Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


d) İqtisadi-maliyyə siyasəti, onun başlıca ünsürləri və funksiyaları



Yüklə 0,95 Mb.
səhifə71/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   67   68   69   70   71   72   73   74   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

d) İqtisadi-maliyyə siyasəti, onun başlıca ünsürləri və funksiyaları
Bütün cəmiyyətlər qanun sistemi yaradır, onun qorunmasını təmin etməlidir. Bazar iqtisadiyyatı mülkiyyət hüquqlarını və bağlanan müqavilələri müdafiə etmiş işləyə bilməz. Bazar iqtisadiyyatında şirkətlər və sahibkarlar öz şəxsi mənafelərinə görə güclü rəqabət aparılır. Amma, qeyri-məhdud bazar sisteminin vəkilləri etiraf edirlər ki, rəqabəti qəbul olunmuş hədlərə saxlamaq üçün müəyyən qaydalar labüddür. İqtisadi həyatda ayrı-ayrı «oyun qaydalarının» təsirindən çıxan ABŞ-ın iqtisadiyyatında hökumət fəaliyyəti bir necə istiqamətdə özünü göstərir: rəqabətin mühafizəsi və həvəsləndirilməsi, təbii, monopoliyaları tənzimləmə, bazarın daha yaxşı işləməsinə yönəldilən məlumatlar və xidmətlər təchizatı, ayrı-ayrı səviyyələrdə gəlirin təzədən paylanmasının və iqtisadi təhlükəsizlik ölçüsünün təqdimi, möhkəm pul sisteminin təmini, ümumi iqtisadi sabitliyə və inkişafa yönəldilmiş kömək vasitələri. Bu baxımdan hökumətin iqtisadi funksiyaları aşağıdakıları əhatə edir:

  1. Qanun və müqavilələri həyata keçirmək;

  2. Rəqabət üçün şərait yaratmaq;

  3. Gəliri yenidən bölüşdürmək və iqtisadi cəhətdən rentabelli gəliri təmin etmək;

  4. Xalq istehlak malları ilə təmin etmək. Vergi qoyulmuş gəlirin məbləğindən tutmamaq və vergi islahatı aparmaq;

  5. Bazar uğursuzluqlarını aradan qaldırmaq:

- bazarla əlaqədar təlimatları tərtib etmək;
- mənfi kənar təsirləri aradan qaldırmaq;
- müsbət kənar təsirli mallara pul buraxmaq;
6. İqtisadiyyatı sabitləşdirmək:
- işsizliyi aşağı salmaq;
- inflyasiyanı azaltmaq;
- iqtisadi inkişafı təmin etmək.
Firmaların mərkəzləşmiş qayda ilə idarə edilməsində aparılan maliyyə siyasəti, onun iqtisadi fəaliyyətinin bütün səmtlərini – çoxsaylı daxili və xarici amilləri nəzərə alan elmi-texniki, istehsalat, maddi-texniki təchizat və s. əhatə edir. İdarəetmənin ali orqanı tərəfindən işlənib hazırlanan vahid maliyyə siyasət çərçivəsində ehtiyatların maliyyələşmə mənbələri qlobal miqyasda müəyyən edilir və bölüşdürülür.
Müasir dövrdə iqtisadi-maliyyə siyasətinin birmənalı şəkildə forma və metodlarını müəyyən etmək çox çətindir, lakin ümumi halda həmin siyasətin prinsiplərindən və həyata keçirilmə alətindən danışmaq olar. İri kompaniyaların maliyyə siyasətinin başlıca xüsusiyyəti mövcud alətdən kompleks istifadə etməkdir. Maliyyə siyasətinin çevikliyi ondadır ki, onun mərkəzləşdirilmiş formalaşması şəraitində belə pul bazarında iştirak edən hər bir ölkəyə şamil edilir. Maliyyə siyasətini işləyib hazırlayarkən firmadaxili maliyyə axınının tənzimlənməsi xüsusi rol oynayır. Maliyyə siyasətində əsas yeri mənfəətin bölüşdürülməsi və ondan səmərəli istifadə etmək tutur.
Belə ki, başqa ölkədən mənfəətin götürülməsinə «çevik» yanaşma, bütün maliyyə ehtiyatlarının səmərəli istifadə etməyə imkan verir və nəticədə mərkəzi kompaniyaya pul vəsaitinin – divident, royyalti və müxtəlif xidmətlər üçün alınan pul şəklində daxil olmasına şərait yaradır. Maliyyə siyasətinin başlıca ünsürü-kompaniyanın bütün bölmələrini lazımi maliyyə ehtiyatları ilə təmin etməkdir. Onun mənbəyi – həm qlobal miqyasda alınmış firmadaxili vəsait və həm də xarici maliyyələşmə mənbələrindən alınan vəsaitdir.
Xarici mənbələrdən alınan vəsaitlərə – hər hansı obyektin tikintisi öz üzərinə götürən və ona kredit zəmanəti verən kommersiyanın banklarından, ixtisaslaşdırılmış maliyyə idarələrindən, beynəlxalq maliyyə təşkilatlarından kredit və istiqrazlardan aldığı pul vəsaitləri aiddir.
Firmalar maliyyələşmə mənbələrinə görə maliyyə siyasəti işləyib hazırlayarkən müxtəlif prinsiplər və istiqamətlərdən istifadə edirlər. O prinsiplərdən biri daxili maliyyələşdirmə (özü-özünü maliyyələşdirmə) mənbələrindən maksimum istifadə etməkdir. Digər prinsip filiallara verilən maliyyə vəsaitinin nisbətən azaldılmasıdır. Üçüncü prinsip – müxtəlif maliyyələşmə mənbələrindən maksimum dərəcədə istifadə etməkdir. Təcrübə göstərir ki, xaricdəki iri firmalar maliyyə siyasətində yuxarıda göstərilən prinsiplərdən qarşılıqlı (kompleks) şəklində istifadə edirlər və o müsbət nəticə verir.
Maliyyə siyasətinin digər mühüm ünsürü – firmadaxili maliyyələşmənin quruluşu və xarakterini müəyyən etməkdir. Bu zaman şəxsi vəsaitlə, kənardan alınan vəsaitin nisbətini bilmək, mərkəzləşmiş qaydada maliyyələşmədə vacib rol oynayır. Firmadaxili maliyyələşmənin başqa mühüm səmti – maliyyələşmənin xarakterini, mənbəyini və şəraiti nəzərə almaqdır. Bu proseslərin həyata keçirilməsində mühüm yeri istiqrazlarla yanaşı açıq və bağlı formada olan kreditlər tutur. Lakin, onlardan səmərəli və məqsədyönlü istifadə etmək maliyyə siyasətinin başlıça tələbidir.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin