ç) Qiymət və qiymətin əmələgəlmə mexanizmi.
Qiymət-məhsul vahidi dəyərinin pulla ifadəsidir, dəyərin əmtəə-pul münasibətlərinin təzahür formasıdır. Qiymət mürəkkəb iqtisadi kateqoriyadır. O, eyni istehsal fəaliyyəti şəraitində mənfəəti müəyyən edir, tələb və təklif mexanizmini ifadə edir və bütünlükdə sosial-iqtisadi münasibətləri özündə əks etdirir. Menecmentin marketinq funksiyasını məzmununu araşdırarkən məhsulların satışı və hərəkəti ilə əlaqədar qiymət və onun əmələgəlmə mexanizminin həmin funksiyanın tələbi baxımından bəzi məqamlarını nəzərdən keçirək. Odur ki, burada qiymət və onun əmələ gəlməsinin ümumi müddəaları (funksiyaları, növləri, xərc elementlərinin təsnifatı ilkin qiymətin müəyyən edilmə metodu və s.) şərh edilmişdir.
Bazar münasibətləri şəraitində qiymətin aşağıdakı funksiyaları mövcuddur:
a) mübadilənin ekvivalentliyi və ölçülmə funksiyası; b) tənzimləmə-uçot funksiyası; v) xalis gəlirin yenidən bölüşdürülməsi funksiyası; q) tələb və təklifin nəzərə alınması funksiyası; d)istehsalın, ETT stimullaşdırılması funksiyası.
Qiymətin aşağıdakı növlərini fərqləndirirlər. Xarici firmalarla müvafiq, qarşılıqlı hesabat apararkən adətən qiymətin iki növündən: elan edilən və hesablanmış - istifadə edilir.
Elan edilmiş qiymətlərə dəqiq müəyyən edilmiş qiymətlər aiddir. Onlara: pereyskurant, arayış xarakterli, birja qiymətləri, firmanın dünya bazarında müəyyən etdiyi qiymət. Bu qiymətlər adətən dünya qiymətlərinin səviyyəsini əks etdirir.
Hesablanmış qiymət-fərdi üsulla hazırlanan, sifarişlərə mürəkkəb sənaye avadanlıqlar üçün istehsalçı (tədarükçü) tərəfindən qoyulmuş qiymətdir.
Bazar münasibətlərinə keçid dövründə qiymətin pərakəndə, topdansatış, müvəqqəti, monopol və s. növləri də təcrübədə istifadə edilir.
Yuxarıda göstərilən qiymət növlərinin ən çox yazılmış növü pereyskurant qiymətidir ki, o standartlaşdırılmış son məhsula qoyulur. Belə qiymətlərdən adətən bir məhsul növü üzrə ixtisaslaşan firmalar (avtomobil, televizor, radiolar və s.) kütləvi məhsul istehsalı zamanı istifadə edirlər. Əgər iri kompaniyaların xarici istehsalat filialları öz markası adı altında məhsulların istehsal edib satırlarsa, onda həmin məhsula yerləşdikləri ölkənin bazarındakı qiymətləri və filialın istehsal xərclərini nəzərə alıb özləri qiymət qoyurlar. Göstərilən markalı məhsulu filial lisenziya ilə başqa firmaya satdıqda, sonuncu həmin məhsula yeni pereyskurant hesablayıb satışını təşkil edir.
Arayış xarakterli qiymət iri kompaniyaların apardıqları siyasətin nəticəsində, dünya bazarın səviyyəsində eyni adlı məhsula qoyulmuş, nisbətən sabit qiymətdir. Həmin qiymət əmtəə sayılan sənaye xammalı üçün qoyularkən (kimya, neft-kimya və s. sahələrdə) bazis qiyməti kimi çıxış edir.
Kimya sənayesində, geniş məhsul buraxıldığından, hər hansı son məhsula qiymət, adətən bazar siyasətinə uyğun iri firmalarla açıq və gizli səsvermə yolu ilə razılaşdıraraq müəyyən edilir və yaxud elan edilmiş qiymət əsas götürülür.
Qiymət üzrə qlobal siyasət işləyib hazırlayarkən beynəlxalq neft kompaniyaları digər ölkələrin hökumətlərinin həmin sahədə apardıqları qiymət siyasətini (milli standartların tələbini, yüksək ixrac vergisini) nəzərə alırlar. Ona görə həmin kompaniyalar son ixrac məhsuluna alış səmtini o bazarlara yönəldirlər ki, orada yüksək mənfəət əldə etmək üçün daha əlverişli şərait olsun.
Qiymətqoymada bir sıra metodlardan istifadə edilir. Onlara: xərclər metodu (maya dəyəri nəzərə alınmaqla); aqreqat metodu (məhsul komplektləşdirən ünsürlərin pereyskurant qiymətinin məbləği kimi); (bal metodu ekspert qaydası ilə müəyyən etməklə); texniki-iqtisadi parametrlər metodu (riyazi-statistik metodu tətbiq etməklə) və normativ metod aiddir.
Planlaşdırma aləti kimi transfer qiyməti. Korporasiya daxili təsərrüfat əlaqələrini, istehsalın ixtisaslaşması və kooperativləşməsi, vahid texnoloji proses çərçivəsində qəyyum kompaniyaların xammal, material təchizatını təmin etməkdə və s istifadə edilir.
Nəzarət aləti kimi transfer * qiyməti-istehsal prosesinin bütün mərhələlərində xərclərin azaldılması, mənfəət üzrə yüksək nəticə əldə etməyə yönəldilir. Transfer qiyməti, kommersiya hesabında olan qiymət kimi korporasiyaların ali səviyyəsində vahid iqtisadi siyasət həddində müəyyən edilir. Lakin, yerinə yetirilən məsələlər səciyyəvi xarakter daşıyır. Onlara:
- filialların təşkilat strukturu, idarəetmədəki qeyri mərkəzləşmə səviyyəsi, ümumi iqtisadi siyasət nəzərə alınmaqla mənfəətin bölüşdürülməsi və yenidən bölüşdürülməsi;
- qəyyum kompaniyaların yerləşdiyi ölkənin qadağanları səbəbindən mənfəətin mərkəzi ofisə köçürülməsi;
- kollektiv müqavilənin dəyişdirilməsi və əmək haqqının artırılmasının məbləğini əvvəlcədən təmin etmək üçün filiallarda yuxarı təşkilata ödəniləcək mənfəətin faizini azaldılması;
- qlobal miqyasda ödənilən gəlir vergisinin məbləğinin azaldılması;
- yeni və çətin mənimsənilən bazarda mövqe qazanmaq;
- qiymət hesablayarkən ofisin ali idarəetmə orqanı tərəfindən müəyyən edilmiş siyasət rəhbər tutulur.
İlkin qiymətlərin hesablanma metodikası şəkil 11.1-də göstərilmişdir:
Qiymətqoyma işinə hazırlıq
Tələbatın müəyyən edilməsi
Xərclərin qiymətləndirilməsi
Rəqabət qabiliyyətli əmtəələrin və qiymətlərin təhlili
Qiymətin əmələgəlmə metodunun seçilməsi
Qiymətin müəyyən edilməsi
Şəkil 11.1.İlkin qiymətlərin hesablanma metodikası.
______________________
* Transfer – 1. beynəlxalq inhisarların müxtəlif ölkələrdə yerləşən əlaqədar şirkətləri arasında həyata keçirilir; müştərək halda bu əməliyyatlar firmadaxili mübadiləni təşkil edir. 2. fərdi qiymətli kağızın sahiblik hüququnun bir şəxsdən digərinə verilməsi.
Qiymət siyasəti işlənilərkən bir sıra amillər nəzərə alınır: idxal-ixrac aparılan ölkənin qanunvericilik aktlarının tələbləri; mənfəətin köçürülməsi və dividentlərin ödənilməsi; vergi qanununun tələbləri; gömrük ödənişinin səviyyəsi; həmin ölkələrdə lisenziyalaşmanın həddi; inflyasiya səviyyəsi; bazarın monopoliyası; daxili bazarda qiymətlərin səviyyəsi; rəqabətin səviyyəsi və onun formaları və s.
Müvəqqəti qiymətlər-təsir müddəti müəyyən edilmiş vaxtla məhdudlaşdırılır.
Danışıq qiymətləri-məhsul istehsal edən müəssisə ilə ticarət təşkilati arasında razılaşdırılmış qiymətdir. Məhsulun (xidmətin) ilkin qiymətinin hesablaşma metodikası aşağıdakı kimi aparılır.
Qiymətqoymaya başlıca vəzifə xərc elementlərinin qiymətləndirilməsidir. Onlara:
Xammal və materialların dəyəri
Köməkçi materiallar və komplektləşdiricilər
Yanacaq və enerji xərcləri
Fəhlə və qulluqçuların əsas əmək haqqı
Əlavə etmək haqqı
Sığorta ayrımları
Məşğulluq fonduna ayırma
Amortizasiya ayrımları və avadanlıqların istismar xərcləri
Sex xərcləri
Sex maya dəyəri
Ümumzavod xərcləri
İstehsal maya dəyəri
Qeyri-istehsalat xərcləri
Tam maya dəyəri
Mənfəətin qiymət daxil edilən səviyyəsi
Məhsulun qiyməti
Əlavə dəyər vergisi
Buraxılış qiyməti
Ticarət əlavəsi
Hesablanmış satış qiyməti.
Yuxarıda göstərilən xərclərin təsnifatı ümumi xarakter daşıyır və hər bir firmanın idarəetmə mexanizminə uyğun həmin xərclərin tərkibi məhsulun istehsalı, satışı zamanı, vasitəçilik xidməti, kommersiya fəaliyyəti göstərildikdə və s. diferensiallaşır və özünə müvafiq şəkil alır. Beləliklə, qiymətlərdən firmalara rəhbərlik etmək, təsərrüfat və kommersiya hesabını, maddi həvəsləndirmənin müxtəlif formalarını tətbiq etmək, istehsalın səmərəliliyini düzgün təyin etmək və azad sahibkarlıq üçün istifadə edilir.
Dostları ilə paylaş: |