Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


). İdarəetmə prinsiplərində



Yüklə 0,95 Mb.
səhifə64/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   60   61   62   63   64   65   66   67   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

1). İdarəetmə prinsiplərində: - strateji üstünlüklərə nail olduqca idarəetmədə mərkəzləşmə və qeyri mərkəzləşmə nisbətinin dəyişdirilməsi; EET, əmək və istehsal ehtiyatlarından istifadə üzrə məqsədli-proqramların idarəetmə sisteminə tətbiqi.
2). İdarəetmə aparatında – bölmələrin yeni formada qruplaşdırılması, onlar arasında qarşılıqlı əlaqənin dəyişdirilməsi, cavabdehlik və səlahiyyətlərin bölüşdürülməsi; daxili strukturun dəyişdirilməklə səmərəli forma yaratmalı; məqsədi-proqram layihəsi işləyib hazırlayan işdən kənar səlahiyyətli təsərrüfat bölməsi təşkil etmək; EİB-ri ilə inteqrasiya əlaqələrini genişləndirmək; elmi-istehsalat komplekslərində yüksək elmi potensiala malik olan sahələrin rolunu aktivləşdirmək; istehsal bölmələrinin işinə cavabdeh olan ixtisaslaşdırılmış idarə orqanları yaratmaq.
3). İdarəetmə funksiyalarında – uzunmüddətli texniki – siyasətə əsaslanaraq proqnozlaşdırmanı və strateji planlaşdırmanı gücləndirmək; bütün mərhələlərdə məhsulun keyfiyyətini yüksəldilməsi; uçot və hesabat işlərində EHM-n geniş tətbiq etməklə dəqiq informasiya və təhlil aparmaq; firmanın səhmdar kapitallarında işçilərin aktivliyinin artırılması; İstehsal texnologiyasının təkmilləşməsi üzrə yeni məhsulların yaranması və tətbiqində, idarəetmənin sosial-psixoloji səmtinin yaxşılaşmasında işçilərin mükafatlandırılması; marketinq fəaliyyətinin səmərəli təşkili və təkmilləşdirilməsi.
4). Təsərrüfat fəaliyyətində: texnoloji prosesin dəyişdirilməsi; robotların və elastik avtomat sistemlərin tətbiqi; istehsalın ixtisaslaşdırılması və kooperasiyası sahəsində beynəlxalq səviyyədə firmadaxili əməkdaşlığın genişləndirilməsi; elmi-tədqiqat və istehsalat-satış işləri üzrə birgə müəssisələrin yaradılması və s.
Firmanın təşkilatı quruluşunun yaradılması onun məqsədi və strategiyasında asılıdır: Məqsəd – firmanın gələcəkdə istəyinin vəziyyətini əks etdirir. Strategiya – məqsədə çatmaq üçün vasitədir. Çevik strategiya təşkilat quruluşuna qarşı mühüm tələblər qoyur. Belə ki, istehsal sistemi yeni məhsulun mənimsənilmə, cari işlərin təşkilində ən az münaqişələri təmin etməlidir. Təşkilat quruluşu şəraitə uyğunlaşmalı və ona müvafiq dəyişməlidir.
İri sənaye firmalarının fəaliyyət miqyası və xarakteri mürəkkəbləşdikcə mürəkkəb idarəetmə strukturlarının tətbiqinə meyl güclənir. Eyni zamanda, istehsalatda müxtəlif idarə formalarının tətbiqinə meyl artmaqdadır. Firmadaxili idarəetmədə təşkilat quruluşunun əsas yeni tiplərini fərqləndirirlər. Onlara: funksional xətti, məhsul üzrə seçilən idarə quruluşu; ərazi üzrə təşkil edilən idarə quruluşu; yenilik axtarmağa yönəldilən idarə quruluşu; qarışıq şəkildə təşkil edilən birinin seçilməsi həm də firmanın məqsəd və vəzifələrindən asılıdır. Amma bütün hallarda universal idarə quruluşu yoxdur və hər hansı seçilmiş forma daim təkmilləşir.
Yuxarıda göstərilən və təcrübədə daha çox istifadə edilən idarə quruluşlarının məzmunu ilə tanış olmaq məqsədəuyğundur.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin