Mövzu Turizm fəaliyyətində standartlaşdırma Turizm fəaliyyətinin hüquqi əsasları. Turizm fəaliyyətində rəsmiyyətçilik. Turizm fəaliyyətində standartlaşdırma



Yüklə 44,81 Kb.
səhifə14/19
tarix02.01.2022
ölçüsü44,81 Kb.
#34668
1   ...   11   12   13   14   15   16   17   18   19
Mövzu . Turizmdə standart, hüquq,rəsmiyyətçilik Xazar 2020

Pasport rəsmiyyətçiliyi. Pasport – ölkə hüdudlarından kənara gedən, ölkə hüdudlarından kənarda qalarkən və ölkəsinə qayıdarkən vətəndaşın şəxsiyyətini təsdiq edən rəsmi sənəddir. O, ölkənin müvafiq orqanları tərəfindən verilir və həmin pasportun sahibinin həmin ölkənin vətəndaşı olduğunu sübut edir.

Ümumvətəndaş pasportu - Azərbaycan Respublikası vətəndaşının AR ərazisindən kənarda şəxsiyyətini və vətəndaşlığını təsdiq edən, ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün AR-in müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən verilən, bütün ölkələrə getmək üçün etibarlı olan rəsmi sənəddir. Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportunun etibarlılıq müddəti 10 ildir. AR-da pasportlar yeni doğulmuş ölkə sakininə -18 yaşınadək olan vətəndaşlara valideynlərin rəsmi müraciəti ilə, 18 yaşı tamam olan vətəndaşlar özləri ASAN =xidmət və ya viza və qeydiyyat şöbələrinə müraciət edildikdə verilir. Bu sənəd 7-30 gün ərzində verilir. İstisna hallarda – ölkəni olimpiadada, idman yarışlarında təmsil etməyə gedərkən, müalicə məqsədilə ölkədən çıxarkən və s. hallarda tez də verilə bilər. AR müvafiq Qanunu ilə ölkə vətəndaşları aşağıdakı sənədləri təqdim etməklə ölkədən gedə və gələ bilərlər:

  • Ümümvətəndaşlıq pasportu (DİN tərəfindən 10 illiyə verilir)

  • Xidməti pasport (XİN tərəfindən 3 illiyə verilir)

  • Diplomatik pasport (XİN tərəfindən 5 illiyə verilir)

Qeyd etmək lazımdır ki, ilk əvvəl və hal-hazırda da pasportlar ölkə vətəndaşlarının ölkə xaricinə getməyinə nəzarət üçün nəzərdə tutulmuşdur. Bu və ya digər ölkənin adi pasportlarından əlavə, bəzən müxtəlif ölkələrdə xüsusi danışıqlar əsasında beynəlxalq səyahətlər üçün aşağıdakı sənədlər də istifadə oluna bilər:

  • ölkə ərazisində daim yaşayan xarici vətəndaşa dövlət orqanları tərəfindən verilən xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi;

  • diplomatik, konsul, xidməti pasportlar;

  • ər və arvada (uşaqlarla birgə) verilən ailəvi pasportlar;

  • uşağa verilən şəxsiyyət vəsiqəsi;

  • BMT və digər beynəlxalq təşkilatların işçilərinə (Beynəlxalq Qırmızı Xaç, NATO və s.) verilən “Lesse-Passe” vəsiqəsi.

ÜTT tərəfindən pasport rəsmiyyətçiliyinin sadələşdirilməsi üçün aşağıdakılar təklif edilir: pasport xidmətlərinin mərkəzləşdirilməsi, xarici pasportu hazırlama prosedurlarının tezləşdirilməsi və sadələşdirilməsi, ən azı 5 il müddətinə verilməsi, xarici pasportların İKAO qaydalarına uyğun gəlməsi və s.

İsveçdə yaradılmış Tələbə Turizmi üzrə Beynəlxalq Konfederasiya tərəfindən 1969-cu ildən ISIC proqramı tətbiq edilməyə başlanmışdır. Eyni adlı kartı alan tələbələrə beynəlxalq səyahətlər zamanı nəqliyyat xərclərində, muzey, teatr, mədəni tədbirlər və s. istifadə edərkən güzəştlər, endirimlər həyata keçirilir. Hər il 2 mln.-a yaxın kart istifadəyə verilir. 1997-ci ildən 12-18 yaşında məktəblilərin və müəllimlərin də bu kartdan istifadəsi mümkünləşmişdir.

Bu səpkidə olan sənədlərdən biri də “Qrin-kard”dır ("Green-card" - "Permanent Resident Card"). “Qrin-kard” – ABŞ-da daimi yaşayış hüququna malik olan immiqranta verilən vəsiqədir. Kartın adı, onun rəngi ilə əlaqədar olmuşdur (yaşıl). Kart 1960-cı illərdən bəri verilməyə başlanmışdır. Daha sonra kartın rəngi dəyişdirilərək mavi, daha sonra çəhrayı olmuşdur.


Yüklə 44,81 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin