Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


ə) Dövlət büdcəsi və vergi mexanizmi



Yüklə 0,95 Mb.
səhifə72/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   68   69   70   71   72   73   74   75   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

ə) Dövlət büdcəsi və vergi mexanizmi.
Menecmentin iqtisadi metodunun tərkib hissəsinin bir elementi vergi sisteminin təşkilidir. Vergi sisteminin ali funksiyasının tələbinə müvafiq olaraq ilk növbədə dövlət büdcəsi anlayışı, onun quruluşu, mədaxil və məxaric hissələrinin tərkibini nəzərdən keçirək. Dövlət büdcəsi – dövlət xərclərinin illik planı və onun maliyyələşmə mənbəyini əks etdirən sistemdir. Büdcənin layihəsi hər il ölkənin ali qanunvericilik orqanı – Milli Məclisi tərəfindən baxılıb müvafiq qaydada təsdiq edilir.
Dövlət maliyyə sistemi – dövlət büdcəsində və büdcədənkənar fonddan ibarətdir. Bu sistem tərəfindən ümumi məcmunu məhsulun (ÜMM) əsas hissəsi bölüşdürülür. Dövlətin gəlirinin və xərclərinin əsas hissəsi dövlət büdcəsindən keçir ki, o da mərkəzi və yerli hakimiyyət orqanlarının büdcələrinin məcmusudur. Hər hansı ölkənin inzibati-ərazi quruluşundan asılı olaraq büdcələr də öz növbəsində: mərkəzi, vilayət, yerli, əyalət, torpaq büdcəsinə bölünürlər. Adətən yerli büdcə adı altında bütün büdcələr (mərkəzi büdcədən başqa) cəmləşirlər.
Büdcədən kənar fondlar (vəsaitlər) – dövlətin məqsədli pul vəsaiti olub, dövlət büdcəsinə daxil edilmir. Bu fond mərkəzi və yaxud yerli hakimiyyət orqanlarının sərəncamında olmaqla müvafiq məqsədlər üçün xərclənilir. Həmin fond xüsusi (məqsədli) vergilər istiqrazlar və büdcənin məcburi ödəmələrə əsasən yaradılır.
Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən ölkələrdə dövlət büdcəsinin mədaxil və məxaric hissələrinin elementləri (%-lə) aşağıdakı kimi xarakterizə edilir.
Məxaric hissə: (% - lə)

1. Sosial xidmətlərə (təhsil, səhiyyə, ictimai müavinətlər, yerli hakimiyyət orqanlarına maliyyə yardımı xərcləri ................................................................40-50


2. Təsərrüfat xərcləri (infrastrukturaya yönəldilən əsaslı vəsait, dövlət müəssisələrinə dotasiya, dövlət proqramının icrasına yönəldilən vəsait, kənd təsərrüfatı müəssisələrinə maliyyə yardımı .......................................................10-20
3. Hərbi işlərə və xarici siyasət idarələrinin saxlanmasına yönəldilən xərc...... 10-20
4. Hüquq-mühafizə orqanlarının saxlanılmasına çəkilən xərc.............................5-10
5. Dövlət borclarını ödənilməsi üzrə...........................................................7-8%-dək

Mədaxil hissə:



  1. Vergilər (o cümlədən aksiz, yığımları, gömrük vergisi, gerb rüsumu) ........75-85

  2. Vergidən kənar ödəmələr (dövlət mülkiyyətindən, iqtisadiyyatın dövlət bölməsindən, dövlət ticarətindən) ....................................................................5-8

  3. Dövlət sığorta, pensiya və məşğulluq fondundan.........................................10-12

Dövlət büdcəsi xərcləri: siyasi, sosial və təsərrüfatı tənzimləmə funksiyalarını həyata keçirir. Göründüyü kimi həmin xərclərin içərisində birinci yeri sosial xarakterli xərc elementləri (sosial müavinətlər, təhsilə, səhiyyəyə yönəldilən xərclər) tutur. Dövlətin iqtisadi siyasətinin əsasını məhz büdcə siyasəti tutur ki, o da tez-tez dəyişən sosial-iqtisadi şəraitin sabitləşməsi və möhkəmlənməsinə öz müsbət təsirini göstərir.
Büdcənin mədaxil hissəsinin başlıca maddəsi-vergilərdir.
Vergi - dövlət qanunvericilik aktları ilə müəyyən edilmiş fiziki və hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə və ya büdcədən kənar fonda məcburi ödənilən haqdır. Dövlətə ödənilən vergilərin, yığımların, gömrüyün məcmu, onların təşkili forma və metodları vergi sistemini təşkil edir. Vergi ödənişin obyektinə qanunvericilik aktları ilə müəyyən edilmiş: müəssisənin mənfəəti (gəliri); müəyyən əmtəələrin dəyəri; vergi ödəyənlərin ayrıca fəaliyyət növü; qiymətli kağızlarla aparılan əməliyyat; təbii ehtiyatlardan istifadə; fiziki və hüquqi şəxslərin əmlakı; məhsula (işə xidmətə) görə vergilər, əlavə dəyər vergisi və s. daxildir.
Verginin iki növü vardır. Birinci növ vergiyə - gəlir və əmlak üzrə vergilər: vətəndaşlardan gəlir vergisi, firmanın gəlirindən vergi; sosial sığortaya ayırmalar; əmək haqqı üzrə vergi; əmlak vergisi; xaricə köçürülən mənfəət və ya kapital üzrə vergi və s. daxildir. Onlar ünvanlı fiziki və hüquqi şəxslərdən tutulduğundan onları birbaşa vergi adlandırırlar. İkinci növ vergiyə - əmtəələr və xidmətlərə qoyulan vergi, məhsula əlavə dəyər vergisi; aksizlər; əmlakın və qiymətli kağızın satılmasından ödənilən vergi; varisliyə görə vergi və s daxildir. Onlar dolayı vergilərdir və getdikcə öz dəyərlərin hazır məhsula və ya xidmətin üzərinə keçirirlər.
Azərbaycan respublikasının qanunvericilik aktları ilə aşağıdakı vergilər və ödənişlər müəyyən edilmişdir: əlavə dəyər vergisi; *aksizlər; müəssisə və təşkilatların mənfəətindən vergi; xarici hüquqi şəxslərin və vətəndaşların iştirakı ilə yaradılmış birgə müəssisələrin mənfəətindən vergi; istehlak kooperasiyası təşkilatlarının mənfəətindən vergi; royyaltı; rüsum və qeyri-vergi ödəncləri; torpaq vergisi; əmlak vergisi; əmək haqqında tutulan gəlir vergisi; sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan daxil olan lisenziyanın məbləği və onlardan alınan gəlir vergisi; dövlət gömrüyü; kazino və videosalonların gəlirindən vergi; mal-material dəyərlərinin yenidən qiymətləndirilməsindən daxil olmalar; təbii sərvətlərdən istifadəyə görə haqq; meşə gəliri; su haqqı, icarə haqqı və s.
Azərbaycan respublikasında həmin vergilər arasında diqqəti daha çox cəlb edəni əlavə dəyər vergisi (ƏDV) aksizlər və mənfəətdən vergilərdir. Əlavə dəyər vergisi – malların (işlərin, xidmətlərin) istehsalı prosesində yaranan və onlar satıldıqca büdcəyə keçirilən dəyər artımının bir hissəsinin büdcəyə alınması formasıdır. ƏDV ödəyiciləri aşağıdakılardır:
a) hüquqi şəxs statusu olan, istehsal və başqa kommersiya fəaliyyəti göstərən müəssisələr və təşkilatlar, o cümlədən xarici investisiyaların qoyulduğu müəssisələr;
b) malları, işləri və xidmətləri öz adından satan qeyri-məhdud ortaqlıqlar;
c) istehsal və başqa kommersiya fəaliyyəti göstərən fərdi (ailəvi) xüsusi müəssisələr (firmalar, kooperativlər);
ç) respublika ərazisində yerləşən istehsal və başqa kommersiya fəaliyyəti beynəlxalq biliklər və xarici hüquqi şəxslər;
d) hüquqi şəxs statusuna malik olmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olan və qanunvericiliklə müəyyən edilmiş qaydada sahibkar kimi qeydə alınan şəxslə Azərbaycan
_______________
*aksizlər içməli spirt və likor – araq məmulatları, konyak, pivə; çaxır və konyak materialları; tütün və tütün məmulatları; dəri və dəri məmulatları; neft məhsulları; məişət sərinkeşləri, soyuducuları və soyuducu kameralar və s. tətbiq edilir.

respublikası ərazisində malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin satışı üzrə dövriyyələr – vergitutma obyektidir. Müəssisənin (firmanın) istehsal etdiyi, həm də kənardan alınmış bütün malların satışı üzrə dövriyyələr, habelə aşağıdakı dövriyyələr vergitutma obyekti sayılır:


a) müəssisə daxilində xərcləri istehsal (tədavül) məsrəflərinə aid edilməyən malların (işlərin, xidmətlərin) xüsusi istehsal üçün habelə öz işçilərinə satışı üzrə dövriyyələr:
b) dəyəri ödənilmədən malların (işlərin, xidmətlərin) başqa mallar (işlər, xidmətlər) müqabilində satışı üzrə dövriyyələr;
v) malların (işlərin, xidmətlərinin) əvəzsiz olaraq və ya dəyəri qismən ödənilməklə başqa müəssisələrə və ya fiziki şəxslərə verilməsi üzrə dövriyyələr.
Azərbaycan respublikasının “əlavə dəyər vergi haqqında” qanuna görə vergidən azadetmə halları da nəzərdə tutulmuşdur.
Aksizlər – malların (xidmətlərin) qiymətinə daxil edilən və alıcı tərəfindən ödənilən vergilidir. Aksiz məbləğlərini büdcəyə - malları istehsal edib satan və xidmətlər göstərən müəssisələr və təşkilatlar (o cümlədən xarici investisiyaların qoyulduğu müəssisələr) ödəyirlər. Aksiz daxil edilməklə buraxılış qiymətləri ilə satılan aksiz xarakterli malların və xidmətlərin dəyəri vergitutma obyektidir. Mənfəətdən – vergiləri ödəyiciləri aşağıdakılardır:
a) təsərrüfat hesabında olub müstəqil balansa malik olan və hüquqi şəxslər sayılan (milli bankdan başqa) müəssisələr, biliklər və təşkilatlar, xarici investisiya cəlb edilən müəssisələr, birgə müəssisələr, beynəlxalq birliklər, xarici ölkələrdə yaradılan birgə müəssisələrin respublika ərazisində yerləşən filialları;
b) kommersiya fəaliyyətindən gəlir götürən təşkilatlar (büdcə təşkilatlarından başqa);
v) beynəlxalq qeyri-hökumət təşkilatları;
q) respublika səhmdar kommersiya bankları; kommersiya bankları, sığorta təşkilatları, səhmdar cəmiyyətləri və məhdud məsuliyyətli cəmiyyətlər, istehlak kooperasiyasının təşkilatları, kooperativlər, ictimai təşkilatlar ödəyicilərin ayrı-ayrı növləri üçün mənfəət vergisinin aşağıdakı dərəcələri qoyulur:
a) respublika səhmdar-kommersiya bankları, kommersiya bankları və sığorta təşkilatları üçün – 45 %,
b) istehlak cəmiyyətləri, onların ittifaqları – 35%;
v) ictimai biliklər, onların müəssisələri, birlikləri və təşkilatları üçün (banklardan başqa) – 35%;
q) dini təşkilatların müəssisələri üçün – 25%
d) ticarət-satınalma, ictimai iaşə kooperativləri, vasitəçilik və tamaşa kooperativləri üçün – 45%.
Vergilərin miqdari vergi qoyulmalı olan faktiki mənfəətin məbləği və dərəcə adlanan vergi norması ilə müəyyən edilir. Büdcənin mədaxil hissəsinin formalaşmasında öz xüsusi çəkisinə görə bir neçə vergilər üstünlük təşkil edirlər. Bazar iqtisadiyyatı şəraitində inkişaf atmış ölkələrdə onlar aşağıdakı kimi xarakterizə edilir.
Cədvəl 11.1.
İnkişaf etmiş ölkələrdə büdcənin mədaxil hissəsində vergilərin xüsusi çəkisi (%-lə).






Vergilərin növləri

Xüsusi çəkisi
(mədaxil hissədə)

1

Şəxsi gəlirdən vergi

40

2

Firmanın mənfəətindən vergi

10

3

Sosial xarakterki ödəmələr

30

4

Əlavə dəyər vergisi

10

5

Gömrük haqqı

5

6

Sair vergilər və ödəmələr

5







100,0

Cədvəl 11.1-də göstərilən vergi növlərini əsas vergilər adlandırırlar. Şəxsi gəlirdən vergi bir sıra sənayecə inkişaf etmiş dünya ölkələrində aşağıdakı kimi olmuşdur.

Cədvəl 11.2.





Ölkələrin adları

Şəxsi gəlirdən verginin yüksək həddi
(1993–cü ildə %-lə)

Kanada

29

ABŞ

31

Böyük Britaniya

40

Rusiya

40

Avstraliya

47

Yaponiya

50

İtaliya

51

Almaniya

53

Fransa

57

Azərbaycan respublikası

55

Vergi məbləğinin həddi firmanın mənfəətindən asılıdır. Tədqiqatlar göstərir ki, 80-ci 90-cı illərdən başlayaraq bir sıra ölkələrdə vergilərin həddi aşağı düşür (Cədvəl 11.3.):


(Cədvəl 11.3.)


Səhmdar kompaniyaların bazar vergi dərəcələri (%-lə)



Ölkələr

Vergiyə yönəldilən mənfəətin bir hissəsi çəmi

Mənfəətin həcmindən asılı olan hissə

Mənfəətin həcmindən asılı olmayan hissə

AFR

70,8

55,4

15,4

Yaponiya

64,1

50,1

14,0

Fransa

60,9

28,4

32,5

Kanada

44,4

39,4

5,0

ABŞ

45,3

45,3

-

Böyük Britaniya

35,0

35,0

-

İtaliya

46,4

46,4

-

Cədvəldən göründüyü kimi, müxtəlif ölkələrdə mənfəətdən vergi dərəcəsinin daim artırılması nəticə etibarı ilə həm də səmərəli yol deyildir. Elə edilmişdir ki, müəssisə mənfəətlə işləməyə daha çox meyl etmiş olsun. Nəinki onu süni surətdə azaltmağa çalışsın. Bununla əlaqədar xarici ölkə biznesmenləri yaxşı demişlər «Qızıl yumurtlayan toyuğu kəsmək olmaz». Deməli vergilərin səviyyəsi daim təkmilləşdirilməsi və imkan dairəsində diferensiallaşdırılmalıdır.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin