Hazırda Azərbaycanda turizm fəaliyyətinə və mehmanxana fəaliyyətinə lisenziyalaşdırma ləğv edilib
Məhsulu hazırlayarkən keyfiyyətin təsdiq edilməsi Mehmanxanalar müntəzəm olaraq dövlət tərəfindən təyin edilmiş standartları yerinə yetirməlidir. Bu zaman onların fəaliyyətini təsdiq edən sertifikatlar verilir yerləşmə müəssisələrinin növündən asılı olaraq tələblər dəyişkəndir və hər bir müəssisə də bu istiqamət ə uyğun yoxlanılır. Xatırladaq ki, sertifikatlaşdırma ilə bağlı hər bir dövlətin özünəməxsus tələbləri mövcuddur.
İspaniyada 15 iyun 1983–cü ilin qərarına əsasən minimal tələblər otel, apart otel və motel kimi təsnif olunur. Otellər və apart otellər beş ulduzla təsnif edilir, lakin mehmanxanalar yalnız bir kateqoriya ilə yəni bir ulduzla kifayətlənməli olur. 28 iyul 1966 – cı ildə turist kempinqləri adı altında formalaşan yerləşdirmə mərkəzləri meydana gəldi. Kempinqlər üçün hazırda dörd kateqoriya üzrə ulduz təsnifat sistemi həyata keçirilir. Bir ulduzdan üç ulduza kimi təsnifatı n aparılması mümkün olsa da, üç ulduz və lüks dərəcə adlanan dördüncü kateqoriya da mövcuddur.
Fransada 14 fevral 1964–cü ilin qərarına əsasən bütün otellər 6 kateqoriya üzrə təsnif edilir: ulduzsuz otellər, bir ulduzdan dörd ulduza kimi olan otellər və dörd ulduz lüks adlanan otellər. Lakin turistlərin yerləşdirmə mərkəzləri bir ulduzdan dörd ulduza kimi təsnif edilir. Bu otellərin hər birinin reklam və tanıtım işləri hazırlanarkən onların ulduzları da qeyd edilir.
29 aprel 1963 – cü ildə restoranlar da təsnif edildi və 8 oktyabr 1965 – ci ildə isə restoranlar beş kateqoriya üzrə bölünməyə başlanıldı.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 745-2012 "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarların tətbiq edilməsi" dövlət standartını təsdiq etmiş və tətbiq vaxtını 10 dekabr 2012-ci il tarixindən müəyyən etmişdir. Standart "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədilə "Turizm və yerdəyişmə vasitələrinin xidmətləri" üzrə Texniki Komitə tərəfindən hazırlanmışdır. “Mehmanxana və mehmanxana tipli obyektlərdə ictimai iaşə müəssisələrinin təsnifatı” adlı dövlət standartı isə 16. 01. 2008 – ci ildə tarixində hazırlanmışdır. Qeyd etmək lazımdı r ki, bu proses ilk dəfə tətbiq olunur. İlk yoxlama müddəti 2012 ci il üçün nəzərdə tutulsa da, dövrü yoxlama 5 ildir. “Yerləşdirmə vasitələri. Ümumi tələblər” adlanan dövlət standartı isə 31.07.2009–cu ildə qüvvəyə minib, illik yoxlama müddəti 2014 – cü ildir və dövrü yox-lama 5 ildir. Yerləşdirmə mərkəzlərinin standartlara uyğun təsnifatı ilə bağlı Azərbaycan Respublikasının Dövlət Standartı 2012 – ci ildə qəbul edilmişdir. “Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmə də meyarların tətbiq edilməsi” kimi adlanan bu standartlarda bütün təsnifat işləri sxem şəkilində əks etdirmişdir.
Standartlaşdırma – mövcud mehmanxananı təmin etmək üçün qarşıya qoyulmuş tələblərə uyğun olaraq qayda, qanun və xüsusiyyətlərin hazırlanmasıdır. Məhsulların təhlükəsizliyi və xidmətin düzgün şəkildə qurulması, müştərinin həyatını, onun sağlamlığını və şəxsi malının nəzərə alınması deməkdir. İstənilən standartların hazırlanması zamanı beynəlxalq və regional standartlar nəzərə alı nmalı , sanitar, tikinti tələbləri və sənədləşmə prosesindəki qaydalara əməl olunmalıdır.
Sertifikatlaşdırma – müxtəlif xidmətləri tələb edə n vətəndaş-ların hüquqlarını qorumaqdan ötrü həyata keçirilən prosesdir. Sertifikatlaşdırma zamanı istənilən obyekt turizm xidmətlərini təklif edərkən dövlətin qoyduğu normalar və qaydalara əməl etməlidir. Bu proses Rusiya Federasiyasında turizm xidmətlərinə tətbiq olunsa da, Avropa ölkələrinin əksəriyyətində mehmanxana xidmətlərinə aid edilir. Dünyanın bir sıra ölkələrində sertifikatlaşdırmanın iki növündən istifadə edilir: məcburi və könüllü.
Dostları ilə paylaş: |