Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


Mövzu 10. Menecmentin funksiyaları



Yüklə 0,95 Mb.
səhifə58/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   54   55   56   57   58   59   60   61   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

Mövzu 10. Menecmentin funksiyaları.
10.1. Menecmentin ümumi və xarakterik funksiyaları.
10.2. Firmadaxili planlaşdırma.
10.3. Menecmentin marketinq funksiyası.
10.4. Menecmentin təşkiletmə funksiyası.
10.5. Menecmentin nəzarətetmə funksiyası.


10.1. Menecmentin ümumi və xarakterik funksiyaları.

Menecmentin iqtisadi mexanizminin firmadaxili idarəetmə səviyyəsinin digər tərkib hissəsi – ümumi və xarakterik funksiyalarıdır. İstehsalın idarə edilməsində onun funksiyaları xüsusi yer tutur. Onlar idarəetmənin bütün səviyyələrində idarəçiliyin fəaliyyətinin mahiyyət və məzmununu açıb göstərir. Menecmentin funksiyalarının ayrılması obyektiv prosesdir. Onların meydana çıxması - əməyin bölgüsü və ixtisaslaşdırılmasının diferensial məqsədyönlü təsirinin nəticəsidir. Menecmentin funksiyaları aşağıdakı sxem üzrə müəyyən edilir: istehsal qanunları; idarəetmə münasibəti; funksiyaları; metodları; prosesi; obyekti.


Bu sxem xalq təsərrüfatında menecment funksiyalarına ümumi xarakterizə edir və bu elmin kateqoriyası olmaqla, onun münasibətlərinin reallaşma formasıdır.
Hazırda xalq təsərrüfatı – sahələrdən, birliklərdən, müəssisələrdən, sexlərdən və istehsalat bölmələrindən ibarətdir. Bütün bunlar ayrı-ayrılıqda istehsal vəsiləsi adlanır. Deməli, istehsal vəsiləsi – texniki, texnoloji və iqtisadi cəhətdən ayrıca fəaliyyət göstərən idarəetmə elementidir.
İstehsal pilləsi – müəyyən sahələrdə yerləşən təsərrüfat vəsiləsinin birliyini təşkil edir. İdarə vəsiləsi – müəyyən idarə orqanları ilə əhatə olunmuş özəkdir. İdarə pilləsi – idarəetmənin müəyyən bölməsində müxtəlif idarə vəsilələrinin birliyi ilə xarakterizə olunur. İdarəetmə prosesində məqsədyönlü təsir müxtəlif idarə funksiyaları və formaları şəklində müəyyən istiqamətdə diferensiallaşır. Menecmentin funksiyaları – obyektiv zəruri forma olub, onun köməyi ilə istehsalın idarə edilmə prosesində məqsədyönlü təsir edilir. Aşağıdakı əsas funksiyalar mövcuddur:

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin