Mövzu Sosial sferada sahibkarlıq fəaliyyətinin xüsusiyyətləri və əhəmiyyəti



Yüklə 72,13 Kb.
səhifə7/13
tarix30.10.2022
ölçüsü72,13 Kb.
#66837
1   2   3   4   5   6   7   8   9   10   ...   13
Dərs 4

Sosial müəssisələr təkcə maliyyə resursları ilə öz davamlılığını qoruya bilməz. Maliyyə resursları ilə yanaşı, sosial sahibkarın köməkçisi və davamçısı olan ünvanlı sosial faydaya/məqsədinə sadiq qalan maaşlı işçilər və könüllülər də ayrıca resursdur. Əslində, biznesin idarə edilməsində, ictimai dəyərin təmin edilməsində və bu dəyərin əldə olunmasında sərf olunan zəhmət biznesin insan resurslarını təşkil edən səhmdarlar, müşahidə şurası, işçilər və könüllülərdən yaranır. Bundan əlavə, bu sektorda yaranmış sosial şəbəkəni təsvir edən sosial sahibkarın sosial varlığı biznesin davamında mühüm resursdur. Sosial müəssisələrdə heç bir məcburedici element və ya hökmranlıq olmadığı üçün bu qurumun işçiləri öz missiyası və ya məqsədi istiqamətində təşkilata sədaqət nümayiş etdirirlər. İşçilər özəl sektorda çalışanlarla müqayisədə maliyyə qazancına daha az əhəmiyyət verərkən, gördükləri işin keyfiyyətinə daha çox əhəmiyyət verirlər. Onlar sosial baxımdan qiymətləndirilən məqsədlərə nail olmaq üçün daha az əmək haqqı ilə işə götürülməyə razılıq verirlər. Bununla belə, sosial müəssisələrin əmək haqqının özəl müəssisələrə və ya bazara nisbətən aşağı olması istedadlı və ixtisaslı işçilərin cəlb edilməsi və saxlanması təsirini aradan qaldırır və buna görə də sosial sahibkarların bazarda ixtisaslı işçiləri işə götürməsi çox çətinləşir. Bu vəziyyət yardımlarla dolana bilməyən, lakin əldə edilən gəlirə əhəmiyyət verən müəssisələrdə daha çox rast gəlinən problem olaraq önə çıxır.

Sahibkarlıq ilə sosial sahibkarlıq arasındakı fərqlər

Sahibkarlıq ilə sosial sahibkarlıq arasındakı fərqlər


Sahibkarlıq

Sosial sahibkarlıq

Onlar yeni ehtiyaclara diqqət yetirməyə meyllidirlər.

Yeni yanaşmalar vasitəsilə uzunmüddətli məqsədlər üçün daha təsirli xidmətə diqqət yetirirlər.

Səhmdarlar və ya öz adlarından risk götürürlər

Onlar maraqlı tərəflər adından risk götürürlər.

biznes/biznes yaratmağa çalışırlar.

Dəyişiklik yaratmağa çalışırlar.

Sahibkarı motivasiya edən əsas amil yeni biznes qurmaq, öz biznesini qurmaq və maddi qazanc əldə etmək düşüncəsidir.

Onların əsas məqsədi mənfəət güdməkdən çox sosial dəyişiklik və müştərilərinin inkişafıdır.

Sahibkarların risk üstünlüyü pul və prestij qazanmaqdır.

Sosial sahibkarlar vətəndaş cəmiyyətinin ehtiyacları üçün məsuliyyət və risk götürən insanlardır.

Onun əsas məqsədi mənfəətdir.

Onlar mənfəət məqsədi daşıyan fəaliyyətlərdə də iştirak edə bilərlər, lakin onlar mənfəəti məqsədlərinə çatmaq üçün bir vasitə kimi görürlər.

Yüklə 72,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin