Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


Mövzu 11. Menecmentin metodları



Yüklə 0,95 Mb.
səhifə68/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   64   65   66   67   68   69   70   71   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

Mövzu 11. Menecmentin metodları.
11.1. Metod anlayışı.
“Metod” - yunan sözü olub, “tədqiqat üsulu” deməkdir. Bəzi ədəbiyyatlarda metod hərəkət üsulu, yaymaq qaydası kimi də işlədilir. Əgər idarəetməni bütünlükdə əmək fəaliyyəti kimi qəbul etsək, onda metod onun həyata keçirilməsi üsuludur. Beləliklə, idarəetmə metodu kollektivin fəaliyyətini maksimum səmərəli təşkil etmək, bu işə onun bütün üzvlərini yaradıcı və aktiv surətdə cəlb etməklə, nəzərdə tutulan fəaliyyət proqramından kənarlaşmanı aradan qaldırmağı təmin edir.
İdarəetmənin metodunu başlıca rolu, idarəetmə prosesinin düzgün təşkilinə şərait yaratmaq, qarşıya qoyulan məqsədə tam çatmaq üçün müasir texnikadan, əməyin və istehsalın təşkilinin mütərəqqi formalarından səmərəli istifadə etməkdən ibarətdir. Deməli, “idarəetmə metodu” idarəetmənin mahiyyəti və məzmunundan irəli gəlir, onun nəzəriyyəsinin əsas kateqoriyalarına daxildir. Məhz bu xüsusiyyət həmin metodların, idarəetmənin nəzəriyyəsində və təsərrüfata əməli rəhbərlik işində, xüsusi yer tutduğunu təsdiq edir.
İdarəetmənin metodu, obyektiv iqtisadi qanunların, onlara uyğun olaraq, idarəetmənin prinsip və qanunauyğunluqlarının əməli surətdə həyata keçirilməsinin başlıca vasitəsidir. Həyata, idarəetmənin metodu, idarəetmə prosesinin üzvi bir hissəsi olmaqla, idarəetmə əməyinin xüsusiyyətinə, sistemin təşkilinə, prosesinin məzmununa, həmçinin istehsalın və idarə etmək səmərəlilik səviyyəsinə təsir göstərir.


11.2. Menecmentin iqtisadi metodu.

İdarəetmənin iqtisadi metodu təsərrüfat mexanizminin əsasını təşkil edir. İstehsal kollektivlərinin və onların ayrı-ayrı üzvlərinin iqtisadi marağı məhsullar qüvvələrinin inkişaf səviyyəsini və istehsal münasibətlərinin xarakterini əks etdirir. Cəmiyyətimizdə idarəetmənin iqtisadi metodu iqtisadi qanunlardan şüurlu istifadənin forması kimi çıxış edir.


İdarəetmənin iqtisadi metodu istehsal münasibətləri sisteminə tam daxil olmaqla, həm ümumdövlət miqyasında, həm də idarəetmənin müxtəlif səviyyələrində öz inkişafını tapır.
İqtisadi metod sisteminə təsərrüfat mexanizminin bütün qolları daxildir.
İqtisadi metod – təsərrüfat münasibətlərində özünəməxsus istifadə mexanizmi olub, onun konkret forması əmtəə-pul münasibətlərinin inkişafı, istehsal vasitələrindən səmərəli istifadə edilməsi, maddi maraq, təsərrüfat hesabı, qiymət sistemi, planlaşdırma və s. problemləri özündə cəmləşdirərək müəssisə kollektivini bu göstəricilərin yaxşılaşdırılması üzrə kompleks tədbirlərin həyata keçirilməsinə cəlb edir.
a) İqtisadi təhlil metodu.
Firmanın təsərrüfat fəaliyyətinin təhlili, onun idarəetmə sistemində mühüm rol oynayır və bütün funksiyalarla əlaqədardır. İqtisadi təhlil-müəssisənin (firmanın) təsərrüfat fəaliyyətini, inkişaf prosesini aşkar çıxarmağın elmi metodu olub, istehsalın nəticələri və istifadə edilmiş ehtiyatlar haqqında obyektiv nəticə çıxarmaq imkanıdır. Təsərrüfat fəaliyyətinin təhlili bir tərəfdən hesabat dövründə firmanın, istehsal satış fəaliyyətinin səmərəliliyini müəyyən etməyə imkan verir, digər tərəfdən isə həmin fəaliyyəti daha az maddi, əmək və maliyyə məsrəfi ilə gələcəkdə inkişaf etdirməyə imkan yaradır. Marketinq və strateji planlaşdırmanı idarəetmə tsiklini təkanverici elementi hesab etmək, ondan təsərrüfat fəaliyyətinin təhlili həmin funksiyaları lazımi məlumatlarla təmin etməyə qulluq edir. Yaxşı təşkil olunmuş iqtisadi təhlil məhsul istehsalı tapşırığının yerinə yetirilməsi üçün təminat verir, rəhbər işçilərə, istehsalı idarə etməkdə operativ köməklik edir, istehsalın qənaətcil olmasına şərait yaratmaqla yanaşı, adamlarda doğruçuluq, sahibkarlıq, vicdanlılıq, yanımlılıq və eyni zamanda əməyə, istehsala yeni münasibət oyatmaq vərdişi bəxş edir.
Firmanın təsərrüfat fəaliyyətinin təhlili firmadaxili və müəssisədən xaric formalarından aparılır.
Firmadan xaric təhlil elan edilən hesabat informasiyaları üzrə aparılır və aşağıdakı suallara cavab verməlidir: hesabat dövründə firmanın əmlakının vəziyyəti; onun maliyyə sabitliyi və ödəmə qabiliyyəti; firmanın fəaliyyətinin rentabelliyi və kapitaldan istifadənin intensivliyi; son illərdə və hesabat dövründə firmanın maliyyə vəziyyətinin dəyişilməsi; mənfəətin bölüşdürülməsi və dövriyyəyə başqa kapitalların cəlb edilməsi; istehsalı genişləndirmək və sabit maliyyə vəziyyətini saxlamaq üçün müxtəlif mənbələrdən kapitalın firmaya cəlb edilməsi meylinin artması; alıcılar, satıcılar, banklar, pul bazarı və s ilə əlaqədar olan məlumatların ümumiləşdirilməsi; firmanın səhmdarlarla, kredit sahibləri və vergi orqanları ilə qarşılıqlı əlaqəsi və s. hesabat ilə üzrə təhlil apararkən bir sıra göstəricilərdən istifadə edilir. Onlara: satılmış məhsul həcmi; xalis mənfəət; elan olmuş dividend; bir səhmə düşən vergi; natural məhsul buraxılışı; istehsal güclərindən istifadə faizi; əsas vəsaitlərin artırılmasına çəkilən xərc; gələcək kapital qoyuluşuna yönəldiləcək qiymətli kağızın məbləği; dövriyyədə olan şəxsi kapital; səhmdarların sayı; fəhlə və qulluqçuların sayı; əmək haqqının səviyyəsi; iş vaxtından istifadə və s.
Elan edilmiş illik hesabatın tərkibinə daxil edilmiş maliyyə hesabatından aşağıdakıları almaq olar:

  • hesabat dövründə firmanın vəsaitinin vəziyyəti və əmələgəlmə mənbələri;

  • il ərzində xüsusi kapitalın çoxalmasına sərf edilən vəsaitin miqdarı;

  • cari fəaliyyətlə əlaqədar olmayan, maliyyə vəziyyətinin formalaşması, mənfəət və zərər haqqında məlumat;

  • vergi ödənildikdən sonra firmanın sərəncamında qalan xalis mənfəətin məbləği, yaxud qeyri-qənaətbəxş təsərrüfat nəticəsində zərərin həddi.

Firmadaxili təhlil-kompleks iqtisadi təhlil olub, idarəetmə qərarları qəbul etmək üçün rəhbər verilən analitik materialdır. Belə təhlil aşağıdakı göstəricilər üzrə aparılır: satışdan alınan mənfəət; istehsal edilən və satılan bütün məhsulların maya dəyəri; qiymətin mövcud standartdan kənarlaşmasının səbəbləri və xarakteri; müstəqim xərclər və qeyri-istehsal xərclərinin idarə edilməsinə cavabdeh olan şəxsin məsuliyyəti.
Firmanın istehsal-təsərrüfat fəaliyyətinin müxtəlif iqtisadi təhlil metodları tətbiq olunur: həmin metodların ən geniş yayılmışları aşağıdakılardır: statiki qruplaşdırma metodu; dinamik sıralar metodu; müqayisə metodu; balans metodu; iqtisadi-riyazi metod; qrafik təhlil metodu; hesab konstruktiv metod və s. Bu metodlarla yanaşı xarici firmaların təsərrüfat fəaliyyətinin təhlilində digər analitik metodlardan da istifadə edilir. Onlara: gəlirin uçotu metodu; yerinə yetirilən kontrakt üzrə uçot metodları; işlərin mərhələlərlə təhvil verilməsi metodu; mülkiyyətin qiymətləndirilməsi metodu; maya dəyəri üzrə uçotun təşkili metodu; birgə müəssisələrdə çəkilən xərclərin qiymətləndirilməsi metodu; bərabər birləşmə metodu; işgüzar iştirak metodu aiddir.
İqtisadi təhlil üçün istifadə edilən göstəricilər aşağıdakı kimi təsnif edilir:
1) Firmanın iqtisadi potensialını xarakterizə edən göstəricilər (əsas kapital; istehsal edilmiş məhsulun sayı və dəyəri; firmanın bütün istehsalat və satış müəssisələrinin sayı, gücü, istehsal etdiyi və satdığı məhsulun xarakteri; firmanın infrastrukturunun xarakteri; müəssisələrdə firmanın yerləşdirdiyi kapital qoyuluşunun miqdarı və firmanın elmi-tədqiqat potensialı);
2) Firmanın təsərrüfat fəaliyyətini xarakterizə edən göstəricilər:
a) ümumi xərcləri xarakterizə edən göstəricilər: ilin əvvəlinə yeni bazarın mənimsənilməsinə çəkilən xərc; marketinq fəaliyyətinin xərcləri; tədqiqat və inkişafa yönəldilən xərclər; müstəqim xərclər; inzibati xərclər; renta ödənişi; məhsulun təkmilləşdirilməsinə və göndərilməsinə çəkilən xərclər;
b) Vəsaitlərin daxil olma və istifadəsini xarakterizə edən xərclər: xalis mənfəət; ammortizasiya ayrımları; uzunmüddətli borcların artması; aksiyaların emissiyası; qısamüddətli borcların artması xərcləri aiddir;
v) Vəsaitlərdən istifadə xərclərinə: dividentlərin ödənilməsi; təşkilati xərclər; kapital qoyuluşu; tez satılan qiymətli kağızların alınması; bankda hesabın artırılması və s. daxildir.
3) Firmanın fəaliyyətinin səmərəlilik göstəricilərinə: a) mənfəətdən və mənfəətə nisbətdə hesablanan bütün göstəricilər; b) satılmış məhsulun dəyəri ilə xarakterizə edilən göstəricilər; b)istehsal xərcləri göstəriciləri; q) əsas fondlardan istifadə göstəriciləri aid edilir.
4) Firmanın maliyyə vəziyyəti və ödəmə qabiliyyətini xarakterizə edən göstəricilər: şəxsi kapitalın quruluşu və onun aktiv balans dəyərinə nisbəti; ümumi borcların şəxsi kapitala olan nisbəti; nəğdi pulun daxil olması və s.
5) Firmanın rəqabət qabiliyyətinin xarakterizə edən göstəricilər: cari ildə satılmış məhsulun onun sayına olan nisbəti; mənfəətin ümumi satış dəyərinə olan nisbəti; ümumi satılmış məhsulun satılmayan məhsula olan nisbəti; satılmış məhsulun material ehtiyatlarının dəyərinə olan nisbəti; ümumi satılmış məhsulun debitor borclarına olan nisbəti.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin