Mövzu Sosial sferada sahibkarlıq fəaliyyətinin xüsusiyyətləri və əhəmiyyəti



Yüklə 72,13 Kb.
səhifə13/13
tarix30.10.2022
ölçüsü72,13 Kb.
#66837
1   ...   5   6   7   8   9   10   11   12   13
Dərs 4

Azərbaycanda sosial sahibkarlıq.

Azərbaycanda sosial sahibkarlıq.

Sosial sahibkarlıq fenomeni Azərbaycan üçün də yenidir. Bu sahədə təşəbbüslər son illərdə artmaqdadır, lakin sosial sahibkarlıqla bağlı ayrıca qanunvericilik aktı olmadığından bu və ya digər təşəbbüsün sosial sahibkarlıq kimi qiymətləndirilməsi çətindir. Mövcud qanunvericilikdə sosial müəssisələrlə bağlı müəyyən müddəalar mövcuddur, lakin həmin müddəalar sosial sahibkarlıq münasibətlərini tam tənzimləmək gücündə deyil.

Sosial müəssisə anlayışı «Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanununda öz əksini tapıb. Qanunun 1.1.20-ci maddəsinə əsasən, sosial müəssisə – sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün yaradılan ixtisaslaşdırılmış hüquqi şəxsdir. Qanun sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin dairəsinə əlilliyi olan şəxsləri, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları, 20 yaşadək gəncləri, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynləri, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynləri, pensiya yaşına iki ildən az qalmış şəxsləri, cəzaçəkmə yerlərindən azad edilmiş şəxsləri, məcburi köçkünləri aid edir.

Digər qanunvericilik aktı - “Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin standartları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı sosial müəssisələrin standartlarını müəyyənləşdirir. Qərara əsasən sosial müəssisələrin standartları aşağıdakılardır:

işçilərin orta illik sayının azı 80 faizini Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli məşğulluq qurumları və ya “DOST” mərkəzlərinin göndərişi ilə işə qəbul olunmuş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər - əlilliyi olan şəxslər, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər (bundan sonra – Şəxslər) təşkil edirlər;

  • işçilərin orta illik sayının azı 80 faizini Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli məşğulluq qurumları və ya “DOST” mərkəzlərinin göndərişi ilə işə qəbul olunmuş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər - əlilliyi olan şəxslər, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər (bundan sonra – Şəxslər) təşkil edirlər;
  • Şəxslərə məşğulluq imkanlarının artırılması üçün iş yerində təlim, o cümlədən peşəyönümü və peşəhazırlığı istiqamətində məsləhət xidmətləri göstərir;
  • Şəxslərin peşə-əmək reabilitasiyası ilə bağlı tədbirləri həyata keçirir.
  • Göründüyü kimi, qanunvericilik sosial müəssisə anlayışını sırf məşğulluq kontekstində nəzərdən keçirir, halbuki beynəlxalq təcrübədə sosial sahibkarlığın əhatə dairəsi xeyli genişdir. Ölkəmizdə bu sahənin hüquqi bazasının təkmilləşdirilməsinə ehdiyac vardır.


Yüklə 72,13 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin