Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu



Yüklə 0,95 Mb.
səhifə49/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   45   46   47   48   49   50   51   52   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

I mərhələ - təşkilatın yaranması. Bu mərhələ üçün aşağıdakılar xarakterikdir: - əsas məqsədin müəyyən edilməsi; rəhbərlik üslubunun müəyyən edilməsi; əsas vəzifənin-bazara çıxışın müəyyən edilməsi; əməyin təşkili-mənfəətin yüksəldilməsinə nail olmaq (daha çox mənfəət əldə etmək istəyi).
II mərhələ - “uşaqlıq” və “gənclik” illəri. Bu mərhələnin fərqli xüsusiyyətləri: əsas məqsəd – qısa müddətli mənfəət və sürətli inkişaf; sərt rəhbərlik hesabına fəaliyyəti qoruyub saxlamaq; əsas vəzifə möhkəmlənmək və bazarın bir hissəsini ələ keçirmək; əməyin təşkili-mənfəətin planlaşdırılması, əmək haqqının artırılması, xidmətlərin qiymətləndirilməsi (yaxşı işə görə əlavə haqq, mükafat verilməsi).
III mərhələ - “yetkinlik”. Əsas məqsəd - mütəmadi; balanslaşdırılmış inkişaf və fərdi imicin formalaşması; səlahiyyətlərin ötürülməsi (qeyri-mərkəzləşdirmə) yolu ilə rəhbərliyin səmərəliliyinin yüksəldilməsi; əsas vəzifə - müxtəlif istiqamətlərdə inkişaf, bazarın zəbt edilməsi, müxtəlif maraqların nəzərə alınması; əməyin təşkili-əmək bölgüsü və kooperasiyası, fərdi nəticəyə görə mükafat.
IV mərhələ - təşkilatın “qocalığı”. Bu əslində təşkilatın inkişafının zirvəsidir. Əsas məqsəd - əldə edilən nailiyyətlərin qorunmasıdır. Rəhbərlik sferasında səmərə fəaliyyətlərin əlaqələndirilməsi yolu ilə əldə edilir; əsas vəzifə-sabitliyin təmin edilməsi, əməyin təşkilinin azad rejiminin, mənfəətdə iştirakın təmini.

Şəkil 8.1. Təşkilatın elementləri.


V mərhələ - təşkilatın dirçəlməsi. Əsas məqsəd funksiyalar üzrə dirçəlişin təmini; kollektivçilik hesabına onun yüksəlişi; əsas vəzifə - “cavanlaşma”; əməyin təşkili sahəsində - əməyin “elmi təşkili”nin tətbiqi, kollektiv mükafatlandırma.
Bütün təşkilatlar bu və ya digər əlamətlərə görə (funksiyalara, idarəetmə prinsipləri və metodlarına, əməliyyatların mürəkkəbliyinə və s.) bir-birindən fərqləndirirlər. Təşkilatın ümumi xarakteristikası şəkil 8.2-də göstərilmişdir.
Təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün onun strukturu (quruluşu) yaradılmalıdır. Təşkilatın strukturu dedikdə təşkilatın məqsədlərinə nail olunması üçün idarəetmə səviyyələri, funksional bölmələr arasında məntiqi əlaqələrin, münasibətlərin yaradılması başa düşülür
Şaquli

Şəkil 8.2. Təşkilatın ümumi xarakteristikası.

Hər bir təşkilatın tərkibində formal (rəsmi) münasibətlərlə yanaşı kollektiv üzvləri arasında qeyri-formal (qeyri-rəsmi) münasibətlər də formalaşır. Formal (rəsmi) münasibətlər əsasnamələrlə, əmrlərlə, sərəncamlarla reqlamentləşdirildiyi halda, qeyri-formal münasibətlər heç kim və heç nə ilə reqlamentləşdirilmir. Buna görə də nəzərə almaq lazımdır ki, idarəetmə prosesi formal təşkilatların yaradılmasını və fəaliyyətini nəzərdə tutur. Eyni zamanda nəzərə almaq lazımdır ki, hər bir formal təşkilatın tərkibində qeyri-formal münasibətlər də mövcuddur və onlar formal təşkilatın siyasətinə təsir göstərir.





Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin