə edir. Həmçinin yaxında yerləşən satıcıdan alınma imkanı olan materiallar üzrə zəmanətli ehtiyatların yaradılmasına da ehtiyac yoxdur.
Dövriyyə vəsaitlərinə olan tələbatın hesablanması üçün material dəyərlərinin pulla ifadə edilmiş ehtiyatlarının miqdarını bilmək lazımdır. Bir qayda olaraq dövriyyə vəsaitlərinə olan tələbat aşağıdakı formula üzrə hesablanır.
(1)
Burada: Dv - dövriyyə vəsaitlərinə olan tələbatın miqdarı, manatla;
M - nəzərdən keçirilən müddətdə material dəyərlərinin sərfi,manatla;
T - nəzərdən keçirilən müddət, günlə;
Heh - nəzərdən keçirilən material dəyəri üzrə ehtiyat normasıdır,
günlə.
Dövriyyə vəsaitlərinə olan tələbatın hesablanması üçün istifadə edilən (1) formulu sənaye sahəsinin xüsusiyyətlərindən, həmçinin dövriyyə vəsaitlərinin növündən asılı olaraq dəyişə bilər.
Neft-kimya müəssisələri üçün dövriyyə vəsaitlərinin əsas hissəsini xammal, yarımfabrikatlar köməkçi materiallar, ehtiyat hissələri, hazır məhsul qalığı təşkil edir ki, bu da ümumiyyətlə emal sənayesi sahələri üçün xarakterikdir.
Xammal və kənardan alman yarımfabrikatlar üzrə normativlər müəyyən edilərkən təchizat şəraiti (şərtləri), nəqliyyatın növü, xammalın emala hazırlanma vaxtı, xammalın keyffıyyətinin yoxlanmasına sərf olunan vaxt, müəssisənin istehsal gücü nəzərə almır. Bu material dəyərləri üzrə ehtiyat normaları 2 -3 gündən 10-15 günədək, bəzən isə 45-60 günədək təşkil edir.
Qeyd edilən amillər nəzərə almmaqla həmçinin köməkçi materiallar üzrə də ehtiyat normaları hesablanır və bu normalar 25-70 gün təşkil edir.
Dövriyyə vəsaitlərinə gündəlik tələbatın həcmi müəyyən edilərkən təmirin ümumi dəyəri əsas götürülür və bu materiallar üzrə ehtiyat normaları, bir qayda olaraq, təmir işlərinin dəyərinin 5%-i miqdarında müəyyən edilir.
Ehtiyat hissələri üzrə normativlər hesablanarkən fəaliyyətdə olan texnoloji, güc və başqa avadanlıqların tərkibi, ayrı-ayrı hissələrin xidmət müddəti, ehtiyat hissələrin hazırlanması və təchizatı qaydaları əsas götürülür. Ehtiyat hissələri üzrə tələbatın həcmi aşağıdakı formula ilə hesablana bilər:
(2)
Burada: E n.t - ehtiyat hissələri üzrə tələbatın həcmi, manatla;
D - bir qurğuda olan eyni adlı detalların sayı, ədədlə;
Q - müəssisədə olan eyniadlı qurğuların sayı;
H - nəzərdən keçirilən detal üzrə ehtiyat norması, günlə;
Əa - eyni növlü bütün qurğularda olan eyni ehtiyat detallarının
sayının azaldılma əmsalı;
T - bir detalın xidmət müddəti, gün;
Qa - bir detalın qiyməti, manatla.
Bəzi hallarda ehtiyat hissələri üçün dövriyə vəsaitlərinin normativi onların istifadəsi üçün nəzərdə tutulan əsas fondların balans dəyərinə nisbətlə müəyyən edilir. Bu zaman ehtiyat hissələrinin normativ əsas fondların balans dəyərinin 4 -4,5%-i miqdarında götürülür.
Bitməmiş istehsal və öz istehsalı olan yarımfabrikatlar üzrə dövriyyə vəsaitlərinin normativləri hesablanarkən istehsal dövrünün müddəti, başqa sözlə, xammalın emala daxil olduğu vaxtdan hazır məhsula çevrilməsinə qədər sərf olunan vaxt nəzərə alınır. Əgər müəssisədə müxtəlif istehsal dövrünə malik çeşidli məhsullar istehsal edilirsə, bu zaman onların istehsalına sərf olunan orta dövr müəyyən edilir.
Adətən neft-kimya müəssisələrində istehsal dövrü çox da uzun olmur və cəmisi bir neçə gün və ya saat çəkir. istehsal dövrü kifayət qədər uzun olan müəssisələrdə isə bitməmiş istehsal uzrə normativlərə müəyyən düzəldici əmsallar əlavə edilir.
Axırıncı halda bitməmiş istehsal üzrə dövriyyə vəsaitlərinin normativi aşağıdakı formula ilə hesablana bilər:
; (3)
Burada: Bis - bitməmiş istehsal üzrə dövriyyə vəsaitlərinin normativi, manatla;
M - planlaşdırılan əmtəəlik məhsulun fabrik-zavod maya dəyəri,
manatla;
t - istehsal dövrünün uzunluğu, günlə;
Ə - xərclərin artma əmsalı;
T - planlaşdırılan müddətdir, günlə.
Xərclərin artma əmsalı bitməmiş istehsal və öz istehsalı olan yarımfabrikatların orta maya dəyərinin əmtəəlik məhsulun fabrik - zavod maya dəyərinə nisbəti ilə ölçülür.
Neft-kimya müəssisələrində öz istehsalı olan yarımfabrikatlar üzrə normalar müəssisənin bütün həcmlərində (çənlərində) olan minimum qalıqların müəyyən edilməsi vasitəsilə hesablanır. İstehsal dövrünün qısa müddətli olduğu nəzərə alınmaqla öz istehsalı olan yarımfabrikatlar üzrə ehtiyat normaları, adətən, 2-3 günlük nəzərdə tutulur.
Neft-kimya müəssisəsinin hazır məhsul üzrə dövriyyə vəsaitləri normativinin tərkibinə hazır məhsulların, digər müəssisələrə satılan yarımfabrikatların, katalizatorların minimum həcminin dəyəri daxil edilir.
Neft-kimya müəssisələrinin məhsullarımn bir hissəsi alıcılara xüsusi qablarda (taralarda) göndərildiyindən onlar üçün də normativ hesablamaq lazımdır. Qaytarılmayan qablar üzrə dövriyyə vəsaitlərinin normativi qablar üzrə ehtiyatların 30-45 günlük dəyərinə bərabər götürülür. Qaytarılan qablar üzrə normativlər nisbətən aşağıdır və onların qaytarılma, eləcə də dövretmə müddətinə görə hesablanır.
Nəzərdən keçirilənlərdən əlavə müəssisəyə gələcək dövrün xərclərinin ödənilməsi üçün maliyyə ehtiyatları da lazım olur. Bu cür xərclərə yeni istehsalın mənimsənilməsi, yeni qurğuların işə salınması, bahalı katalizatorların dəyişdirilməsi və s. üzrə xərclər aid edilir. Bu xərclər birdəfəlik xarakter daşıyır və məhsulun maya dəyərinə bərabər şəkildə daxil edilmək (silinmək) üçün xüsusi hesablarda toplanmalıdır. Buna görə də gələck dövrün xərcləri üzrə dövriyyə vəsaitlərinin normativi onların xərci üzrə xüsusi smetanın tərtib edilməsinə əsaslanır ki, bunun vasitəsilə də hələlik silinməmiş (hazır məhsulun maya dəyərinə daxil edilməmiş) xərclərin məbləği hesablanır.
Hansı dövriyyə vəsaiti üzrə hesablanmasından asılı olmayaraq normativlərin dəqiqlik (konkretlik) dərəcəsi onların tətbiq edildiyi dairədən asılıdır: sənayenin daha kiçik halqaları üzrə normativlər daha dəqiq müəyyən edilir.
Ən yüksək dəqiqlik sexlərdə normativlər hesablanarkən nəzərdə tutulur. müəssisələr, sənaye sahələri üzrə nisbətən iri normativlər müəyyən edilir.
Dostları ilə paylaş: |