Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


Çoxsəmtli idarə quruluşu –



Yüklə 0,95 Mb.
səhifə66/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   62   63   64   65   66   67   68   69   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

Çoxsəmtli idarə quruluşu – müasir iri kompaniyaların (firmaların) tərkibində müxtəlif idarə quruluşuna malik sərbəst müəssisələr fəaliyyət göstərirlər. Qərb ölkələrinin tədqiqatçıları belə hesab edirlər ki, çoxsəmtli idarə quruluşundan gələcəkdə daha çox istifadə ediləcəkdir. O, iki səbəblə izah edilir. Əvvəla, müəssisələrə xarici təsir artdıqca o, özünün yeni strukturunu formalaşdıracaq, ikincisi – informasiya texnologiyasının inkişafı, baş idarənin belə mürəkkəb quruluşu idarə etməkdə işini xeyli asanlaşdırır.
Beləliklə, yuxarıda göstərilən hər hansı idarə quruluşu universal ola bilməz. Odur ki, firma özü üçün hər hansı idarə quruluşunu seçərkən, əvvəlcədən həmin quruluşu təmin edəcək kriteriyaları müəyyən etməlidir, əks təqdirdə yüksək səmərəliyə nail olmaq mümkün deyildir.
Firmalar inkişaf edib istehsal kompleksinə çevrildikdə onların təşkilat quruluşda mürəkkəbləşərək üç pilləli piramida şəkli alır. Belə idarə quruluşunda ali inzibati quruluşla müəssisənin rəhbərliyi arasında daha bir idarəetmə səviyyəsi – istehsal bölmələrinin inzibati rəhbərliyi – yaranır ki, onların da məqsədi öz qrup müəssisələrinə rəhbərlik etməkdən ibarətdir.
Təşkilat quruluşunun formalaşması məsələlərinin əsasını müxtəlif idarəetmə səviyyələrində müvafiq vəzifələrin müəyyən edilməsi təşkil edir.
Məsələn, dördpilləli idarə quruluşunda ali pillə firmanın ümumi siyasi konsepsiyasını müəyyən edir, ikinci, səviyyədə - idarəetmə funksiyalarının bölüşdürülməsi və koordinasiyası, üçüncü səviyyədə funksional bölmələr, təkliflər işləyib hazırlayır və dördüncü pillədə - icraçılar fəaliyyət göstərirlər.
Son illər iri firmalar – firma başçısı icra aparatını (ofisini) yaradırlar. Adətən həmin aparatda iki nəfərdən (prezident və direktorlar şurasının sədri), altı nəfərə qədər (prezident, direktorlar şurasının sədri və bir neçə vitse-prezidentlər) işçi çalışır. Onlar məşvərətçi deyil, yalnız mühüm məsələləri həll edən işçi orqanıdır.
Ali icra aparatına kömək məqsədi ilə mərkəzi ştab yaradılır. Onlardan hər biri hər hansı funksiyanı: tədqiqat, informasiya, marketinq – yerinə yetirirlər. Mərkəzi ştabın işçilərinin sayı firmanın işinin xüsusiyyətindən asılıdır.
İri firmaların təşkilat quruluşunda operativ işlərin icraçıları – istehsalat bölmələridir ki, onlara da vitse-prezidentlər başçılıq edirlər və onlar icra aparatı adından cari məsələlərdə qəti qərar qəbul etmək səlahiyyətindədirlər.
Bölmələrin rəhbəri, firmanın ümumi məqsədi əhatəsində cari və perspektiv fəaliyyət proqramları işləyib hazırlayırlar, müəssisənin kooperasiya əlaqələrini təşkil edir, məhsul satışı, təchizat, kadrların seçilməsi və yerləşdirilməsi məsələləri ilə məşğul olurlar. Həmin rəhbərlərin vəzifə dairəsinə daxil olan səlahiyyətləri, iqtisadi şərait və firmanın idarə quruluşunun dəyişilməsindən asılı olaraq tənzimlənir.
Bölmələrin rəhbərlərinə kömək məqsədi ilə iri firmalarda funksional şöbələr – satış, nəzarət, elmi-tədqiqat, əmək münasibətləri və s. yaradılır. Müəssisələrin (firmaların) idarə aparatına xətti rəhbər işçilər və istehsalat şöbələrində çalışan bütün mühəndis-texniki işçilər daxil edilirlər.
Firmanın xətti rəhbərliyə: direktor, istehsalat rəhbərləri, sexlərin rəisləri və ustalar daxildir.
Bazar iqtisadiyyatı şəraitində təşkilat quruluşundan asılı olmayaraq müəssisələr (firmalar) aşağıdakı xüsusiyyətlərə malik olmalıdır: aşkarlıq, dinamiklik, mürəkkəblik, qeyri-müəyyənlik, muxtariyyət, məqsədyönlülük, məhsuldarlıq və ictimai xarakter daşıması. Deməli, müəssisə ilə onu əhatə edən sistem arasındakı sərhədi göstərilən xüsusiyyətlərin məcmusunu təşkil edir.
Müəssisə ilə ətraf mühit arasındakı təhlili aparmaq üçün qrup iddia konsepsiyasının olması vacibdir. Sonuncu onunla bağlıdır ki, müəssisə daima müxtəlif maraqları olan qruplarla əlaqədə işləyir ki, onların da hər hansı mövqeyi müəssisə adətən dörd qrup mövqelərdə iş aparır.

  1. Daxili (menecerlər, işçilər və sahibkarlar).

  2. Təsərrüfat (kreditorlar, işçi qüvvəsi, rəqiblər, təchizatçılar).

  3. İctimai (dövlət, kütləvi informasiya vasitələri, ictimai təşkilatlar).

  4. Ətraf mühitin qorunması marağı (alimlər, dövlət, marağı olan təşkilatlar və s.)

Həmin mövqeləri nəzərə alaraq qrup iddiaların idarə edilməsinin əsas mərhələləri şəkil 10.4-də verilmişdir.

1. Qrup iddiaların aşkar edilməsi
(uçota alınması).



2. Qrup iddiaların qiymətləndirilməsi


(məqsədi, strategiyası və metodları)

4. Münasibətlərin


təşkilati quruluşu

5. Mədəniyyət (ictimai meylin nəzərə alınması)

l


3. Strategiya (qrup iddalara tə`sir imkanı)

6. Tətbiq və nəzarət strategiyası
ə



Şəkil.10.4. Qrup iddiaların idarə edilməsi mərhələləri.


Məhdud mənada idarəçilik prosesinə aşağıdakıları aid edirlər: rabitə sistemlərinin idarə edilməsi; qrup iddiaların idarə edilməsi; menecment problemi.
Müəssisənin strategiyasının təhlili isə iki istiqamətdə aparılmalıdır; qarşıya qoyulan məqsədə çatmaq üçün tədbirlərin müəyyən edilməsi; müəssisənin strateji böhranın (əxlaqının) meylinin təhlilidir ki, onun da başlıca məqsədi münaqişə şəraitini aradan qaldırmaqdır.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin