Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


Demokratik qaydalı rəhbərlik prinsipi



Yüklə 0,95 Mb.
səhifə56/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   52   53   54   55   56   57   58   59   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

Demokratik qaydalı rəhbərlik prinsipi. Bu prinsipin əsasını xalq təsərrüfatının idarə edilməsinin rəhbərliyi ilə geniş, demokratik əsaslarla əlaqələndirilməsi təşkil edir. Burada bir tərəfdən idarəetmədə mərkəziyyətin, digər tərəfdən isə sahibkarlıq təşəbbüslərinin nəzərə alınması tələb olunur. Demokratik mərkəziyyətə bürokratik mərkəziyyət kimi yox, ona daha geniş baxımdan: millətlərin federasiyası; təsərrüfat sahələrinin idarə edilməsi; milli fərqlərin və yerli təşəbbüslərin nəzərə alınması və iqtisadi inkişafın yenidən təşkil etmə imkanı kimi yanaşmaq lazımdır. Bu prinsip idarəetmə demokratizminin müxtəlif formaları ilə həyata keçirilir ki, onlara da: seçkili dövlət orqanlarında iştirak edib müzakirə edilən dövlət əhəmiyyətli məsələnin həllində iştirak etmək və yaxud işlədiyi müəssisənin ictimai təşkilatlarında iştirak etmək daxildir. Bununla yanaşı bu prinsipə: qərar və qanunların müzakirəsində adamların iştirakı, həmin qərarların icrasına nəzarət qoyulması, onların yerinə yetirilməsində zəhmətkeşlərin bilavasitə iştirakı və i. aiddir.

  • Elmilik prinsipi. Bu prinsip bir tərəfdən idarəetmə prosesində idarəetmə elminin nəzəri əsaslarından istifadə olunmasını, digər tərəfdən isə idarəetmə sisteminin daima təkmilləşdirilməsini nəzərdə tutur. Elmi bilikləri, elmi fənlərin qanunlarını dərk etmək və dərindən yiyələnmək idarəetməyə elmi cəhətdən yanaşmağın əsasını təşkil edir. Elmilik prinsipi idarəetmə haqqındakı müddəaların sistemi halında tədqiq edilməsini də nəzərdə tutur.

  • İdarəetmənin səmərəliliyi və qənaətçiliyi prinsipi. Bu prinsip istehsalatda bütün itkiləri və məsrəfləri azaldan, səmərəliliyi və rentabelliyi yüksəldən, dövlət yığımının artmasına şərait yaradan idarə sisteminin səmərəli formasının həyata keçirilməsini bildirir.

  • İşçilərin maddi maraq və mənəvi həvəsləndirilməsi prinsipi. Bu prinsip işçilərin istehsal fəaliyyətinin yaxşılaşdırılmasına yönəldilməklə, onların ixtisaslarına, istehsal etdikləri məhsulların kəmiyyət və keyfiyyətinə, əməyin gərginliyinə uyğun düzgün əmək haqqı almalarına, iqtisadi həvəsləndirmə fondlarından geniş istifadə olunmasına yönəldilmişdir. Təsərrüfat hesabı sistem və maddi marağın formaları maddi maraq prinsipini möhkəmləndirmək, əmək üçün mənəvi həvəsləndirmənin inkişaf etməsinə şərait yaradır.


  • Yüklə 0,95 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   52   53   54   55   56   57   58   59   ...   86




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin