Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


Mövzu 7. Menecmentin nəzəri və praktiki inkişaf mərhələləri



Yüklə 0,95 Mb.
səhifə47/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   43   44   45   46   47   48   49   50   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

Mövzu 7. Menecmentin nəzəri və praktiki inkişaf mərhələləri.
7.1. İdarəetmə elminin inkişaf mərhələləri.
7.2. Menecmentin təkamülü prosesində əsas məktəblər.


7.1. İdarəetmə elminin inkişaf mərhələləri.

Hər bir elmin inkişafı arasıkəsilməz prosesdir. Bu proses zamanı elmin inkişafının indiki və gələcək səviyyəsi onun tarixi ilə qırılmaz surətdə bağlı olurlar. Hər bir elmin, o cümlədən idarəetmə elminin inkişafı yalnız onun keçmişinin nəzəri cəhətdən ümumiləşdirilməsi əsasında mümkündür.


Hər bir elm özünün inkişafında aşağıdakı üç mərhələdən keçir:
I mərhələdə təcrübə nəzəriyyəni üstələyir. Bu mərhələdə problemlərin həllinin metod və üsulları ön planda olurlar. Onlar sonradan ümumiləşdirilir və bu əsasda nəzəri nəticələr çıxarılır;
II mərhələdə nəzəriyyə və təcrübənin inkişafı demək olar ki, paralel baş verir. Bəzi obyektiv və subyektiv səbəblər üzündən bunların biri o birini üstələyə bilər;
III mərhələdə nəzəriyyə təcrübəni üstələyir. Nəzəriyyə təcrübənin inkişafının perspektiv istiqamətlərini və məqsədə çatmağın yol və metodlarını göstərir.


7.2. Menecmentin təkamülü prosesində əsas məktəblər.

İdarəetmə elmi öz inkişafında aşağıdakı təkamül mərhələlərini keçmişdir:


1. Elmi idarəetmə məktəbi (1885-1920).
2. Klassik və ya inzibati idarəetmə məktəbi (1920-1950).
3. İnsani münasibətlər məktəbi (1930-1950).
4. Müasir idarəetmə (kəmiyyət) məktəbi (1950-ci ildən müasir dövrə qədər).
Elmi idarəetmə məktəbinin yaradıcıları və tərəfdarları F.Teylor və onun ardıcılları hesab olunur. Onlar, insanın fiziki əməyinin yüngülləşdirilməsinin mümkün və vacib olduğunu sübut etməyə çalışmışlar. Bu məktəbin yaradıcıları və tərəfdarları elmi yolla sübut edirdilər ki, hər bir işçi insan bir sutkada gördüyü işi 8 saat ərzində normal yerinə yetirə bilər. Normaların müəyyən edilməsi bu məktəblə əlaqədardır.
Bu məktəb menecmentin bir elm sahəsi olduğunu, fiziki əməklə idarəetmə əməyinin ayrılmasının vacibliyini sübut etmişdir.
Elmi idarəetmə məktəbi əllə görülən işlərin icrasını yüngülləşdirmək üçün müxtəlif üsullar tapılmasına, işin tələbinə görə adamların seçilməsinə, işçilərin xammal və avadanlıqlarla vaxtında təmin edilməsinə, onların maraqlarını artırmaq üçün maddi həvəsləndirmədən istifadə olunmasına rəvac verdi və planlaşdırmanı, idarəçiliyi texnoloji proseslərdən ayırdı. Bu məktəb: əl əməyinin yüngülləşdirilməsi; qısa fasilələr verilməsi; iş və vaxt normaları qoyulması; artıq iş üçün mükafat verilməsi; idarəetmə əməyinin fiziki əməkdən ayrılması proseslərini bərqərar etdi.
Klassik idarəetmə məktəbi ona görə belə adlandırılır ki, bu məktəb tarix boyu yaranan bütün idarəetmə prinsiplərini, funksiyalarını, metodlarını sistemləşdirib nizamlamış və menecmentdə tətbiq etməyə başlamışdır.
Klassik idarəetmə məktəbinin cəmiyyət üçün həyata keçirdiyi başlıca yenilik, əvvəllər tətbiq olunan idarəetmə təcrübəsi əsasında yeni elmi yanaşmalar və çalarlar gətirməsidir. Bu məktəb, idarəetmə prinsiplərini, funksiyalarını, metodlarını və üslublarını müəyyən etməklə yanaşı, onların təcrübi olaraq həyata keçirilməsi (icrası) mexanizmini də hazırlamışdır. Bu məktəbin yaradıcılarına və ardıcıllarına görə qanun-məcburi olan zərurətdir və onu dəyişmək olmaz; qanunauyğunluq-müəyyən, eyni hadisələrin labüd təkrarıdır; prinsip-elə qanunauyğunluqdur ki, o qanun həddinə çatmağa layiqdir, amma qanun deyildir və əgər lazım olarsa onda müxtəlif dəyişikliklər etmək mümkündür. Məsələn, əmək bölgüsü prinsipi idarəetmə üçün vacib şərtdir və əmək bölgüsü olmadan idarəetmə qeyri-mümkündür. Lakin əmək bölgüsü sahənin və işin xüsusiyyətindən asılı olaraq dəyişir və bu dəyişiklik peşə və ixtisaslara görə özünü fərqləndirir.
Klassik idarəetmə məktəbinin müəyyən etdiyi menecmentin funksiyalarını aşağıdakı kimi təsnifləşdirmək olar: planlaşdırma, təşkiletmə, motivləşdirmə, nəzarət, marketinq.
Klassik idarəetmə məktəbi idarəetmə üsullarını (metodlarını) aşağıdakı kimi təsnifləşdirir:

  • İqtisadi üsul - işçilərin marağını ödəmək yolu ilə onların işə cəlb edilməsi. Bunun üçün iqtisadi təsir və tədbirlər tətbiq edilir. Əsasən maddi maraq prinsipinə əsaslanır;

  • İnzibati üsul - iqtisadi üsuldan fərqli olaraq burada məcburiyyət vardır. Hər bir işçi müəyyən qanunlara, əmrlərə tabe olmalı, plana, norma və normativlərə əməl etməlidir;

  • Sosial-psixoloji üsul-iqtisadi və inzibati üsullardan fərqli olaraq, bu üsulda hər bir fərdin, qrup və kollektivin sosial və psixoloji durumunu nəzərə almaqla, onların tələbatının ödənilməsi nəzərdə tutulur;

  • İdeoloji üsul-firmanın müsbət imicinin yaradılması və qorunması ideologiyası bütün işçilər tərəfindən qəbul edilir.

  • Klassik idarəetmə məktəbi aşağıdakı idarəetmə üslublarını bir-birindən fərqləndirir: avtokrat; liberal; demokrat.

  • Avtokrat üslub-inzibati idarəetmə tətbiq olunan mövqedir. Qanunçuluğa, məcburiyyətə və vahid liderə üstünlük verilir. Mənfi tərəfi odur ki, bu üslubda lider, digər işçilərin bütün hüquqlarını poza bilir;

  • Liberal üslub-bütün hüquqlar rəhbər tərəfindən xətti rəhbərliyə və işçilərə verilir. Rəhbər işin son nəticəsinə diqqət yetirir. Bu halda heç bir fərdin hüququ pozulmur. Mənfi cəhəti odur ki, nəticədə anarxiya yarana bilər;

  • Demokrat üslub - avtokrat və liberal üslublar arasında elə mövqedir ki, hər iki üslubun mənfi cəhətlərini atıb, müsbətlərini saxlayır.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin