Keyfiyyət anlayışı
Məhsula şamil edilən fəlsəfi kateqoriya kimi şərh edilən, obyektin hazırki müəyyənliyini əks etdirən keyfiyyət anlayışı özü, faydalılıq ölçüsü, məhsulun xüsusiyyətləri toplusu, onun müəyyən ictimai və fərdi tələbatlara cavab vermək bacarığı kimi təyin edilir. Keyfiyyət və eləcə də onun anlayışı insanların öz tələbatları kimi, çoxəsirlik inkişaf yolu keçib. Məsələn, Aristotel bu məhfumu belə şərh edib: “əşyalar arasındakı fərq, “yaxşı-pis” əlamətlərinə görə fərqləndirilən”. XIX əsrdə Hegel öz təyinatını verir: “keyfiyyət ilk olaraq müəyyənliklə identikdir, yəni nə isə keyfiyyətini itirdikdə öz mahiyyətini itirir”. XX əsrdə keyfiyyət haqqında təkcə filosoflar deyil, həm də idarəçi-təcrübəçilər də öz şərhlərini bildirməyə başladılar. Standartlaşma üzrə Beynəlxalq təşkilatın şərhinə əsasasən keyfiyyət – məhsulun keyfiyyətləri və xarakteristikalarının toplumudur, hansılar ki, ona şərtləşdirilən və ya nəzərdə tutulan tələbatları təmin etmək qabiliyyəti veri.
Dostları ilə paylaş: |