Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


Nəzarət və icranın yoxlanması prinsipi



Yüklə 0,95 Mb.
səhifə57/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   53   54   55   56   57   58   59   60   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

Nəzarət və icranın yoxlanması prinsipi. Bu prinsiplə idarəetmə prosesində yaxşı təşkil edilmiş nəzarət nəzərdə tutulur. O, idarə edən sistemin daha işgüzar və operativ olmasına şərait yaratmaqla, icraçıların cavabdehliyini artırmaqla bərabər həm də intizamın möhkəmlənməsinin rəhnidir.

  • Kadrların seçilməsi, səmərəli yerləşdirilməsi və onlardan istifadə prinsipi. Bu prinsip hər bir işçinin öz iş sahəsində ona verilən tapşırığın səmərə əldə etməklə yerinə yetirilməsini təmin edir. Təşkilati işdə başlıca cəhət adamları seçməyi və düzgün yerləşdirməyi bacarmaqdan, onların işinə həqiqi nəzarət etməkdən ibarətdir. Hər hansı bir sahədə işin müvəffəqiyyəti, həlledici surətdə rəhbər təsərrüfat kadrlarının seçilməsindən və yerləşdirilməsindən asılıdır. Bu zaman həmin işçinin təhsili, iş təcrübəsi, bacarığı nəzərə alınmalıdır.

    Bu prinsip baxımından menecer qrupunun formalaşmasını nəzərdən keçirək. Belə ki, müəssisədə bazar münasibətlərinin tələblərinə uyğun yeni, perspektiv xarakterli məsələlərin həlli üçün xüsusi işçi qrupu yaradılmalıdır. Bununla əlaqədar məqsədli menecer qrupuna namizədlərin seçilməsi sahəsində tətbiq edilən metodlar həmin işin səmərəliliyini artırır. Biznes sahəsindəki müvəffəqiyyət menecerlər qrupunun sahmana salınmış işindən asılıdır.
    Menecer qrupunun formalaşması firmanın (korporasiyanın) əsas məqsədinin hərtərəfli məqsədinin təhlilindən başlanmalıdır. Bu məqsədlə:

    1. Firmanın bazar münasibətlərindəki rolu və qabarıq görünən məqsədi müəyyən edilməlidir. Yazılı sürətdə tərtib edilən, formalaşan əsas məqsəd, firmanın gələcək inkişafını açıqlayacaq iş planının özəyi olmasıdır. Həmin plan özündə aşağındakı informasiyaları cəmləşdirməlidir: əsas məhsulların (xidmət növlərinin) xarakterin; bazarın mühüm seqmentini; istehsalın biznes texnologiyasını və daşınmasını və s.

    2. Firmanın strateji məsələlərinin təhlili. Bu istiqamət menecer işinin mahiyyətindən irəli gəlir və onlar vaxt amilləri ilə dəqiq müəyyən edilən kəmiyyət göstəriciləri şəkildə dəqiqləşdirilib formalaşmalıdır ki, firmanın strategiyasını işləyib hazırlamaq mümkün olsun. Strateji planın köməyi ilə görüləcək işlərin həcmi müəyyənləşdikdən sonra idarəetmə işçilərinin içərisindən menecer qrupunu formalaşdırmaq üçün mütəxəssislər seçmək lazımdır.

    Əgər firmanın strateji planı mal satışı işini genişləndirməyə yönəldilirsə, onda menecer qrupunu formalaşdırarkən marketinq üzrə mütəxəssisi işə cəlb etmək lazımdır. Əgər firmanın strategiyası innovasiya siyasətinin genişlənməsinə yönəldilmişsə onda menecer qrupuna elmi-tədqiqat və konstruktor-texnoloji işlər üzrə ekspertlər daxil edilməlidir. Bütün yuxarıda göstərilən hallarda menecer qrupuna namizədləri ilk növbəti firmanın idarə işçilərinin içərisində, ikinci mərhələdə - namizədlər firmanın digər idarəetmə orqanları işçilərinin içərisindən, üçüncü mərhələdə isə - firmadan kənarda axtarmaq lazımdır. Əgər həmin mərhələlərdə məqsədə nail olmadıqda şəxsi əlaqələrdən, həmkar mütəxəssislərin təklifindən istifadə etmək məsləhətdir. Son mərhələdə isə namizədləri mətbuatda veriləcək elanların köməyi ilə çox ehtiyatla seçib yerləşdirmək olar. Bütün hallarda menecer qrupuna namizədlər seçilərkən onlar müvafiq attestasiyadan və yaxud test sorğusundan keçirilməli, onların xarici firmalarındakı iş təcrübəsi, xarici dillərin (əsasən ingilis dilində) birini mükəmməl bilməsi nəzərə alınmalıdır.


    Yüklə 0,95 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   53   54   55   56   57   58   59   60   ...   86




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin