Sosial sfera iqtisadi fəaliyyət xarakterinə görə özündə müxtəlif sahələri birləşdirir. Hal - hazırda mövcud olan iqtisadi sahələrin təsnifatına görə sosial sferaya aşağıdakı sahələr aid edilir:
- mənzil
kommunal təsərrüfatı və əhaliyə məişət xidməti (məişət xidmətlərinin sosial sfera hissəsi);
sərnişin nəqliyyatı və rabitə (əhaliyə xidmət göstərən);
Sosial sfera və onun fəaliyyət növləri funksional təyinatından asılı olaraq iki böyük qrupa bölünürlər:
1. ictimai tələbatın təmin edilməsi ilə bağlı və cəmiyyətin fəaliyyəti üçün normal şəraiti təmin edən (elm, idarə etmə, ictimai gjsayişin qorunması və s.)
2. şəxsi tələbatın təmin olunması ilə bağlı olan sahələr.
Sosial sahibkarlıq və əhalinin rifahının yaxşılaşdırılmasında onun rolu
Sosial sahibkarlıq və əhalinin rifahının yaxşılaşdırılmasında onun rolu
İqtisadiyyatın böyümə mühərriki olan sahibkarlıq növlərindən biri olan sosial sahibkarlıq sosial baxış anlayışı ilə uzunmüddətli və davamlı şəkildə sosial problemlərə həll yollarını tapmağı hədəfləyən bir sahibkarlıq növü olaraq ortaya çıxmışdır. Sosial sahibkarlıq anlayışı; İlk dövrlərdə sosial məqsədlər üçün kommersiya fəaliyyətinin həyata keçirilməsində alət kimi istifadə olunsa da, sonradan qeyri-kommersiya təşkilatları üçün istifadə olunmağa başlandı. Buna görə sosial sahibkarlıq; QHT-lər kimi, qeyri-kommersiya təşkilatları tərəfindən sosial fayda yaratmaq və maliyyə təmin etmək üçün həyata keçirilən fəaliyyətlər və ya sosial məsuliyyət layihələri kimi cəmiyyətə töhfə vermək məqsədi ilə özəl və dövlət sektoru təşkilatları tərəfindən həyata keçirilən fəaliyyətlər kimi də görülə bilər. Ona görə də sosial sahibkarlıq hər bir təşkilatda və hər sektorda tətbiq oluna bilər.