Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu



Yüklə 0,95 Mb.
səhifə65/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   61   62   63   64   65   66   67   68   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

Xətti idarə quruluşu. Bu quruluş iki təşkilati elementi özündə cəmləşdirir; onlardan biri istehsalatla məşğuldur, digəri isə məhsulun satışı ilə (Şəkil 10.1)

(Şəkil 10.1) Xətti idarə quruluşu
Belə təşkilati idarə quruluşu texnoloji prosesi mürəkkəb olmayan bir tipli istehsalatlarda tətbiq edilir.
Xətti – qərargahlı quruluş – hər bir xətti rəhbərliyin yanında ixtisaslaşdırılmış xidmətlərin yaradılmasına əsaslanır. Onların məqsədi qərar qəbul etmək üçün rəhbərliyə lazımi köməklik göstərməkdən ibarətdir (Şəkil 10.2).

ŞTAB

(Şəkil 10.2). Xətti – qərargahlı quruluş.
Belə idarə quruluşunun üstün cəhəti – xətti rəhbərlərin cari işlərinin həyata keçirilməsinə diqqəti artırmaq imkanıdır.
Funksional idarə quruluşu - texnoloji prosesi mürəkkəb olan iri müəssisələrdə tətbiq edilir. Burada istehsalat məsələləri şöbələrin yüksək ixtisaslı işçiləri tərəfindən idarə edilir. Perspektiv məsələlər isə idarə edən orqanda həll edilir (Şəkil 10.3.)
Ərazi xarakterli idarə quruluşu – burada idarəçilik funksional əlamətlərinə görə, məhsullar və bazarlar üzrə, eləcə də alıcılara xidmət edilməsi qrupları üzrə təşkil edilir. Hər bir təşkilati “məhsul-bazar” vahidi bölmə adlanaraq – özünün istehsalat, satış planlaşdırma, elmi-tədqiqat şöbələrinə malikdirlər. Baş idarə, adətən – maliyyələşdirmə, kadr, hüquqi xidmət və s. ümumi xarakterli məsələlərlə məşğul olur. İdarə orqanların qeyri-mərkəzləşdirilməsi bölmələr çərçivəsində satış məsələlərinin həllində yüksək çevikliyi təmin etməyə imkan verir.
Matrisa idarə quruluşu – adətən elmi-istehsalat birliklərində və yaxud istehsal dövrü az olan, tez-tez dəyişən, məhsul buraxan müəssisələrdə tətbiq edilir. Burada bütün yenilikləri qısa müddətdə tətbiq etmək mümkündür ki, o da həmin idarə quruluşunun üstün cəhətini göstərir.
Yenilik axtarmağa yönəldilən idarə quruluşu – belə idarə quruluşu təşkilat formasının yeni sxemidir. Belə təşkilatın başlıca prinsipi ondan ibarətdir ki, cari istehsal və satışla məşğul olan gəlirli bölmələr bir qrupa birləşərək fəaliyyətlərini davam etdirir, yeni növ məhsul və texnologiya işləri axtaran bölmələr digər qrupda cəmləşərək perspektiv xarakterli işləri həyata keçirirlər.



Rəhbərlik

İstehsal sexləri, sahələri

Şəkil 10.3. Funksional idarə quruluşu


Axtarış qrupunun nəzdində təcrübə-sınaq istehsalatı yaradılır və hazır məhsul bazarda sınaqdan keçirilir və sonra kütləvi istehsal etmək üçün cari işləri yerinə yetirən qrupa verilir.
Belə idarə quruluşunun üstün cəhəti – yeni məhsul istehsalında və satışında istehsalatın manevr etmə qabiliyyətinin, strategiyanın çevikliyinin, cari quruluş istehsal həcminin artması və bütünlüklə səmərəliliyinin qısa müddətdə yüksəlməsinə nail olmaqdır.
İri firmaların nəzdində yaradılan kiçik tətbiq meylli müəssisələrə bir və ya bir neçə məmulatın işlənib hazırlanması, istehsalı və satışı səlahiyyəti verilir.
Belə kiçik müəssisələrin tərkibində rəhbər işçilər və icraçılar, yenilikçilər və ixtiraçılar, elmi-tədqiqat və konstruktor layihə işləri yerinə yetirənlər fəaliyyət göstərərək, istehsal prosesinin bütün mərhələ və pillələrində cavabdehlik daşıyırlar.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin