Mövzu Turizm fəaliyyətində standartlaşdırma Turizm fəaliyyətinin hüquqi əsasları. Turizm fəaliyyətində rəsmiyyətçilik. Turizm fəaliyyətində standartlaşdırma


Rahatlıq(Komfort) – keyfiyyətli turizm məhsulunun yaradılmasında əsas alədirt



Yüklə 44,81 Kb.
səhifə8/19
tarix02.01.2022
ölçüsü44,81 Kb.
#34668
1   ...   4   5   6   7   8   9   10   11   ...   19
Mövzu . Turizmdə standart, hüquq,rəsmiyyətçilik Xazar 2020

Rahatlıq(Komfort) – keyfiyyətli turizm məhsulunun yaradılmasında əsas alədirt.

Turizmin inkişaf tarixi göstərir ki, turizm sənayesinə daxil olan müəssisələrin əsas rolları dəyişməyib. Qonağı əvvəlki kimi qarşılamaq, yedizdirmək, içizdirmək və yatmağa qoymaq lazımdır. Ancaq zaman keçdikcə rahatlığın səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmiş və xidmətlərin sayı artmışdır.

Müxtəlif cür rahatlıq anlayışlı və tələbatlı qonaqların tələbatlarının daha tam təmin edilməsi keyfiyyət anlayışını formalaşdıran əsas faktordur . Məsələn, rusiyadan olan turistlərlə sorğuya əsasən, mini-barı və istənilən dada uyğun müxtəlif çeşiddə içkilərlə qəlyanaltılar təklif edən inkişaf etmiş xidmət sistemi olan mehmanxanalar rahat(komfortlu) sayılır. Ancaq, amerikalılar hesab edir ki, rahat mehmanxana nömrələrində kokteyl düzəltməyə yer olmalı, sutkanın istənilən vaxtında buz almaq mümkün olmalı, və həmçinin, effektiv təhlükəsiz lik sistemi işləməlidir. Avropalılar əsasən sanitar qovşaqlarına və yeməkxanaların müxtəlifliyinə fikir verirlər. Yaponlar isə - vaxtında məlumat almaq imkanlarına, piktoqram (yerli dili bilmədikdə müxtəlif işarə və şəkillərdən istifadə etmək) siteminə , və həmçinin şərq mətbəxinin olmasına üstünlük verirlər.

Keyfiyyətli xidmət yaratmaq üzrə ikinci istiqamətdən əsasən turizm sahəsinin müstəqil müəssisələri istifadə edirlər. Onun əsasını rahatlıq parametrlərinə dəqiq riayət edilməsi təşkil edir, hansılar ki, tur-biznes təcrübəsindən yaranıb və həm mehmanxanalar , həm də ictimai iaşə və turizm firmaları üçün universaldır. “Rahatlıq” kompleksi anlayışına daxildir:



  • Məlumat;

  • Iqtisadi;

  • Estetik;

  • Məişət;

  • psixoloji


Məlumat rahatlığı. Məlumat rahatlığını yaratmaq qonağın hələ gəlməmişdən otel, yeməkxanalar və digər mehmanxana sahələri barədə nə qədər tam məlumat ala bilməsindən başlayır. Burada, otaqların daxili dizaynının fotoları, qiymətlər, əsas və əlavə xidmətlər kompleksi, təhlükəsizlik sertifikatının və s. olması çox vacibdir.

Məlumat rahatlığına həmçinin digər iki əsas parametr daxildir:



  • Personalın məlumatlılığı, qonağın təkcə otel haqqında deyil, həm də həmin ölkə barədə istənilən sualına cavab vermək hazırlığı

  • Piktoqram sistemi, qonaqlqra dili bilmədən otelin divarlarında istiqaməti tapmaqda yardım etməyə yönəlmişdir. Vacibdir ki, piktoqramlar yaxşı tanınan və dünyada tanınmış beynəlxalq XOTREX (mehmanxana və restoranların milli assosiasiyaları konfederasiyası) sisteminə uyğun olsunlar.

Iqtisadi rahatlıq. Iqtisadi rahatlıq dedikdə qonağın yenidən həmin yerləşmə yerini, iaşə müəssisəsini, turagentliyi və səyahət bürosunu seçməsi üçün hesabatın rahatlığı, güzəşt sistemləri, hədiyyələr, klub kartları və s. başa düşülür ki, bu da keyfiyyət sisteminin əsas məqsədidir.

Estetik komfort. Qonağın bu və ya digər oteli seməsinin əsas səbəblərindən biri rahatlıq və ev istiliyi atmosferi yaradan estetik tərtib olunmuş interyerdir. “Estetik tərtib olunmuş” anlayışı nədir? Sual mürəkkəbdir, çünki estetika – gözəllik haqqında elmdir, gözəllik anlayışı isə hərədə müxtəlifdir. Ancaq müəssisənin rəqabətəqabiliyyətliyini artırmaq məqsədi ilə aşağıdakı ümumi vəziyyətlərə əsaslanmaq lazımdır:

- bütün sahələr vahid stildə yerinə yetirilməlidir və müəssisənin fəaliyyət istiqamətinə uyğun olmalıdır;

- Rəng çalarları qonaqları narahat etməməlidir;

- tərtibat üçün istifadə olunan materiallar təhlükəsizlik və gigiyenik standartlara uyğun olmalı və uyğun sertifikatları olmalıdır;

- materiallar həmçinin, istifadədə uzunömürlü, yüksək temperatur və kimyəvi maddələrin təsirinə davamlı olmalıdır.

Məişət rahatlığı. Qonağın yaşaması üçün normal şəraitin yaradılması nəzərdə tutulur (optimal temperatur, havanın nəmliyi, atmosfer təzyiqi, mebelin rahatlığı). Məişət rahatlığını yaratmaq üçün kondisioner, hava təmizləyici və rahat mebeldən istifadə edilir.
Psixoloji rahatlıq. Bir tərəfdən psixoloji rahatlıq anlayışı yuxarıda göstərilən bütün rahatlıq parametrlərini əhatə edir, çünki, göstərilənlərdən hər hansı birinin olmaması qonağın keyfini pozacaq, ancaq, spesifik tələbatlar da var ki, onların yerinə yetirilməsi qonağın normal psixoloji vəziyyətinə zəmanət verir. Bu tələbatlar humanitar texnologiyalar sahəsinə aiddir, və onların yerinə yetirilməsi tamamilə personaldan asılıdır – bu qonağa qarşı hörmət və qonaqpərvərlikdir.

Turizm fəaliyyətinin hüquqi əsasları.




Yüklə 44,81 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin