Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu



Yüklə 0,95 Mb.
səhifə55/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   51   52   53   54   55   56   57   58   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

9.2. Menecmentin prinsipləri.

Prinsip – latın sözü olub “başlanğıc” və ya “əsas” deməkdir. İdarəetmə prinsipi dedikdə elə başlıca əsaslar nəzərdə tutulur ki, idarə orqanları və insanlar onları rəhbər tutaraq, idarəetmə fəaliyyətini həyata keçirir.


İstehsalın idarə edilməsinin prinsiplərinin tərkibini müəyyən edərkən, aşağıdakı tələbləri rəhbər tutmaq lazımdır: prinsiplər istehsalın idarə edilməsinin məqsədinə uyğun olsun; idarəetmənin əsas xüsusiyyətlərini, əlaqə və münasibətlərini əks etdirsin; idarəetmə prosesinin ərazi və vaxt aspektlərini nəzərə alsın; müxtəlif normativ sənədlərlə (Konstitusiya, müəssisələr, birliklər haqqında qanuna təsbit edilsin. Həmin tələblərə görə “Prinsip” anlayışı öz mahiyyətinə və məzmununa görə qanun səviyyəsindən olan bir prosesi əhatə edir. O əslində cəmiyyətin sosial inkişaf prosesini və istehsal münasibətlərini ifadə edir. Belə ki, idarəetmə prinsipləri yalnız idarəetmə sahəsinə aid deyil, o habelə cəmiyyətin prinsipidir. İdarəetmənin prinsipləri, idarəetmənin təşkili, metodları və funksiyaları sistemində aparıcı mövqeyə malikdir. Bu baxımdan idarəetmə prinsipi ilkin, çıxış, rəhbəredici mövqe tutur.
İdarəetmənin aşağıdakı prinsipləri mövcuddur: sosial və təsərrüfat rəhbərliyinin vəhdətliyi, sahə və ərazi, idarəetmənin əlaqələndirilməsi; sahibkarlıq və rəqabət, idarəetmə metodları və formalarının daim təkmilləşdirilməsi, elmlik, demokratik qaydada rəhbərlik, əməyin maddi və mənəvi həvəsləndirilməsi, kadrların düzgün seçilməsi və yerləşdirilməsi, qənaətçilik və səmərəlilik və o, həmin prinsiplərdən mövcud ədəbiyyatlarda az şərh edilən bir neçəsinin məzmunu ilə tanış olaq.

  1. Sosial-iqtisadi rəhbərliyin vəhdətliyi prinsipi. Bu prinsip təsərrüfat məsələlərinin həllində dövlətin qərar və sənədlərinin, rəhbəredici sənəd kimi əsas götürülməsini nəzərdə tutur.

  2. Sahə və ərazi üzrə idarəetmənin əlaqələndirilməsi prinsipi. Bu prinsip sahə idarəetmə sistemini əmələ gətirir ki, onun da əsas məzmunu aşağıdakılardan ibarətdir: sahə ixtisaslaşmasının formalaşması; sahə səlahiyyətli dövlət orqanlarının yaradılması; sahəyə daxil olan müəssisələrin şaquli tabeçiliyi; vahid sahə mərkəzindən ümumi xarakterli məsələlərin bir prizmadan həlli üçün şəraitin yaradılması; sahə miqyasında iqtisadiyyata rəhbərlik. İdarəetmənin sahə prinsipi iqtisadiyyatın vahid xalq təsərrüfatı inteqrasiya və kompleks səciyyəli olmasından irəli gəlir. Lakin bu forma xalq təsərrüfatının idarə edilməsinin yeganə forması deyildir. Bununla yanaşı ərazi idarəetmə sistemi də zəruridir. Ərazi idarəetmə - ərazi – istehsal komplekslərin zona və iqtisadi rayonun formalaşması, mövcudluğu ilə əlaqədardır, lakin o xalq təsərrüfatı kompleksindən təcrid edilmiş halda deyil, onun üzvü tərkib hissəsi kimi idarə edilməlidir.


  3. Yüklə 0,95 Mb.

    Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin