Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu



Yüklə 0,95 Mb.
səhifə73/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   69   70   71   72   73   74   75   76   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

Vergiqoyma prinsipləri. Müasir şəraitdə vergiqoymanın aşağıdakı prinsiplərini fərqləndirirlər:

  1. Vergi dərəcələri vergi ödəyənlərin imkanlarını (kənar səviyyələrini) nəzərə almalıdır;

  2. Bütün imkanların elə istifadə edilməlidir ki, gəlirdən vergi tutulması bir dəfə aparılsın;

  3. Vergilərin mütləq ödənişinin təmin edilməsi;

  4. Vergi ödənişi prosesi və sistemi elə sadə olmalıdır ki, vergi ödəyən və vergiyığan təşkilata artıq xərc çəkməyə imkan verməsin;

  5. Vergi sistemi məcmun ümumi məhsulun yenidən bölüşdürülməsinə şərait yaratmalı və dövlətin iqtisadi siyasətinin səmərəli alətinə çevrilsin.

Vergi dərəcələri və onların növləri. Vergi dərəcələri – fiziki və hüquqi şəxslər tərəfindən hökmən ödənilən vergi məbləğinin bir hissədir. Vergilərin minimum, maksimum və orta dərəcələrini fərqləndirirlər. Məsələn: ABŞ fiziki şəxslərdən gəlir vergisi mütərəqqidir: a) illik gəliri 21-50 dollar (minimum vergi dərəcəsidir) olan şəxslər onun 15% ödəyirlər; b) 21450-dən 51900 dollar illik gəlirin dərəcəsi 3217,5 dollar + 21450 dolların 28 %; v) illik gəliri 51900 dollardan yuxarı olan şəxslərin gəlir vergisi 11743,5 dollar və 51900 dollardan yuxarı olan + 31% ödəyirlər.
Azərbaycan Respublikasında da fiziki şəxslərin vergisi mütərəqqidir və aşağıdakı şəkildə xarakterizə edilir (Cədvəl 11.4)
.
Cədvəl 11.4
Fiziki şəxslərin illik məcmu gəlirindən vergi dərəcələri

Vergi tutulan illik gəlir

Verginin məbləği

1188000 manatadək

Gəlirin 12 faizi

1188001 – 2376000 manatadək

1-3560 manat + 118000 man. cox olan məbləğin 15 faizi

2376001 – 3960000 manatadək

320760 manat + 237000 man. cox olan məbləğin 20 faizi

3960001 – 6930000 manatadək

637560 manat + 3960000 man. cox olan məbləğin 30 faizi

6930001 – 9900000 manatadək

1528560 manat + 6930000 man. cox olan məbləğin 40 faizi

9900000 – manatdan cox olduqda

2716560 manat + 9900000 man. cox olan məbləğin 55 faizi

Vergilərin funksiyaları. Vergilər aşağıdakı üç mühüm funksiyanı yerinə yetirir:


1. Fiksal funksiyası – dövlət büdcəsinin məxaric hissəsinin maliyyələşməsini təmin etmək;
2. Sosial funksiyası – ayrı-ayrı sosial qrup əhalinin gəlirləri üzrə ödəmələri tənzimləmək;
3. Tənzimləyici funksiya – iqtisadiyyatın dövlət tənzimi.
Bütün dünyada vergilər ilk növbədə özünün fiksal funksiyasını icra edir.
Verginin tənzimləyici funksiyası özündə aşağıdakıları əks etdirir: vergiqoyma sisteminin təşkili və dəyişdirilməsi; vergi dərəcələrinin müəyyən edilməsi və onların diferensiallaşdırılması; vergi üzrə güzəştlərin müəyyən edilməsi.
İkiqat vergiqoyma. Dünyanın bir sıra ölkələrində adətən vergiləri, onların öz ərazilərində qazanılan gəlirlərə şamil edilir. Lakin ABŞ, Kanada, Böyük Britaniya, Yaponiya və s. ölkələrdə vergilər həmin ölkələrin fiziki və hüquqi şəxslərinin xarici ölkələrdə qazandığı gəlirə görə də müəyyən edilir. Nəticədə ikiqat vergi ödəmə prosesi baş verir. Rusiya funksiyasında, Rusiyanın fiziki və hüquqi şəxslərinin xarici fəaliyyətlərindən əldə etdikləri gəlirdən vergi tutulur. Bu təcrübə Azərbaycan Respublikasında da istifadə edilir.
Dünya təcrübəsi göstərir ki, vergi sisteminin təkmilləşdirilməsi həm çoxpilləli, həm də çoxsaylı vergi növü nəticə etibarı ilə özünün mənfi xüsusiyyətləri ilə fərqlənirlər. Vergilərin vahid diferensial formasının ümumi gəlirdən hesablanması bu sistemin işinin səmərəliliyini artırmış olardı.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin