Mövzu Sosial sferada sahibkarlıq fəaliyyətinin xüsusiyyətləri və əhəmiyyəti



Yüklə 72,13 Kb.
səhifə12/13
tarix30.10.2022
ölçüsü72,13 Kb.
#66837
1   ...   5   6   7   8   9   10   11   12   13
Dərs 4

Sosial müəssisələr iş yerləri yarada, qabaqcıl xidmətlər və məhsullar təmin edə, davamlılığı inkişaf etdirə və gələcəyə ümid bəxş edə bilər. Avropa Komissiyasının məlumatına əsasən, sosial sahibkarlıq sektorunda hal-hazırda təxminən 40 milyon insan çalışır və buraya dünya miqyasında 200 milyondan çox könüllü cəlb edilir və bu sektor genişlənməkdə davam edir.

Sosial sahibkarlıq ölçü, əhatə dairsi və dəstək baxımından sürətlə inkişaf edir. Görünməmiş sayda olan təşkilatlar ondan inkişaf etməkdə olan bazarlarda sosial problemlərə ünvanlanan bir strategiya kimi istifadə edir. Bu layihələrin çoxu insanların sağlamlığnı yaxşılaşdırır, ətraf mühiti qoruyur və daha çox iqtisadi imkanlar yaradır.

  • Sosial sahibkarlıq ölçü, əhatə dairsi və dəstək baxımından sürətlə inkişaf edir. Görünməmiş sayda olan təşkilatlar ondan inkişaf etməkdə olan bazarlarda sosial problemlərə ünvanlanan bir strategiya kimi istifadə edir. Bu layihələrin çoxu insanların sağlamlığnı yaxşılaşdırır, ətraf mühiti qoruyur və daha çox iqtisadi imkanlar yaradır.
  • Hazırda xaricdə sosial sahibkarlıq sahəsində müxtəlif formalarda fəaliyyət göstərən bir çox firma və təşkilat var. Onlar öz ölkələrinin iqtisadi inkişafına və cəmiyyədin mühüm sosial problemlərinin səmərəli həllinə əhəmiyyətli töhfələr verirlər. Belçika, Macarıstan, İtaliya, Lüksemburq, Fransa və Estoniya kimi ölkələrdə adambaşına düşən sosial müəssisələrin sayı daha çoxdur. Belə ki, İtaliyada 1 milyon əhaliyə 1694, Macarıstanda 1621, Estoniyada 1603 sosial müəssisə düşür. Belçika, Lüksemburq və Fransada isə 1 milyon əhalinin payına düşən sosial müəssisələrin sayı 1500-dür
  • Sosial sahibkarlıq iqtisadi həyata fəal şəkildə nüfuz edir və əhalinin müdafiəsiz hissəsinin sosiallaşmasına səbəb olur. O, həm bu kateqoriyadan olan əhaliyə, həm də öz əməkdaşlarına və bu sektorun inkişafını dəstəkləyən könüllülərə sosial-psixoloji yardım göstərir. Sosial sahibkarlıq bir qayda olaraq, az gəlir vermə səbəbindən kommersiya sektorunun maraq göstərmədiyi sahələrdə fəaliyyət göstərir. Bu proses geniş əhali təbəqələrinin ümumi tələbatını stimullaşdırır, nəticədə ümumi təklifin də artmasına səbəb olur.
  • Sosial sahibkarlığın dolayısı ilə verdiyi töhfə onunla bağlıdır ki, onun subyektlərinin fəaliyyəti sosial sahədə rəqabətin artmasına səbəb olur. Bununla da sosial sahibkarlıq bütünlükdə sosial xidmətlərin göstərilməsi sisteminin daha effektiv fəalliyət göstərməsinə gətirib çıxarır. Bu, onunla bağlıdır ki, əhalinin sosial tələbatlarının ödənilməsi üçün daha az sayda iqtisadi resurslardan istifadə olunacaq. Nəticədə vergi yükünü azaltmaq imkanı yaranacaq və sərbəst qalan resursları gələcəkdə yeni layihələrin maliyyələşdirilməsinə və inkişafına yönəltmək mümkün olacaq. Bundan başqa sosial sahibkarlıq fəaliyyəti təhsilin və millətin sağlamlıq səviyyəsinin göstəricilərinin artmasına yardım edir.

Yüklə 72,13 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin